Icma.az
close
up
RU
Menu

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Ekspert: Qlobal ticarətin təhlükəsizliyi və davamlılığı baxımından Orta dəhlizin əhəmiyyəti artır

Ekspert: Qlobal ticarətin təhlükəsizliyi və davamlılığı baxımından Orta dəhlizin əhəmiyyəti artır

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 15 aprel, AZƏRTAC

Yaxın Şərqdə baş verən münaqişələr, xüsusilə İran ətrafında hərbi qarşıdurmalar, qlobal ticarət və logistika sisteminə ciddi təsir göstərir. Bu kontekstdə Avrasiya məkanında alternativ nəqliyyat marşrutlarının əhəmiyyəti sürətlə artır. Belə marşrutlardan biri olan Orta Dəhliz (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) artıq təkcə regional deyil, qlobal iqtisadi və geosiyasi sistemin əsas elementlərindən birinə çevrilib.

Bunu AZƏRTAC-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi Vüsal Quliyev deyib.

Onun sözlərinə görə, İran ətrafında yaranan müharibə şəraiti ənənəvi nəqliyyat xətlərinin təhlükəsizliyini sual altına alıb. Xüsusilə İran üzərindən keçən tranzit xətlər artan təhlükəsizlik riskləri, sığorta xərclərinin yüksəlməsi və logistika problemləri ilə üzləşir. Nəticədə yük daşımalarının bir hissəsi alternativ marşrutlara, o cümlədən Orta Dəhlizə yönəlir. Bu tendensiya Orta Dəhlizin strateji əhəmiyyətini daha da artırır.

V. Quliyev qeyd edib ki, İran ətrafında baş verən hərbi əməliyyatlar regionda hava və dəniz nəqliyyatına da təsir göstərir: “Körfəz bölgəsində təhlükəsizlik risklərinin artması, hava məkanlarının bağlanması və gəmiçilik marşrutlarının riskli olması nəticəsində şirkətlər daha təhlükəsiz alternativlər axtarır. Bu baxımdan, Orta Dəhliz həm coğrafi, həm də siyasi baxımdan daha stabil və etibarlı marşrut kimi ön plana çıxır.

Orta Dəhlizin əsas üstünlüyü onun Rusiya və İran kimi sanksiyalara məruz qalan və ya münaqişə zonasında yerləşən ölkələrdən yan keçməsidir. Bu, xüsusilə Qərb ölkələri və beynəlxalq yükdaşıma şirkətləri üçün böyük əhəmiyyət kəsb edir. Rusiya-Ukrayna müharibəsindən sonra Şimal marşrutuna alternativ kimi təqdim olunan Orta Dəhliz, indi İranla bağlı risklər fonunda daha da aktuallaşıb. Beləliklə, qlobal təchizat zəncirlərinin şaxələndirilməsi prosesində bu marşrut mühüm rol oynayır. Statistik göstəricilər də bu fikri təsdiqləyir. Son illərdə Orta Dəhliz üzrə yük daşımalarının həcmi kəskin artıb, cəmi dörd il ərzində təxminən beş dəfədən çox artım müşahidə olunub. Bu artım yalnız iqtisadi deyil, həm də geosiyasi dəyişikliklərin nəticəsidir. Münaqişələr və sanksiyalar beynəlxalq ticarət axınlarını yenidən formalaşdırır və daha təhlükəsiz, sabit marşrutlara üstünlük verilməsinə səbəb olur”.

Ekspertin sözlərinə görə, Azərbaycan bu prosesdə mərkəzi rol oynayan ölkələrdən biridir. “Coğrafi mövqeyi, inkişaf etmiş nəqliyyat infrastrukturu və aktiv xarici siyasəti sayəsində Azərbaycan Orta Dəhlizin əsas logistika qovşağına çevrilib. Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı və digər layihələr ölkənin tranzit potensialını əhəmiyyətli dərəcədə artırıb. Bu isə Azərbaycanın həm iqtisadi gəlirlərini artırır, həm də onun geosiyasi əhəmiyyətini gücləndirir. Bununla yanaşı, Orta Dəhlizin artan əhəmiyyəti regional əməkdaşlığı da təşviq edir. Azərbaycan, Qazaxıstan, Gürcüstan və Türkiyə kimi regional ölkələr arasında koordinasiyanın güclənməsi bu marşrutun səmərəliliyini artırır. Eyni zamanda, Avropa İttifaqı və Çin kimi böyük aktorların da bu dəhlizə marağı artır, bu isə əlavə investisiya və texnoloji inkişaf imkanları yaradır. Nəticə etibarilə, Yaxın Şərqdə baş verən hadisələr fonunda Orta Dəhliz artıq alternativ marşrut olmaqdan çıxaraq strateji zərurətə çevrilib. Qlobal ticarətin təhlükəsizliyi və davamlılığı baxımından bu dəhliz yaxın perspektivdə daha da əhəmiyyət qazanacaq. Azərbaycan isə bu prosesdə yalnız tranzit ölkə deyil, həm də regional logistika və geosiyasi mərkəz kimi öz mövqeyini daha da möhkəmləndirəcək”, - deyə ekspert əlavə edib.

Müxbir - Günel Türksoy

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Aprel 2026 12:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see331

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see323

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see320

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see310

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see271

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see260

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see257

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see253

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see249

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see245

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see222

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see222

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see216

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see210

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see207

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see205

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see190

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see182

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see175

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri