Ekspertdən xəbərdarlıq: Koronavirusa yoluxanların 35 faizi ciddi təhlükə ilə üz üzə...
Icma.az, Hurriyyet portalına istinadən məlumat verir.
Koronavirus infeksiyasını keçirən şəxslərin əhəmiyyətli hissəsində sonradan böyrəklərlə bağlı problemlər yarana bilər.
Hurriyyet.info xəbər verir ki, nefroloq Andrey Vatazin bildirib ki, "COVID-19" keçirmiş xəstələrin təxminən 35 faizində müxtəlif dərəcəli böyrək zədələnməsi müşahidə olunur. Onun sözlərinə görə, bir çox insan xəstəliyin ilkin mərhələsində olduğu üçün hələlik heç bir əlamət hiss etmir.
Mütəxəssis vurğulayıb ki, koronavirusdan sağalan şəxslər mütləq terapevt tərəfindən yoxlanmalı və ehtiyac olduqda ixtisaslaşmış həkimə yönləndirilməlidirlər. Çünki böyrəklər orqanizmdə mühüm funksiyalar yerinə yetirir: qanı zərərli maddələrdən təmizləyir, artıq mayeni xaric edir, arterial təzyiqi tənzimləyir və elektrolit balansını qoruyur.
Böyrək fəaliyyəti pozulduqda isə ödem yaranır, sümüklər zəifləyə bilər və təzyiq problemləri ortaya çıxar. Xəstəlik ağır mərhələyə çatdıqda dializ müalicəsi və hətta orqan transplantasiyası zəruri ola bilər.
Həkimin sözlərinə görə, "COVID-19" infeksiyasından sonrakı ilk altı ay ərzində sağalmış şəxslərdə böyrək funksiyasının azalması riski təxminən 35 faiz artır. Bu prosesin dəqiq mexanizmi hələ tam aydınlaşdırılmayıb. Lakin yüksək hərarət, virus yükü və qanda şəkərin artması böyrəklərə mənfi təsir göstərə bilər. Bu isə diabetin aktivləşməsinə şərait yaradır.
Mütəxəssislər koronavirusun autoimmun prosesləri də gücləndirə biləcəyini qeyd ediblər.(Milli.az)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 03 Mart 2026 17:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















