Icma.az
close
up
RU
Ekspertdən qanunsuz tikililərlə bağlı təklif Video

Ekspertdən qanunsuz tikililərlə bağlı təklif Video

Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Özbaşına tikililərlə bağlı məsələ əslində illərdir müzakirə mövzusudur. Bir tərəfdən, özbaşına tikililərin sənədləşdirilməsi istiqamətində aparılan müzakirələrdə mühafizə zolaqlarına düşən tikililərin aqibəti ilə bağlı mövqe də özünü göstərir. Xüsusilə son günlərdə bu məsələ bir qədər də aktuallaşıb.

Bu barədə Axar TV-yə açıqlamasında əmlak eksperti Ramil Osmanlı bildirib.

Onun sözlərinə görə, ilkin olaraq aparılan araşdırmalarda səsləndirilən 1600 tikili ilə bağlı rəqəm mövcud reallığı tam əks etdirmir:

“Bu istiqamətdə daha dərin araşdırmalara ehtiyac var. Hər bir halda, özbaşına tikililərlə bağlı sənədləşmə və qərar qəbuletmə prosesində müəyyən fikir ayrılıqlarının olması başadüşüləndir. Hökumətin bu istiqamətdə qərar qəbul etməsində çətinliklərin olması da anlaşılandır, çünki normativ-hüquqi çərçivədə dəyişikliklərə ehtiyac yarana bilər. Lakin mühafizə zolaqlarına düşən fərdi yaşayış evlərinin aqibəti məsələsi ən qısa müddətdə həll olunmalıdır. Bu problem göstərdi ki, sözügedən məsələ hazırda hökumətin qarşısında duran prioritet istiqamətlərdən biridir. Çıxış yolu kimi öz sosial şəbəkə hesablarımda da bir sıra təkliflər irəli sürmüşəm. Onlardan biri də ondan ibarətdir ki, kollektorlar, ötürücü xətlər, magistral su kəmərləri, eləcə də avtomobil yollarının, yüksək gərginlikli elektrik xətlərinin və dəmir yollarının mühafizə zolaqları bu çərçivəyə daxil edilməlidir. Hər bir halda mühafizə zolaqları bu cür qanunsuz tikililərdən təmizlənməlidir. Bu, birmənalıdır və alternativ müzakirə istiqaməti kimi təqdim oluna bilməz. Yalnız bir istisna nəzərə alına bilər. Bəzi ərazilərdə mövcud vəziyyətin iqtisadi və sosial yükü qiymətləndirilə bilər. Əgər hesablamalar göstərərsə ki, məsələn, 3–5 kilometrlik xətt boyunca yerləşən tikililərin köçürülməsi dövlətə 50–100 milyon manat vəsaitə başa gəlir, bu halda alternativ həll yolları nəzərdən keçirilə bilər. Əgər daha ucuz və iqtisadi baxımdan səmərəli variant mövcuddursa, məsələn, kollektorun və ya xəttin yerinin dəyişdirilməsi daha məqsədəuyğundursa, bu seçimə də baxıla bilər. Lakin ümumilikdə mühafizə zolaqları ilə bağlı məsələ öz həllini tapmalıdır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://axar.az
archiveBu xəbər 13 Aprel 2026 19:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1031

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see528

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see428

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see335

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see332

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see234

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see233

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see226

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see221

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see216

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see216

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see208

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see208

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see201

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see194

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see186

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see181

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see180

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see178

Milyonlarla manat dəyəri olan əmlaklar satışa çıxarıldı SİYAHI

10 Oktyabr 2026 15:33see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri