Ekspertdən ADY yə sərt suallar: “B planı niyə yoxdur?”
Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.
Sumqayıt-Pirşağı-Bakı istiqamətində hərəkət edən qatarın 07:20 reysinin ləğv olunması sərnişinlər arasında narazılıq yaradıb. Sosial şəbəkə istifadəçisi Sevinc Paşayeva bu barədə paylaşım edib. S.Paşayeva qeyd edir ki, mövsümün ən qızğın vaxtında belə qərarın verilməsi sıxlığı daha da artırır və gərginlik yaradır: “Hərəkət cədvəlində birdən-birə 20 dəqiqə interval yaranıb. İndi o intervala görə həm Sumqayıt sakinləri 7:10-da mindikləri qatarda əlavə olaraq 20 dəqiqə gözləməli olurlar (7:30-da tərpənir), həm də Bakıya qədərki stansiyalarda yaranan basabas nəticəsində qatar mənzil başına ən azı 10 dəqiqə də gecikir. Yolboyu 12 stansiyada minib-düşən sərnişinlər 1 saatlıq məsafəni bir-birinin belində qət edirlər. Üstəlik, vaqonlarda operatorun elan etdiyi kimi, əlillərə, uşaqlara, qocalara və hamilə qadınlara yer vermək mümkün olmur”.
Bu qrafik dəyişikliyi insanların yollarda xeyli vaxt, enerji itirməsinə, stəlik də əsəb gərginliyinə səbəb olur.
Nəqliyyat və logistika məsələləri üzrə mütəxəssis Rauf Ağamirzəyev Sherg.az-a açıqlamasında bildirdi ki, ADY-nin yanvar-sentyabr aylarında 8,5 milyona yaxın sərnişin daşıması və 19%-lik artım ciddi göstəricidir. Sentyabrda artımın 24%-ə çatması isə tələbin sürətlə yüksəldiyini göstərir. Lakin rekord yalnız sərnişin sayında olmamalıdır:
- Amma son günlər qrafik dəyişiklikləri və pik saatlarda yaranan sıxlıqla bağlı sərnişinlərin ardıcıl narazılıqları da diqqətdən kənarda qalmamalıdır. Maraqlıdır, ADY bu rəyləri sistemli şəkildə təhlil edirmi? Əgər sərnişin axınının artacağı proqnozlaşdırılırdısa, B planı niyə yoxdur? Mövcud hərəkət tərkibindən daha çevik istifadə, pik saatlarda əlavə reyslər və alternativ ssenarilər niyə əvvəlcədən hazırlanmasın?
Yeni qatarların sifarişi vacibdir. Amma onlar bir neçə ildən sonra gələcəksə, bugünkü artan tələbi bugünkü imkanlarla necə idarə edəcəyik? Çünki dəmir yolunda rekord təkcə sərnişin sayında deyil, təhlükəsizlik, komfort, punktuallıq və müştəri məmnunluğunda da ölçülməlidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 07 Oktyabr 2026 10:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















