Icma.az
close
up
RU
Ekspertiza rəyi: Hüseyn Səfərovun ölüm səbəbi çoxsaylı xəsarətlər nəticəsində baş verən posttravmatik və posthemoragik şokdur VİDEO

Ekspertiza rəyi: Hüseyn Səfərovun ölüm səbəbi çoxsaylı xəsarətlər nəticəsində baş verən posttravmatik və posthemoragik şokdur VİDEO

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 1 iyul, AZƏRTAC

Hüseyn Səfərovun meyitini xarici müayinə edərkən çoxlu sayda travmalar aşkarladıq. Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin gəldiyi qənaətə əsasən, onun ölüm səbəbi aldığı çoxsaylı xəsarətlər nəticəsində inkişaf edən posttravmatik və posthemoragik şokdur.

Bunu Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru Ədalət Həsənov iyunun 27-də Yekaterinburqda döyülərək öldürülən azərbaycanlılar - Ziyəddin və Hüseyn Səfərov qardaşlarının meyitlərinin ekspertizasının nəticələri ilə bağlı AZƏRTAC-da keçirilən mətbuat konfransında deyib.

Baş direktor bildirib ki, xarici müayinə zamanı onun burun sümüklərinin yerini dəyişən sınığı aşkarlanıb. Döş qəfəsi deformasiyaya uğrayıb, asimmetrikdir. Sol gözətrafı nahiyədə hematoma aşkarlanıb. Üst və alt dodaqların selikli qişasında qançırlar var. Çöldən küt alətlə zərbə vurularkən, dodaqların selikli qişası dişlərə dəyib və orada xəsarətlər meydana çıxıb.

Ədalət Həsənov deyib: Alının sağ və sol qaşüstü nahiyələrində hematomadan başqa, həm də sıyrıqlar var idi. Alının sol nahiyəsində, döş qəfəsinin arxa səthinin sağ kürək nahiyəsində, hər iki yuxarı ətraflarda, əllərin arxa səthində qançırlar vardı. Xayalarda da qançır var idi. Hər iki sağrı nahiyəsində, hər iki budun arxa tərəfində çoxsaylı qançırlar və hematomalar, sol budda, sol bel nahiyəsində, sol baldırda sıyrıqlar aşkarlanıb.

Baş direktor meyitin daxili müayinəsi zamanı aşkarlarlanan xəsarətləri də qeyd edib: Küt alətin təsiri nəticəsində başın dərisinin iç səthində geniş qansızmalar izlənilib. Kəllə qapağı açıldıqdan sonra baş beynin həm səth qişasında, həm də yumşaq qişada qansızmalar, döş qəfəsinin küt travması ilə əlaqədar qabırğaların sınıqları, - təxminən hər tərəfdə 7-8 qabırğanın yerdəyişən sınıqları müşahidə olunub. Bu sınıqlar o dərəcədə kobud və yerdəyişən idi ki, sınıq ucları içəridə parietal plevranı və ağciyəri zədələmişdi. Yəqin ki, döş qəfəsinə həm qan tökülüb, həm də ağciyərin içinə hava daxil olub. Qabırğaarası əzələlərin qanla inhibisiyası baş verib. Diafraqmada və peritonda da geniş qansızmalar var idi. Qarın boşluğunda izlənilən qan bu xəsarətlərdən olub.

Qeyd edək ki, iyunun 27-də Rusiyanın Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın həyata keçirib. Nəticədə iki azərbaycanlı öldürülüb, bəziləri ağır bədən xəsarətləri nəticəsində yaralanıb, habelə 9 nəfər saxlanılıb.

İyunun 28-də Azərbaycanın Xarici İşlər Nazirliyi bəyanat yayıb. Bəyanatda hadisə ilə bağlı dərin narahatlıq ifadə olunub. "Rusiyanın məsələ ilə bağlı təxirəsalınmaz araşdırılma aparmasını və bu qəbuledilməz zorakılığı törədənlərin qısa müddət ərzində məsuliyyətə cəlb edilməsini gözləyirik", - deyə bəyanatda vurğulanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 İyul 2025 00:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see361

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see214

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see190

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see189

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see173

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see158

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see151

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see149

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see149

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see144

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see143

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see142

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see138

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see135

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see134

Bir zamanlar möcüzə idi, indi təsirsizdir: Antibiotiklər niyə keyfiyyətsizdir?

29 Dekabr 2025 23:55see133

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri