Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

Ekspert: Sağlam müəllim sağlam məktəb prinsipi pozulur

Ekspert: Sağlam müəllim sağlam məktəb prinsipi pozulur

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Faciəvi hadisə gündəmə gətirdi


 Kamran Əsədov: “Müəllim sağlamlığı nəzarət altında olmadıqda təhsilin keyfiyyəti də risk altındadır"

Naxçıvandakı orta məktəblərdən birində baş verən faciəvi hadisə müəllimlərin sağlamlıq vəziyyəti və onların müntəzəm tibbi müayinəsinin vacibliyini gündəmə gətirib. Bu hadisə göstərir ki, müəllimlərin gündəlik yorucu iş rejimi və stressli iş mühiti onların sağlamlığına ciddi təsir edə bilər. Ona görə də, məktəb işçilərinin profilaktik tibbi müayinədən keçməsi, erkən diaqnostika və vaxtında müdaxilə imkanları onların həyatını qorumaq və peşə fəaliyyətini davam etdirmək üçün əvəzsizdir.

Qeyd edək ki, hadisə Naxçıvan şəhər 17 nömrəli tam orta məktəbdə baş verib.

Dərs zamanı orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Nailə Kamil qızı Budaqovanın qəfil halı pisləşərək yıxılıb.

İlkin ehtimala görə, müəllimin beyninə qan sızıb. Hadisə yerinə çağırılan tibbi yardımın səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.


ADPU-nun Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru Kamran Əsədov Sherg.az-a açıqlamasında bildirib ki, bu hadisə həm qanunvericilikdəki tənzimləmələrin praktiki icrasının zəif olduğunu, həm də bu sahədə profilaktik və sistemli mexanizmlərin təkmilləşdirilməsinə ciddi ehtiyac olduğunu göstərir:


 “Azərbaycan qanunvericiliyi formal baxımdan müəllimlərin işə qəbul zamanı və əmək fəaliyyəti dövründə tibbi müayinədən keçməsini təmin edən kifayət qədər hüquqi baza yaradır, lakin bu tənzimləmələrin icrası daha çox kağız üzərində qalır və sistemlilikdən uzaqdır. Əmək Məcəlləsinin 214-cü maddəsinə əsasən, “işəgötürən işçilərin sağlamlıq vəziyyətinin istehsalat mühitinə və görülən işin xüsusiyyətlərinə uyğun olmasını təmin etməli, işçiləri ilkin və dövri tibbi müayinələrdən keçirməlidir”. Bu müayinələrin xərcləri işəgötürən tərəfindən ödənilir və ondan imtina edənlər əmək funksiyasına buraxılmamalıdır. Həmçinin “Sanitariya-epidemioloji salamatlıq haqqında” Qanuna görə, bütün təhsil müəssisələrinin işçiləri, xüsusilə uşaqlarla işləyən şəxslər dövri tibbi müayinədən keçməli və sağlamlıq haqqında arayış təqdim etməlidirlər. Nazirlər Kabinetinin 3 yanvar 2000-ci il tarixli qərarı ilə təsdiqlənmiş “Məcburi tibbi müayinələrdən keçməli olan şəxslərin siyahısı”nda təhsil və tərbiyə müəssisələrində çalışan bütün müəllimlər xüsusi kateqoriyada yer alır. Lakin bu sənədlərdə müayinələrin periodikliyi, icra mexanizmi və məsuliyyət bölgüsü konkret göstərilmədiyindən, rayon və məktəblər arasında fərqli praktika yaranır”.


Elm və Təhsil Nazirliyinin son illər məktəblərdə sağlamlıq və təhlükəsizlik məsələlərinə diqqət etdiyini vurğulayan K.Əsədovun sözlərinə görə, ETN məktəb tibb bacılarının sayını bərpa etməklə yanaşı, sanitariya tələblərinin yerinə yetirilməsinə nəzarət mexanizmlərini gücləndirib: 

“Bu, Nazirliyin təhsil müəssisələrində sağlam mühitin yaradılması istiqamətində atdığı vacib addımlardan biridir. Nazirliyin təşəbbüsü ilə bəzi məktəblərdə şagird və müəllimlərin ilkin tibbi müayinəsi üçün yerli poliklinikalarla əməkdaşlıq yaradılıb. Bu, dövlətin sosial məsuliyyət prinsipinə və “Sağlam məktəb - sağlam gələcək” konsepsiyasına uyğundur. Bununla belə, mənfi tərəf ondan ibarətdir ki, müəllimlərin tibbi müayinələri hələ də formal xarakter daşıyır. Müəllimlər çox zaman işə qəbul zamanı bir dəfə arayış təqdim etməklə kifayətlənir, halbuki “Təhsil haqqında” Qanunun 40-cı maddəsinə əsasən, təhsilalanların və təhsil verənlərin sağlamlıq mühitinin qorunması dövlətin birbaşa vəzifəsidir. Faktiki olaraq, məktəblərdə risk qruplarına aid müəllimlərin (yaşlı, xroniki xəstəlikləri olan, yüksək stress mühitində çalışan) ayrıca nəzarət altında saxlanılması təmin olunmur. Dövlət Statistika Komitəsinin 2023-cü il məlumatına görə, ölkədə əmək qabiliyyətli yaşda ürək-damar xəstəliklərindən ölüm halları 32 min nəfəri keçib, bu isə iş yerlərində, xüsusən də emosional və intellektual yüklənmənin yüksək olduğu sahələrdə profilaktik tədbirlərin vacibliyini göstərir”.


Beynəlxalq təcrübəyə gəldikdə isə təhsil eksperti qeyd edib ki, müəllim peşəsində sağlamlıq nəzarəti yalnız tibbi yoxlama ilə bitmir, həm də psixoloji və ergonomik risklərin idarəsini əhatə edir: 

“Finlandiyada işəgötürənlər bütün dövlət müəssisələrində çalışanlar üçün mütəmadi “peşə sağlamlığı xidməti” təşkil edir, müəllimlərin illik stress, tükənmişlik və psixoloji sağlamlıq göstəriciləri monitorinq olunur. Türkiyədə 6331 saylı “İş Sağlığı və Güvenliği Qanunu”na əsasən, dövlət müəssisələrində də periodik tibbi müayinələr, psixoloji qiymətləndirmələr və risk analizləri həyata keçirilir. İngiltərədə 2023-cü ildən bütün məktəblərdə AED (defibrilyator) cihazları məcburi qaydada quraşdırılıb, bütün müəllimlər üçün CPR (ürək masajı) təlimləri keçirilib. Bu, qəfil sağlamlıq problemlərində xilasetmə ehtimalını 70 faizədək artırıb. Azərbaycan məktəblərində də belə mexanizmin tətbiqi həm təhlükəsizliyi, həm də ictimai məsuliyyət hissini gücləndirər. Hazırkı vəziyyəti təhlil edərkən görünür ki, Elm və Təhsil Nazirliyinin sağlamlıq nəzarəti sahəsində fəaliyyət istiqamətləri düzgün istiqamətdədir. Nazirliyin məktəblərdə tibb işçilərinin yerləşdirilməsi, mütəmadi sanitariya yoxlamalarının təşkili və müəllimlərin sağlamlıqla bağlı maarifləndirilməsi istiqamətində atdığı addımlar təqdirəlayiqdir. Lakin bu sistemin real effektivliyini artırmaq üçün profilaktik müayinələrin elektron qeydiyyatı, yaş və risk qruplarına əsaslanan fərqli periodiklik prinsipi, həmçinin fövqəladə hallarda təcili tibbi yardım protokollarının (məsələn, məktəbdə AED cihazının olması və onun istifadəsi üzrə təlimlər) tətbiqi zəruridir. Bu, həm də “Azərbaycan Respublikasında təhsil sisteminin inkişafı üzrə Dövlət Strategiyası”nda göstərilən sağlam və təhlükəsiz təhsil mühitinin yaradılması hədəflərinə uyğundur. Dəyişikliklər yalnız normativ bazanı deyil, həm də mədəniyyətin özünü dəyişəcək. Müəllim sağlamlığının dövlət nəzarəti altına alınması, tibbi və psixoloji skrininqin elektron sistemlə inteqrasiyası təhsil sisteminin keyfiyyətinə bilavasitə təsir edəcək, dərsə davamiyyət, pedaqoji performans və emosional sabitlik göstəricilərini yaxşılaşdıracaq. Bu baxımdan, Elm və Təhsil Nazirliyinin gələcəkdə Səhiyyə Nazirliyi ilə birgə “Sağlam Müəllim” adlı proqram qəbul etməsi həm qanunvericiliyə, həm də BMT-nin Davamlı İnkişaf Məqsədlərinə uyğun bir islahat addımı olar”.


K.Əsədov hesab edir ki, hadisənin özü faciəvi olsa da, yaratdığı ictimai rezonans vacib müzakirəni gündəmə gətirib:

 “Azərbaycan qanunvericiliyi müəllimlərin sağlamlıq nəzarətini təmin edir, lakin icra mərhələsində sistemsizlik qalır. Elm və Təhsil Nazirliyinin bu istiqamətdə apardığı islahatların genişləndirilməsi, beynəlxalq təcrübələrin (xüsusilə Finlandiya və İngiltərə modellərinin) tətbiqi, həm müəllimlərin həyatının qorunması, həm də təhsil keyfiyyətinin artırılması baxımından strateji zərurətdir. Sağlam müəllim – sağlam məktəb, sağlam məktəb isə sağlam cəmiyyət deməkdir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://sherg.az
archiveBu xəbər 08 Oktyabr 2025 12:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see640

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see376

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see345

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see256

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see249

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see247

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see232

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see224

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see224

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see215

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see209

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see200

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see197

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see196

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see194

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see192

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see186

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see183

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see175

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri