Icma.az
close
up
RU
Ekspert: “Bakının sel problemi təsadüf deyil, sistemli layihə səhvidir

Ekspert: “Bakının sel problemi təsadüf deyil, sistemli layihə səhvidir

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Yağış suları ilə bağlı problemlərin əsas səbəbi kollektorlar, drenaj xətləri, suqəbuledici qurğular və reşotkaların tam saz vəziyyətdə olmamasıdır. Əgər bu sistemlər düzgün layihələndirilsə və müntəzəm şəkildə təmizlənsəydi, şəhərdə hər yağışdan sonra eyni problemlərin yaşanması qaçılmaz olmazdı. Dünyanın ən inkişaf etmiş şəhərlərində belə müəyyən hallarda sel basması olur, amma bu, problemin məsuliyyətini tam şəkildə təbiətin üzərinə atmağa əsas vermir".
Bunu Demokrat.az-a açıqlamasında nəqliyyat eksperti Yasin Mustafayev deyib.
O, bildirib ki, layihələndirmə zamanı mühəndislikdə xüsusi qayda mövcuddur: 
"Son 100 ildə həmin ərazidə qeydə alınmış ən yüksək yağıntı göstəricisi əsas götürülməlidir. Məsələn, Bakıda son bir əsrdə ən çox yağıntı hansı ildə düşübsə, sistemlər də məhz həmin həcmə uyğun hesablanmalı və suyun hövzələrdən tam şəkildə deşarj edilməsi təmin edilməlidir. Bu, kollektorların, suqəbuledicilərin və bütün drenaj infrastrukturunun gücünü düzgün müəyyən etmək üçün əsas şərtdir".
Ekspert bildirib ki, problemlər bəzən suqəbuledici qurğuların hesabatlara uyğun yerləşdirilməməsi və ya onların vaxtında təmizlənməməsi səbəbindən yaranır:
"Yarpaq, budaq, plastik qab, əski və digər tullantılar suyun yolunu kəsir, nəticədə qısa müddətdə yağan böyük həcmdə yağış suyu sistemə düşdükdə axın təmin olunmur və küçələri su basır. Bu kimi hallar təmizlənmə və texniki xidmət işlərinin lazımi səviyyədə aparılmadığını göstərir".
Onun sözlərinə görə, hər güclü yağış zamanı şəhərin eyni mənzərə ilə üzləşməsi artıq infrastrukturun köhnəldiyini sübut edir:
"Son əsrin yağıntı göstəricilərinə əsaslanaraq drenaj və kollektor sistemlərinin yenidən hesablanması, sukanallarının tam şəkildə yenilənməsi və mütəmadi təmir işlərinin aparılması zəruridir. Əks halda, hər yağış Bakıda eyni problemləri təkrarlamağa davam edəcək".
Əfsanə Kamal
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:191
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 09 Dekabr 2025 19:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see372

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see313

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see295

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see269

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see261

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see254

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see242

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see236

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see230

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see217

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see208

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see195

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see191

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see190

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see190

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see187

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see181

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see174

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see172

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri