Icma.az
close
up
RU
Ekspert : Azərbaycan enerji siyasəti və diplomatik rolu ilə regionda sülhün təminatçısıdır

Ekspert : Azərbaycan enerji siyasəti və diplomatik rolu ilə regionda sülhün təminatçısıdır

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 27 avqust, AZƏRTAC

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibədə olduqca önəmli və həssas məsələlərə toxunub. Bunlar arasında Azərbaycanın Yaxın Şərq siyasəti, bu regiona yönəlmiş gələcək planları və strateji hədəfləri xüsusi yer tutur. Bu gün Azərbaycan Yaxın Şərq siyasətində sözün əsl mənasında səmərəli nəticələr əldə etməkdədir. Dövlətimizin başçısı müsahibəsində qonşu ölkələrə və beynəlxalq siyasi aktorlara mühüm mesajlar verib. Otuz il ərzində müharibə və işğaldan əziyyət çəkmiş Azərbaycan bir daha ölkələrin suverenliyinə və ərazi bütövlüyünə necə həssas yanaşdığını nümayiş etdirib. Prezident İlham Əliyevin Suriyanın ərazi bütövlüyü ilə bağlı fikirləri də bunun əyani təzahürüdür. Bu gün baş verən hadisələr və mövcud siyasi reallıqları nəzərə alsaq, tam əminliklə deyə bilərik ki, Azərbaycan İsrail və İslam dünyası arasında yeganə körpü rolunu oynayır və yaşanan problemlərin həllində real vasitəçilik missiyasını həyata keçirir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Yaxın Şərq üzrə ekspert Rufiz Hafizoğlu söyləyib.

O qeyd edib ki, Azərbaycanın Yaxın Şərqdəki müsbət rolu regionun ciddi oyunçuları olan Türkiyə, Səudiyyə Ərəbistanı, Misir və Qətər qədər yüksək qiymətləndirilir. Azərbaycan artıq Suriya-İsrail və Türkiyə-İsrail münasibətlərində vasitəçilik missiyasını uğurla həyata keçirir və ehtiyac yaranarsa, İsrail-Fələstin danışıqlarında da aktiv rol oynaya bilər. Bu missiyanın reallaşması barədə danışmaq hələ erkən olsa da, Azərbaycanın həm İsrail, həm Fələstin, həm də İslam Əməkdaşlıq Təşkilatı daxilindəki rolu və nüfuzu nəzərə alınaraq, bu potensialın mümkün olduğu vurğulanır.

“Azərbaycanın müasir dövrdə Yaxın Şərqə və ümumiyyətlə, Ərəb dünyasına yönəlmiş unikal bir enerji siyasəti mövcuddur. Bu siyasəti əvəzsiz edən əsas amil rəsmi Bakının enerji resurslarını heç vaxt təzyiq vasitəsi kimi istifadə etməməsidir. Azərbaycanın bütün enerji resursları və layihələri yalnız və yalnız bölgənin rifahı, inkişafı və xalqların firavanlığına yönəlib. Tam əminliklə deyə bilərəm ki, Azərbaycanın Ərəb dünyasına yönəlik enerji siyasəti yalnız Suriya ilə məhdudlaşmayacaq. Yeni enerji bazarlarının araşdırılması və fəth edilməsi Azərbaycanın enerji siyasətinin prioritetləri sırasındadır. Yaxın Şərq siyasətimiz bundan sonra da çoxşaxəli inkişaf edəcək. Heç şübhəsiz ki, bu, Azərbaycanın ən ciddi uğurlarından biridir. Bir çoxları hesab edir ki, ölkədə enerji resurslarının mövcudluğu stabilliyi təmin edən əsas amildir, lakin unutmamaq lazımdır ki, enerji resursları həmişə stabillik üçün yetərli vasitə deyil. Burada lider faktoru xüsusi önəm daşıyır və Azərbaycan Prezidenti İlham Əliyev bunu bütün dünyaya nümayiş etdirib”, - deyə ekspert vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Avqust 2025 17:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see291

Ən məqbul sülh planı Avropa İttifaqı liderlərinin irəli sürdüyü plandır ŞƏRH

26 Noyabr 2025 17:36see290

Tramp planı beynəlxalq hüquqa sığmır

26 Noyabr 2025 14:10see249

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see232

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see189

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see188

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 16:50see170

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see149

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see143

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see141

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see138

Tarixdə ən uzun il hansı olub və bu necə baş verib?

26 Noyabr 2025 17:38see136

Basketbol millimiz ilk matçında uduzdu

28 Noyabr 2025 01:55see130

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see126

Dövlət tərəfindən bu şəxslərə YENİ GÜZƏŞT Yalnız yarısını ödəyəcəklər

27 Noyabr 2025 20:08see125

Rusiyada dördüncü hava limanı fəaliyyətini dayandırıb

27 Noyabr 2025 08:30see124

Hikmət Hacıyev Aİ nin rəsmi şəxsləri ilə ikitərəfli gündəliyi müzakirə etdi

28 Noyabr 2025 01:34see124

Müəllimə avtobus sükanı arxasında Qadın sürücülərdən reportaj VİDEO

26 Noyabr 2025 09:48see121

Xızıda yük maşını dəmir arakəsməyə çırpıldı ÖZƏL

27 Noyabr 2025 00:31see121

NATO müharibənin bitmə tarixini AÇIQLADI

26 Noyabr 2025 15:38see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri