Icma.az
close
up
RU
Ekspert: Rumıniyada Azərbaycan ərazisindən keçən marşrutdan istifadəyə maraq artır Müsahibə

Ekspert: Rumıniyada Azərbaycan ərazisindən keçən marşrutdan istifadəyə maraq artır Müsahibə

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 9 oktyabr, Tamilla Məmmədova, AZƏRTAC

Geosiyasi dəyişikliklər və ticarət yollarının diversifikasiyası səyləri fonunda Orta Dəhliz (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu – TBNM) Rusiya ərazisindən keçən ənənəvi marşrutlara real alternativ kimi getdikcə daha çox diqqət mərkəzinə çevrilir. Bu dəhlizin həm Mərkəzi Asiya və Qafqaz ölkələri, həm də Avropa İttifaqı dövlətləri üçün əhəmiyyəti getdikcə artır. Marşrutun əsas qovşaqlarından biri Qara dənizin ən iri limanı olan Konstansa limanıdır. O, Avrasiya logistikasında dəniz və çay daşımalarının inteqrasiyasında mühüm rol oynayır.

AZƏRTAC-ın müxbiri multimodal daşımaların qarşısında duran çağırışlar və imkanlar, rəqəmsallaşma və beynəlxalq əməkdaşlıq məsələləri barədə nəqliyyat və logistika üzrə ekspert, Dunay və Qara dəniz regionlarında çay və dəniz nəqliyyatının inkişafında fəal iştirak edən, logistik xidmətlər göstərən “Delta Shipping Agency” şirkətinin koordinatoru Sabrina Valkov ilə söhbət edib.

– Konstansa limanı vasitəsilə həyata keçirilən yüklərin daşınması prosesinin özəllikləri nələrdir? Əsas idxal və ixrac istiqamətləri hansılardır?

– Konstansa limanı Qara dənizdə yerləşən ən iri limandır və bütün region üçün əsas dəniz-logistika qovşağı hesab olunur. Əlverişli coğrafi mövqeyi və inkişaf etmiş infrastrukturu sayəsində beynəlxalq ticarətdə strateji rol oynayır. Bu liman vasitəsilə yükdaşımaların əsas xüsusiyyətlərindən biri onun dərinsulu terminalları sayəsində iritonnajlı gəmiləri qəbul etmək qabiliyyətidir. Bu, konteyner daşımaları, toplu yüklər (taxıl, kömür və s.), neft məhsulları, habelə irihəcmli və layihə tipli yüklər də daxil olmaqla, müxtəlif kateqoriyaların emalını mümkün edir.

Ticarət axınları baxımından liman həm idxal, həm də ixrac istiqamətlərində mühüm mərkəz rolunu oynayır. İdxal olunan yüklərə əsasən maşınqayırma məhsulları, istehlak malları, enerji resursları (neft, kömür, qaz) və müxtəlif xammal növləri daxildir. Bu yüklər əsasən Asiya, Yaxın Şərq və digər regionlardan gəlir, hansı ki, qlobal istehsal və ticarət zəncirlərində mühüm rol oynayır.

İxrac axınları isə əsasən Avropa İttifaqı, Türkiyə və Asiya ölkələrinin bazarlarına yönəlir. Buraya kənd təsərrüfatı məhsulları (taxıl, yağlı bitkilər), mineral və kimyəvi gübrələr, həmçinin sənaye məhsulları və istehsal avadanlıqları daxildir.

Konstansa limanı dəniz və çay yollarının kəsişməsində yerləşdiyindən Dunay çayı vasitəsilə Qara dəniz regionunu Avropanın daxili su yolları ilə birləşdirir. Bu isə limanı Mərkəzi və Şərqi Avropaya birbaşa çıxış imkanı yaradan strateji tranzit və multimodal logistika qovşağına çevirir.

– Orta Dəhlizi Rusiya ərazisindən keçən ənənəvi marşrutlara alternativ kimi necə qiymətləndirirsiniz?

– Orta Dəhliz sabit və rəqabətədavamlı alternativ nəqliyyat marşrutu kimi əhəmiyyətli potensiala malikdir. O, yalnız nəqliyyat imkanlarını şaxələndirmir, həm də yükgöndərənlər üçün geosiyasi riskləri azaldır. “Delta Shipping Agency” olaraq biz artıq Xəzər dənizindən keçən, Azərbaycan və Gürcüstan vasitəsilə Qara dənizlə, o cümlədən Konstansa limanı ilə birləşən marşrutlara artan maraq müşahidə edirik. Hələlik daşımaların həcmi inkişaf mərhələsindədir, lakin tendensiya müsbətdir. İnfrastrukturun təkmilləşdirilməsi və marşrut boyunca koordinasiyanın güclənməsi ilə bu istiqamətdə tələbatın artacağı gözlənilir.

– Avropa İttifaqının Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı və şimal marşrutlarından asılılığın azaldılması strategiyasında Konstansa limanının rolu nədən ibarətdir?

– Konstansa limanı Avropa İttifaqı ilə Xəzər regionu arasında təbii logistik körpü rolunu oynayır. O, Avropa nəqliyyat şəbəkəsinə yaxşı inteqrasiya olunub və birbaşa dəniz, həmçinin daxili su əlaqələrinə malikdir. Aİ-nin strategiyası çərçivəsində Konstansa limanı Qara dənizdə etibarlı və səmərəli logistik qapı funksiyasını yerinə yetirir. O, tədarük zəncirlərinin şaxələndirilməsinə, Avropa logistikasının dayanıqlılığının gücləndirilməsinə və Orta Dəhliz vasitəsilə Avrasiya regionuna çıxışın təmin olunmasına xidmət edir.

–Multimodal logistika və tranzit potensial baxımından Azərbaycanın infrastrukturunun inkişafını necə qiymətləndirirsiniz? Hazırda Azərbaycan ilə Qara dəniz limanları, o cümlədən Konstansa arasında logistika əlaqələri nə dərəcədə inteqrasiya olunub?

– Azərbaycan son illərdə nəqliyyat infrastrukturunun modernləşdirilməsinə – limanların, dəmir yollarının və logistika mərkəzlərinin inkişafına əhəmiyyətli investisiyalar yatırıb. Məsələn, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı müasir və yüksək texnologiyalı kompleksə çevrilərək, Trans-Xəzər yük axınlarının effektiv idarə edilməsini təmin edir.

Qara dəniz limanları ilə inteqrasiya, o cümlədən Konstansa limanı ilə əlaqələr, hələ inkişaf mərhələsində olsa da, bu sahədə stabil irəliləyiş müşahidə olunur. Dəmir yolu-dəniz əlaqələrinin gücləndirilməsi və prosedurların unifikasiyası bu istiqamətin tranzit potensialının tam reallaşdırılmasına imkan verəcək.

–Çin və Mərkəzi Asiya ölkələrindən idxal üçün Rumıniya və ya Avropa şirkətləri Azərbaycan ərazisindən keçən marşrutdan istifadəyə maraq göstərirmi?

– Bəli, xüsusilə də təchizat zəncirlərinin şaxələndirilməsi kontekstində bu maraq tədricən artır. Avropa şirkətləri getdikcə daha çox Orta Dəhlizi Çin-Avropa istiqamətində öz nəqliyyat strategiyalarının bir hissəsi kimi nəzərdən keçirirlər.

Rumıniyanın logistika şirkətləri və ixracatçıları da Azərbaycanı strateji tranzit tərəfdaşı kimi qəbul etməyə başlayıblar. Bu, tamamilə dəniz nəqliyyatına əsaslanan marşrutlarla müqayisədə yükdaşıma müddətinin qısaldılmasına imkan verir və xərclərin optimallaşdırılması baxımından da üstünlük yaradır.

– Sizin fikrinizcə, bu marşrut üzrə logistikanın rəqəmsallaşması perspektivləri necədir? Xüsusilə vahid elektron nəqliyyat sənədləri, yüklərin izlənməsi və yaşıl dəhlizlər baxımından vəziyyəti necə qiymətləndirirsiniz?

– Rəqəmsallaşma Orta Dəhlizin uğurlu inkişafı üçün əsas amillərdən biridir. Vahid elektron nəqliyyat sənədlərinin və inteqrasiya olunmuş yük izləmə sistemlərinin tətbiqi bürokratik prosedurları azaltmağa, şəffaflığı artırmağa və yük göndərənlərin etimadını möhkəmləndirməyə imkan verəcək.

Yaşıl dəhlizlər konsepsiyası, yəni gömrük və sərhəd prosedurlarının sadələşdirilməsi marşrutun rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə yüksəldəcək. Artıq bu istiqamətdə bir sıra pilot təşəbbüslər həyata keçirilir, lakin real nəticə əldə etmək üçün dəhlizə daxil olan bütün ölkələr arasında rəqəmsal həllərin daha geniş tətbiqi və qarşılıqlı uyğunluğu təmin olunmalıdır.

– Rumıniya, Azərbaycan, Gürcüstan və Qazaxıstan şirkətləri arasında yaradılacaq birgə logistika platformaları və alyanslar Orta Dəhlizin möhkəmləndirilməsində hansı rolu oynaya bilər?

– Belə tərəfdaşlıqlar həlledici əhəmiyyətə malikdir. Birgə logistika platformaları və alyanslar resursların birləşdirilməsinə, xidmətlərin standartlaşdırılmasına və etibarlı daşınma cədvəllərinin formalaşdırılmasına şərait yaradır. Bu da öz növbəsində Orta Dəhlizi qlobal yük göndərənlər üçün daha cəlbedici edir.

Bu ölkələrin logistika şirkətləri arasında əməkdaşlığın dərinləşdirilməsi bazarın parçalanmasının aradan qaldırılmasına, vahid logistika həllərinin hazırlanmasına və Orta Dəhlizin Avrasiya ticarət məkanında rəqabətqabiliyyətli, inteqrasiya olunmuş alternativ kimi mövqeyinin güclənməsinə xidmət edəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:100
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Oktyabr 2025 18:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəticəsiz işə “yenilik” demək ayıbdır... Ekspertdən AYNA ya sərt reaksiya

08 Oktyabr 2025 15:59see211

Bakı yenidən qurulur Söküntü olacaq

08 Oktyabr 2025 00:14see189

Hadise saxlanılmasından danışıb ağladı Həyatımda ilk dəfə dəhşət içində oyandım VİDEO

09 Oktyabr 2025 01:25see145

“36 min ödəmişəm, anamı da xəstəxanada öldürüblər” FOTO

08 Oktyabr 2025 01:19see141

Payızda ailəvi tətillər üçün ən yaxşı beş şəhər

09 Oktyabr 2025 10:37see140

Makron pis vəziyyətə düşdü Parlamenti buraxır

08 Oktyabr 2025 06:15see136

Ofelyaya əri bahalı maşın ALDI

08 Oktyabr 2025 18:46see135

Ata olmaq istəyənlərin nəzərinə! Bu vərdişlərdən uzaq durun...

08 Oktyabr 2025 07:07see134

İsrail və HƏMAS sülh planı ilə bağlı tarixi razılaşma imzaladı

09 Oktyabr 2025 04:12see133

Meloni məhkəməyə verildi

08 Oktyabr 2025 01:14see127

Qəzzada Türkiyənin mövqeyi nəzərə alınmadan sülh mümkün deyil

08 Oktyabr 2025 18:55see126

Ağ, sarı, qırmızı yoxsa yaşıl: Hansı soğan ən faydalıdır?

09 Oktyabr 2025 03:03see126

Rusların Baxmutdakı qərargahını məhv edilib...

08 Oktyabr 2025 18:11see123

İnək südündən 10 dəfə daha faydalı: Sümükləri möhkəmləndirir...

09 Oktyabr 2025 04:06see123

Keçmiş dünya çempionunun oğlu asılmış vəziyyətdə tapılıb

09 Oktyabr 2025 03:14see122

Gömrük Komitəsindən daxilolmalar azalıb Ekspert səbəb AÇIQLADI

08 Oktyabr 2025 17:23see121

Hadrutun işğaldan azad olunmasından 5 il ötür

09 Oktyabr 2025 00:02see121

Koreya yeməkləri sağlamlıq üçün təhlükə yarada BİLƏR

08 Oktyabr 2025 19:47see120

DTX nin keçirdiyi əməliyyat nəticəsində saxlanılmışdılar Məhkəmə

08 Oktyabr 2025 09:16see116

3 vəkil cəzalandırılıb, 4 nə xəbərdarlıq edilib Rəsmi

08 Oktyabr 2025 16:10see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri