Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

Ekspert: Rumıniya Azərbaycan sərmayələrinin cəlb olunmasında çox maraqlıdır MÜSAHİBƏ

Ekspert: Rumıniya Azərbaycan sərmayələrinin cəlb olunmasında çox maraqlıdır MÜSAHİBƏ

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 21 may, Tamilla Məmmədova, AZƏRTAC

AZƏRTAC Rumıniya Energetika Mərkəzinin təsisçisi və direktoru, ekspert Yevgeniya Gusilova ilə müsahibəni təqdim edir.

- Azərbaycan və Rumıniya arasındakı enerji dialoqunun hazırkı vəziyyətini necə qiymətləndirirsiniz? Nələr əldə olunub və hansı potensial hələ də qalır?

- Azərbaycan və Rumıniya arasındakı dialoq strateji əsaslara malikdir. 2009-cu ildə ölkələr strateji tərəfdaşlıq haqqında sənəd imzalayıblar və o vaxtdan bəri enerji mövzusu ikitərəfli gündəlikdə davamlı yer alır. Lakin qeyd etmək lazımdır ki, bu dialoq uzun müddət əsasən niyyətlər və diplomatik müzakirələr səviyyəsində qalıb. Digər tərəfdən, son 2-3 ildə həm geosiyasi qeyri-sabitlik, həm də yeni iqlim gündəliyi çərçivəsində marağın canlandığını görürük. Mən hesab edirəm ki, məhz indi ölkələr sözlərdən konkret fəaliyyətə keçmək üçün unikal imkan əldə ediblər. Azərbaycan təkcə qazın deyil, həm də yaşıl enerjinin fəal təchizatçısı ola bilər, Rumıniya isə əhəmiyyətli tranzit və emal platformasına çevrilə bilər.

- Rumıniya Azərbaycan qazı və yaşıl elektrik enerjisinin Avropaya tədarükü üçün əsas tranzit qovşağı ola bilərmi?

- Coğrafiya, infrastruktur və Avropa İttifaqı (Aİ) üzvlüyü baxımından - şübhəsiz ki, bəli. Rumıniya enerji mərkəzi olmaq üçün bütün zəruri şərtlərə malikdir. Təəssüf ki, keçmişdə ölkə bu imkanları tam şəkildə reallaşdıra bilməyib. İdarəetmə və strateji planlaşdırmada müəyyən səhvlər edilib. İndi “Yaşıl Enerji Dəhlizi” layihəsi kontekstində Rumıniya regional enerji qovşağı statusunu yenidən təsdiq etmək şansına malikdir. Lakin çox şey siyasi iradədən və həqiqətən prioritet olan layihələrə diqqət yetirmək qabiliyyətindən asılı olacaq. Azərbaycan isə bu quruluşda stabil və proqnozlaşdırılan təchizatçı kimi əsas rol oynaya bilər.

- TANAP-TAP layihəsi Azərbaycanla Rumıniya arasında enerji əlaqələrində hansı rolu oynayıb?

- TANAP və TAP layihələri, şübhəsiz ki, Azərbaycanın Avropa üçün mühüm təchizatçı kimi mövqeyini gücləndirib. TAP əsasən İtaliya bazarına yönəlib və Azərbaycan qazı Rumıniyaya yalnız minimal həcmdə çatır. Buna baxmayaraq, layihənin strateji əhəmiyyəti qalır. O sübut etdi ki, Cənub Qaz Dəhlizi işləkdir və genişləndirilə bilər. Bu, o təməl bazadır ki, onun üzərində Rumıniya infrastrukturunu nəzərə almaqla yeni marşrutlar qurmaq mümkündür.

- Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu nə dərəcədə əhəmiyyətlidir?

- Azərbaycan Avropanın enerji arxitekturasında son dərəcə mühüm yer tutur. 2022-ci ildə Avropa Komissiyası Azərbaycandan qaz idxalının həcmini ildə 10 milyard kubmetrdən 20 milyard kubmetrə çatdırmaq məqsədini açıqladı. Bu, yüksək etimad və marağın göstəricisidir. Eyni zamanda, görürük ki, Avropa tədricən fosil yanacaqlardan asılılığını azaltmağa doğru gedir. Buna görə də Azərbaycan üçün enerji təklifini şaxələndirmək, xüsusilə yaşıl enerji istiqamətini gücləndirmək xüsusi önəm daşıyır. Artıq bu sahədə işlər başlanılıb və davam etdirilir.

- Günəş, külək və hidrogen kimi bərpaolunan enerji mənbələri sahəsində əməkdaşlıq üçün hansı perspektivləri görürsünüz?

- Rumıniya bu sahədə əhəmiyyətli təcrübəyə malikdir. 2008-ci ildən etibarən ölkəmiz külək və günəş enerjisi sahəsində fəal inkişaf yolu tutur. Artıq mövcud olan və Avropa maliyyələşdirməsi sayəsində tikilməkdə olan bir sıra obyektlərimiz var. 2030-cu ilədək Rumıniya enerji gücünü əlavə 7 giqavat artırmağı planlaşdırır. Azərbaycan isə bu istiqamətdə ilk, lakin inamlı addımlarını atır. Günəş potensialı və güclü külək zonalarının mövcudluğu investisiyalar üçün ciddi baza yaradır. Hesab edirəm ki, məhz yaşıl enerji sahəsində ölkələrimiz arasında əsl texnoloji tərəfdaşlığın əsası qoyula bilər.

- Bu sahədə birgə layihələrin yaradılması mümkündürmü?

- Rumıniya Azərbaycandan investisiyaların cəlb olunmasında çox maraqlıdır. Bu, mütləq trans-Avropa miqyaslı nəhəng layihə olmaq məcburiyyətində deyil. Azərbaycan şirkətlərinin iştirakı ilə texnoloji baxımdan innovativ, lokal və konkret layihələr belə çox faydalı və simvolik baxımdan əhəmiyyətli ola bilər. Geosiyasi risklərdən asılı olmayan, lokal investisiyalara və əməkdaşlığa üstünlük vermək daha məntiqlidir.

- “Yaşıl Enerji Dəhlizi” layihəsi iqtisadi və texnoloji baxımdan nə dərəcədə realdır?

- Bu, yalnız siyasi dəstək deyil, həm də iştirakçı ölkələrin daxili enerji proqramları ilə dəqiq uyğunlaşdırma tələb edən iddialı bir təşəbbüsdür. Hazırda Rumıniya elektrik enerjisi çatışmazlığı ilə üzləşir, lakin yaxın illərdə yeni obyektlərin — o cümlədən atom reaktorlarının və təbii qazla işləyən elektrik stansiyalarının istifadəyə verilməsi gözlənilir. Əgər layihə daxili bazarın artıq “doyduğu” bir vaxtda reallaşarsa, onun effektivliyi gözlənildiyindən aşağı ola bilər. Buna görə də fürsət pəncərəsini qaçırmamaq üçün sürətli və çevik şəkildə hərəkət etmək vacibdir.

- Hazırda Rumıniyada hansı enerji layihələri həyata keçirilir?

- Qara dənizin Rumıniyaya aid sektorunda təbii qaz hasilatına hazırlıq işləri aparılır. İlk qazın 2027-ci ildə əldə olunacağı gözlənilir. Eyni zamanda, yeni istilik elektrik stansiyalarının tikintisi gedir, “Çernavoda” atom elektrik stansiyasında isə 3-cü və 4-cü reaktorların istismara verilməsi planlaşdırılır. Bu layihələr Rumıniyanın enerji təhlükəsizliyini əhəmiyyətli dərəcədə artıracaq və artıq elektrik enerjisi potensial olaraq Moldovaya, Ukraynaya, Macarıstana və müvafiq marşrutlar mövcud olduqda daha uzaq ölkələrə ixrac oluna bilər.

- Ölkələrimiz arasında dayanıqlı enerji layihələrinə özəl investisiyaları stimullaşdırmaq üçün hansı alətlərdən istifadə oluna bilər?

- Rumıniya tərəfi hər zaman Azərbaycanla əməkdaşlıqda maraqlı olub. Burada əsas məsələ həmin marağın qarşılıqlı olmasıdır. İkili tərəfdaşlıq yalnız hər iki tərəfin təşəbbüs göstərməsi halında uğurlu ola bilər. Rumıniya bazarına daxil olan azərbaycanlı investorlar bir növ yol açan rolunu oynaya və digər sərmayədarlar üçün də yeni imkanların qapısını aça bilərlər.

- Rumıniya Azərbaycana enerji keçidi sahəsində təcrübəsindən yararlanmağa kömək edə bilərmi?

- Rumıniyanın bərpaolunan enerji sahəsində artıq 15 ildən çox təcrübəsi var. Biz kömür enerjisindən imtina da daxil olmaqla, mürəkkəb transformasiya mərhələlərindən keçmişik. Bu proses xüsusilə sosial baxımdan ağrılı olub. Lakin qanunvericilik və bərpaolunan enerji mənbələrinin dəstək mexanizmləri sahəsində əhəmiyyətli irəliləyişlər əldə etmişik. Azərbaycan bu təcrübədən öz reallığına və resurs potensialına uyğun şəkildə yararlana bilər. Söhbət tam sürətdə təkrarlamaqdan yox, artıq başqaları tərəfindən edilmiş səhvlərdən yayınmaqdan gedir.

- Gələcəkdə Azərbaycan və Rumıniya arasında əməkdaşlıqda nə görmək istərdiniz?

- Mən daha çox Azərbaycan sərmayədarlarının adi bazarların hüdudlarından çıxmağa cəsarət etməsini görmək istərdim. Rumıniya Avropa İttifaqının bir hissəsidir, sabit qanunvericilik mühiti var və bu, Avropa bazarına çıxış üçün platformadır. Ümid edirəm ki, Azərbaycan biznesi bunu görəcək və bu imkandan istifadə edəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 May 2025 19:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see354

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see268

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see264

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see258

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see242

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see239

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see222

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see218

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see213

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see209

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see205

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see201

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see197

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see195

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see187

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see186

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see182

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see182

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see176

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri