Icma.az
close
up
RU
Ekspert: Qazaxıstanla Azərbaycan arasında strateji qarşılıqlı fəaliyyətin yeni səviyyəsi formalaşır

Ekspert: Qazaxıstanla Azərbaycan arasında strateji qarşılıqlı fəaliyyətin yeni səviyyəsi formalaşır

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 11 sentyabr, AZƏRTAC

Bu gün Qazaxıstanla Azərbaycan arasında təkcə logistika həllərinə deyil, həm də xüsusən rəqəmsallaşma və energetika sahələrində gələcəyin iddialı infrastruktur layihələrinə strateji qarşılıqlı fəaliyyətin yeni səviyyəsi formalaşır.

Bu barədə AZƏRTAC-a müsahibəsində Qazaxıstanın iqtisadiyyat və nəqliyyat üzrə eksperti, Qazaxıstan Respublikasının “Heavy Trans” Böyük və Ağır Yükdaşıyıcıları Milli Assosiasiyasının beynəlxalq layihələr üzrə direktor müavini, elmlər namizədi Dastan Ospanov bildirib.

Agentliyin həmsöhbəti iki layihəni - Xəzərin dibi ilə çəkilən fiber-optik kabel və sualtı neft kəmərini xüsusilə maraqlı və perspektivli adlandırıb.

Onun sözlərinə görə, Aktau ilə Sumqayıt arasında sualtı fiber-optik kabel layihəsi uzunluğu təqribən 380 kilometr və layihə gücü 400 Tbit/s-ə qədər olan kəmərin rəqəmsal analoqu hesab olunur. O, Asiya ilə Avropa arasında birbaşa və təhlükəsiz rəqəmsal magistralın formalaşdırılmasına yönəlmiş transregional “Digital Silk Way” (“Rəqəmsal İpək Yolu”) təşəbbüsünün tərkib hissəsidir.

Ekspert vurğulayıb ki, Layihə qabaqcıl mühəndislik standartlarına uyğunluğu təmin edən beynəlxalq texniki tərəfdaş “Pioneer Consulting” (ABŞ) şirkətinin nəzarəti altında “Qazaxtelecom” və “AzerTelecom” tərəfindən birgə həyata keçirilir.

Dastan Ospanov qeyd edib ki, aktiv mərhələ - marşrut hissəsində batimetrik və geofiziki tədqiqatlar cari ilin avqustunda başlayıb. Tikinti işlərinin 2026-cı ilin sonunda başa çatdırılması gözlənilir.

O əmindir ki, kabel qeyri-sabit quru tranzit kanallarından yan keçərək region üçün rəqəmsal muxtariyyət yaratmalı, rəqəmsal hablar kimi Bakı və Astananın mövqelərini gücləndirməlidir. Bundan əlavə, o, Qazaxıstanın bulud platformalarından məlumat mərkəzlərinə rəqəmsal ixrac üçün imkanlar açacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:56
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 Sentyabr 2025 15:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see442

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see279

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see211

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see207

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see189

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see187

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see183

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see179

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see179

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see177

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see160

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see158

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see157

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see155

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see154

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see150

CNN: ABŞ nin Mərkəzi Kəşfiyyat İdarəsi Venesuelada daimi mövcudluq barədə düşünür

27 Yanvar 2026 21:43see148

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see144

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see140

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri