Icma.az
close
up
RU
Ekspert: Direktorların korrupsiyaya əl atması, səriştəsizliyi təhsilin keyfiyyətinə və ictimai etimadına mənfi təsir göstərir

Ekspert: Direktorların korrupsiyaya əl atması, səriştəsizliyi təhsilin keyfiyyətinə və ictimai etimadına mənfi təsir göstərir

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

"Son dövrlərdə Azərbaycanda təhsil sistemində, xüsusilə məktəb direktorları ilə bağlı qalmaqalların artması, təhsil sahəsində idarəetmə və nəzarət mexanizmlərində ciddi problemlərin olduğunu bir daha ortaya qoyur. Direktorların korrupsiya, səriştəsizlik, müəllimlər və valideynlərlə münasibətlərdə kobudluq və məktəbdaxili qanunsuz qərarlar qəbul etməsi kimi hallar təhsilin keyfiyyətinə və ictimai etimadına mənfi təsir göstərir. Bu cür problemlərin həlli üçün sistemli və uzunmüddətli tədbirlərin həyata keçirilməsi vacibdir".
Bu sözləri Demokrat.az-a açıqlamasında təhsil məsələləri üzrə ekspert Kamran Əsədov deyib.
"Birinci addım məktəb direktorlarının təyinat və qiymətləndirilmə prosesinin şəffaflaşdırılması olmalıdır. Hazırda direktorların işə qəbulu üçün keçirilən müsabiqə və müsahibə mərhələləri var, lakin bu prosesin obyektivliyi ilə bağlı cəmiyyətdə ciddi şübhələr var. Bəzi hallarda direktorlar tanışlıq, şəxsi əlaqələr və qeyri-rəsmi ödənişlər vasitəsilə təyin edilir ki, bu da məktəblərdə korrupsiya risklərini artırır. Bunun qarşısını almaq üçün direktorların işə qəbul prosesi daha sərt nəzarətə götürülməli, obyektiv qiymətləndirmə və müstəqil ekspert komissiyalarının iştirakı ilə aparılmalıdır. Eyni zamanda, direktorların rəhbərlik etdiyi məktəblərdə fəaliyyət göstərən müəllim və valideyn komitələrinin onların fəaliyyətinə təsir imkanları genişləndirilməlidir ki, qərarlar yalnız yuxarıdan deyil, yerli icmanın da iştirakı ilə verilsin".
O bildirib ki, direktorların fəaliyyəti üçün konkret qiymətləndirmə meyarları müəyyən edilməlidir:
"Hazırda direktorlar əsasən təhsil müəssisəsinin inzibati idarəedicisi kimi fəaliyyət göstərir, lakin onların pedaqoji bacarıqları və rəhbərlik keyfiyyətləri ciddi şəkildə qiymətləndirilmir. Bu səbəbdən, direktorların fəaliyyətini ölçmək üçün xüsusi göstəricilər müəyyən edilməlidir. Bunlara məktəbin akademik nəticələri, müəllim və valideynlərin məmnuniyyəti, məktəbdə intizamın vəziyyəti və innovativ təhsil metodlarının tətbiqi daxildir. Bu meyarlar əsasında direktorlar hər il qiymətləndirilməli və nəticələrə uyğun olaraq onların vəzifədə qalması və ya dəyişdirilməsi məsələsinə baxılmalıdır.
Məktəb direktorları üçün mütəmadi təlim və sertifikasiya proqramları təşkil edilməlidir. Direktorların idarəetmə, liderlik, münaqişələrin həlli, inklüziv təhsil, psixoloji biliklər və hüquqi baza üzrə biliklərinin artırılması zəruridir. Hazırda bir çox direktorlar pedaqoji biliklərə malik olsa da, idarəetmə və liderlik sahəsində yetərli səriştəyə sahib deyillər. Bu da onların məktəbdə həm akademik, həm də sosial problemləri həll etməkdə çətinlik çəkməsinə səbəb olur. Təhsil Nazirliyi bu istiqamətdə xüsusi direktor hazırlıq proqramları təşkil etməli və yalnız müəyyən bilik və bacarıqlara yiyələnmiş şəxslərin bu vəzifəyə gətirilməsini təmin etməlidir".
Ekspertin sözlərinə görə, məktəblərdə korrupsiya hallarının qarşısını almaq üçün maliyyə şəffaflığı artırılmalıdır:
"Valideynlərdən müxtəlif məqsədlər üçün pul yığılması, məktəb fondları adı altında qeyri-rəsmi ödənişlərin toplanması halları ciddi nəzarət altına alınmalıdır. Bunun üçün məktəblərin maliyyələşdirilməsi ilə bağlı hesabatlar ictimaiyyətə açıq olmalı, hər bir məktəbin gəlir və xərcləri müntəzəm olaraq valideynlər və müəllimlərlə bölüşdürülməlidir. Həmçinin, məktəb direktorlarının məktəbdaxili maliyyə əməliyyatları müstəqil auditlər tərəfindən yoxlanılmalı və qeyri-qanuni ödənişlərə yol verən direktorlar inzibati məsuliyyətə cəlb edilməlidir.
Direktorlar və müəllimlər arasında münasibətlərin sağlamlaşdırılması üçün məktəblərdə müstəqil şikayət mexanizmləri yaradılmalıdır. Hal-hazırda bir çox hallarda müəllimlər və valideynlər direktorların qanunsuz və ya haqsız qərarlarından şikayət etməkdə çətinlik çəkirlər, çünki şikayətlərin obyektiv araşdırılması və həlli mexanizmləri yetərincə effektiv deyil. Bu səbəbdən, məktəblərdə anonim şikayət sistemləri tətbiq edilməli və direktorların qeyri-etik davranışları ilə bağlı müraciətlərə obyektiv baxılmalıdır. Eyni zamanda, məktəb daxilində mediatora – məktəb idarəçiliyi və müəllimlər arasında balansı qoruyacaq müstəqil nümayəndəyə ehtiyac var".
Ekspert qeyd edib ki, məktəb rəhbərlərinin siyasi və inzibati təzyiqlərdən azad olması üçün sistemdə islahatlar aparılmalıdır:
"Bir çox hallarda direktorlar müəyyən siyasi dairələr və ya icra hakimiyyətinin nümayəndələri tərəfindən təyin edilir və bu, onların müstəqil qərar qəbul etməsinə mane olur. Məktəblərdə idarəetmənin peşəkar idarəçilərin əlində olması üçün direktor təyinatlarında peşəkar kadr siyasəti aparılmalı, məktəblərin idarəedilməsi yerli icmalar və müstəqil təhsil ekspertləri tərəfindən nəzarətdə saxlanılmalıdır.
Bütün bu tədbirlər həyata keçirilmədikcə, məktəb direktorları ilə bağlı qalmaqalların davam edəcəyi ehtimalı böyükdür. Bu qalmaqallar yalnız ayrı-ayrı şəxslərlə bağlı deyil, ümumi təhsil sisteminin struktur problemlərindən qaynaqlanır və kompleks yanaşma tələb edir. Təhsil sahəsində aparılan islahatlar yalnız yeni proqramlar tətbiq etməklə deyil, həm də rəhbərlik sisteminin təkmilləşdirilməsi və şəffaflaşdırılması ilə müşayiət olunmalıdır. Əgər məktəb direktorları arasında korrupsiya və səriştəsizlik halları davam edərsə, bunun uzunmüddətli nəticələri təhsilin keyfiyyətinə, müəllimlərin motivasiyasına və şagirdlərin akademik göstəricilərinə mənfi təsir göstərəcək. Buna görə də, məktəb rəhbərliyinin təyinatı və idarəedilməsi sahəsində ciddi islahatlara ehtiyac var və bu prosesdə dövlət qurumları, müəllimlər, valideynlər və ictimaiyyət aktiv rol oynamalıdır".
Əfsanə Kamal
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:175
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 11 Mart 2025 15:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see442

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see279

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see211

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see207

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see189

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see187

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see183

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see179

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see179

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see177

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see160

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see158

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see157

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see155

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see154

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see150

CNN: ABŞ nin Mərkəzi Kəşfiyyat İdarəsi Venesuelada daimi mövcudluq barədə düşünür

27 Yanvar 2026 21:43see148

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see144

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see140

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri