Icma.az
close
up
RU
Ekspert: Meşələrdə nəzarətsiz ərazilərdə od qalanmamalı, siqaret kötüyündən istifadə edilməməlidir

Ekspert: Meşələrdə nəzarətsiz ərazilərdə od qalanmamalı, siqaret kötüyündən istifadə edilməməlidir

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ağdərə rayonu, Çıldıran və Çapar kəndləri istiqamətində mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, yanğınsöndürənlər tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.

Yanğın nəticəsində 80 ha sahədə quru ot və xəzəl, 40 ədəd qurumuş ağac yanıb.

Sıx meşəlik ərazi yanğından mühafizə olunub.



Əməyin mühafizəsi və texniki təhlükəsizlik məsələləri üzrə ekspert Orxan Musayev "Sherg.az"a bildirib ki, meşələrdə baş verən yanğın hadisələrinin əsas səbəbi ehtiyatsızlıqdır:


“Bu səbəblə yanaşı, əkin sahələrində baş verən yanğın hadisələrinin meşəyə doğru yayılması və yaxud yaxınlıqda olan yaşayış məntəqələrində olan yanğın hadisələrindən qaynaqlanan səbəblər ola bilir. Bütün hallarda yanğın təhlükəsizliyi ilə bağlı mütləq tədbirlər görülməlidir. Meşələrdə yanğın, təhlükəsizlik, tədbirlərin görülməsinə xüsusi əhəmiyyət verilir. Bununla belə, Azərbaycan Respublikası meşələrində yanğın təhlükəsizliyi qaydaları təsbit olunub. Həmin qaydaların tələbləri meşələrdən istifadə zamanı yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərini müəyyənləşdirir. Hər bir meşədə yanğın təhlükəsizliyinə cavabdeh şəxslər təyin olunur. Ümumən, meşələrdə yanğın təhlükəsizliyinin təşkilinə görə meşə mühafizəsi və bərpası müəssisələri məsuliyyət daşıyır. Meşə sahələrində və zolaqlarında yanğına qarşı ciddi rejim təyin olunmalı, və bu rejimin tələblərinə xüsusilə riayət edilməlidir. Meşələrdə nəzarətsiz ərazilərdə od qalanmamalı, siqaret kötüyündən istifadə edilməməlidir. Od qalansa belə bu mühafizə tədbirləri görüldükdən sonra baş verilməli və odun tam söndürülməsinə əmin olduqdan sonra həmin ərazi tərk edilməlidir. Meşələrdə təbii və süni su mənbələri mövcud olmalıdır. Meşələrdə və meşə zolaqlarında müvəqqəti tikililərin inşa olunması yolverilməz hesab olunur. Şəhərdə nəzarət işini həyata keçirən müvafiq qurumların, işçiləri mütəmadi olaraq yanğın təhlükəsizliyi barədə bilikləri artırılmalı və bu sahədə peşəkar biliyə malik olmalıdırlar. Yanğınsöndürmə avadanlıqlarından düzgün istifadə yollarını bilməlidirlər. Meşələrdə yanğın, təhlükəsizlik tədbirlərinin görülməsi istiqamətində xüsusi təhlükəsizlik nişanları mövcud olmalıdır və meşədə istirahət edən insanlar mütləq həmin təhlükəsizlik nişanlarının və qaydaların tələblərinə əməl etməlidirlər”. 


Ekspertin sözlərinə görə meşə sahələrində söndürülməmiş kibrit, yanan siqaret qalığının və yaxud kötüyünün atılması yolverilməz hesab olunur ki, bir çox ölkələrdə baş verən yanğın hadisələri də belə davranışlardan sonra baş verir:

 “Meşələrdə yanğın hadisəsi ilə qarşılaşdıqda tez bir zamanda yanğından mühafizə orqanlarına xəbər verilməli və yanğının dəqiq yeri və insanların mövcud olub olmaması ilə bağlı məlumatlar ötürülməli, yanğınsöndürmə xidməti gələnə qədər mövcud olan vasitələrlə yanğının söndürülməsini təşkil etmək lazımdır. Meşələrdə yanğın təhlükəsizliyi qaydalarının pozulmasına görə məsuliyyət müəyyən edilmişdir. Belə ki, odvurma və ya odla ehtiyatsız davranma nəticəsində meşənin məhv edilməsinə və ya qismən yandırılmasına və yaxud meşələrdə təyin olunmuş qaydaların tələblərinin pozulmasına görə vətəndaşlar və vəzifəli şəxslər Azərbaycan Respublikası qanunvericiliyinə əsasən müvafiq məsuliyyət daşıyırlar. Meşələrdə baş verən hadisələrə görə cərimə edilmək insanı məsuliyyətdən tam xilas etmir. Cəriməni ödəməklə bərabər meşəyə dəymiş ziyan da tam ödənilməlidir. Normativ tələblərə uyğun meşələrin mühafizəsi və bərpası, müəssisələrin öz öhdəliklərində, yanğınsöndürmə texnikası, avtomobilləri, avadanlıqları mövcud olmalıdır ki, hər hansısa bir hadisələr baş verdikdə müdaxilə etmək mümkün olsun”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:103
embedMənbə:https://sherg.az
archiveBu xəbər 17 Mart 2025 16:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see170

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see158

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see156

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see156

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see147

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see142

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see138

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see134

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see133

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see133

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see133

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see133

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see133

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see133

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see132

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see131

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see128

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri