Icma.az
close
up
RU
Əl ələ uşaqlığa səyahət Uşaq bağçasında bir gün

Əl ələ uşaqlığa səyahət Uşaq bağçasında bir gün

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 25 sentyabr, Günel Türksoy, Ələkbər Baxşıyev, Səfiyar Məcnun, AZƏRTAC

Uşaqlıq insan həyatının ən parlaq və qayğısız dövrüdür. Eyni zamanda, bu illərdə uşağın dünya haqqında ilk təsəvvürləri, xarakteri və arzuları formalaşır, vərdişləri yaranır. Buna görə də uşaqların sevgi və qayğı görməsi, düzgün tərbiyə alması çox önəmlidir.

Əksər uşaqlar üçün kollektivlə, gündəlik rejimlə, öyrənmə və sosiallaşma ilə ilk ciddi tanışlıq uşaq bağçasından başlayır. Bu baxımdan Bakı şəhərinin Nərimanov rayonunda yerləşən 80 saylı körpələr evi–uşaq bağçası da 175 balaca üçün doğma məkana çevrilib. Hər səhər uşaqlar valideynlərinin əlindən tutub, həvəslə buraya üz tutur, axşamlar isə geri qayıdırlar. Hər gün üz tutduqları bu ünvan onlar üçün dünyaya açılan pəncərə rolunu oynayır. Onların sakini olacaqları dünya haqqında təsəvvürləri məhz burada formalaşır. Burada onları sevimli müəllim və tərbiyəçilər, bir-birindən maraqlı əyləncəli oyunlar və xoş gün gözləyir...

AZƏRTAC-ın əməkdaşları da həmin məkana yollanıb. Bağçanın rəhbərliyi və mehriban kollektivi bizi xoş və gülərüz qarşılayıb, balacaların dərs, əyləncə və yemək saatlarını işıqlandırmağımıza şərait yaradıb.

Bildirilib ki, 1963-cü ildə fəaliyyətə başlayan bu bağça 2016-cı ilə qədər baxımsız vəziyyətdə olub.

Həmin il Heydər Əliyev Fondunun təşəbbüsü ilə bağçada əsaslı təmir-tikinti işləri aparılıb. 2018-ci ilin martında Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə əsaslı şəkildə yenidən qurulan bağçanın açılışı olub. Bağça əvvəllər 115 yerlik olmaqla 6 qrupla fəaliyyətə başlayıb. İndi isə bağçada yerlərin sayı 175-ə çatdırılıb. Körpələr evi-uşaq bağçasında Azərbaycan və rus bölmələri fəaliyyət göstərir.

Yenidənqurmadan əvvəl uşaq bağçasının dörd korpusundan ikisi birmərtəbəli, ikisi isə ikimərtəbəli binalardan ibarət olub. Əsaslı yenidənqurma zamanı birmərtəbəli korpuslarda əlavə ikinci mərtəbələr də inşa edilib. Yeni inşa olunan mərtəbələrdə əlavə iki qrup, musiqi zalı və digər metodiki otaqlar yaradılıb. Bundan əlavə, korpuslararası birmərtəbəli keçid sökülərək ikimərtəbəli keçid inşa edilib. Uşaq bağçası zəruri inventar və avadanlıqla təchiz edilib.

Beləliklə, bağça həm funksional baxımdan, həm də estetik görünüşü ilə müasir tələblərə tam cavab verir. Burada rəngarəng və işıqlı sinif otaqları, həmişəyaşıl ağaclarla zəngin olan həyətyanı ərazidə uşaqların istirahəti üçün kölgəliklər və əyləncə qurğuları quraşdırılıb, həmçinin balacaların sevimli cizgi filmlərinin qəhrəmanlarının heykəlləri qoyulub.

Burada çalışan 18 tərbiyəçi müəllim və 9 tərbiyəçi köməkçisi isə hər bir uşağa fərdi yanaşma göstərir. Elə buna görə də, hər qrupa daxil olduğumuzda körpələrin üzündəki təbəssüm diqqətimizdən yayınmır. Onlar böyük həvəslə müəllimlərini dinləyir, sualları isə səlis şəkildə cavablandırırdılar. Bağçanın 5 yaşlı fidanları Dövlət Himnimizi sevinc və qürurla ifa edirdilər.

Məktəbəqədər hazırlıq qrupunun 5 yaşlı üzvləri Nərgiz Abdullayeva və Leyla Cabbarlı bağçada günlərinin çox yaxşı keçdiyini, dostları ilə birgə əyləndiklərini bildirirlər. Hazırlıq müəllimlərini, dostlarını sevən Nərgiz və Leyla artıq hərfləri və rəqəmləri tanıyırlar. Onlar buna görə də müəllimlərinə minnətdardırlar.

5 yaşlı Uğur Əliyev də dostları kimi burada dərsləri həvəslə öyrəndiyini deyir. O, bir neçə şeir bilir, hərfləri, rəqəmləri, həndəsi fiqurları yaxşı tanıyır.

Musiqi dərsində uşaqlar musiqisi Fərahim Sadiqə, sözləri Sədaqət Qəribə məxsus olan “Zəfər marşı”nı böyük həvəslə və yüksək ruhla ifa edərək, Vətən sevgisinin həm də yaşa baxmadığını nümayiş etdirdilər.

Azyaşlılar qrupunun balacaları isə musiqi sədaları altında öz sadə və şirin hərəkətləri ilə rəqs edirdilər. Bu balaca addımlar onların daxilindən gələn böyük sevinci əks etdirirdi.

Körpələrin dərs və əyləncə saatı bitdikdən sonra yemək zamanı çatır. 5 yaşlı Aylan Muradova bağçanın yeməklərinin ləzzətli olduğunu, hər gün burada doyunca yediyini deyir.

26 ildir bağçada tərbiyəçi-müəllim işləyən Sevinc Ələsgərova məktəbəqədər hazırlıq qrupunun uşaqları ilə işləməkdən zövq aldığını qeyd edir: “Bu mənim ən çox sevdiyim peşədir, uşaqları çox sevirəm. Onları maarifləndirmək, hərfləri, rəqəmləri öyrətmək, məktəbə daha hazırlıqlı göndərmək üçün əlimdən gələni əsirgəmirəm. Uşaqlarla oynamaqdan, əylənməkdən, onların problemlərini həll etməkdən zövq alıram. Bilirsiniz ki, əvvəlcə uşaqların 10 gün ərzində bağçaya adaptasiya dövrü olur. Bu dövrdə çalışırıq ki, onların xarakterlərini başa düşək. Uşaqlarla dost olmağa çalışırıq. Adaptasiya müddəti bitdikdən sonra onlar başa salınanları daha yaxşı qəbul edirlər. Bu da sevindirici haldır. Müəllimlər həmişə uşaqlarla mülayim və xoşr davranmalıdırlar. Uşaqlar əylənməyi, rəqs etməyi daha çox xoşlayırlar. Ad günlərini daha əyləncəli keçiririk. 12 ildir ki, məktəbəqədər hazırlıq qrupunda işləyirəm. Bu illər ərzində uşaqlarımız əsasən Atatürk, Tərəqqi, Ankara liseylərinə qəbul olunublar. Bu da 80 saylı körpələr evi-uşaq bağçasının uğurudur”.

Tərbiyəçi-müəllim Xəyalə Muradova isə 12 ildir ki, burada işləyir və uşaqlarla işləməkdən zövq aldığını deyir. Qeyd edir ki, uşaqlarla işləmək həm sevincli, həm də məsuliyyətlidir: “Bağçamızda uşaqların öyrənmək həvəsi çox yaxşıdır. Müəllimlər də uşaqları çox yaxşı öyrədirlər. Adətən, valideynlər də təlim-tərbiyə metodumuz haqqında xoş sözlər danışırlar. Bağçada hər yaş qrupuna uyğun tədris proqramlarımız var. Onlara bədii ədəbiyyat, sensor tərbiyə, sadə riyazi təsəvvürlər, fiziki mədəniyyət, musiqi, idman dərsləri keçirik. Məktəbəqədər hazırlıq qrupunda da uşaqlar çox yüksək səviyyədə məktəbə hazırlanırlar. İndiyə kimi bağçamızı bitirib, məktəbə gedən çox sayda uşaqlar Bilik Günündə bizi də yaddan çıxarmırlar. Bu da bizə çox xoş təsir bağışlayır”.

Balacalarla və müəllimlərlə söhbətimizi bitiririk. Artıq uşaqların yatmaq vaxtı çatıb. Azyaşlılar tərbiyəçilərin müşayiəti ilə yumşaq, rəngarəng yorğan-döşəklər düzülmüş yataq otaqlarına gedirlər. Bəzilərinin əllərində sevimli oyuncaqları da var. Tərbiyəçi asta səslə "İndi dincələk, yatmaq zamanıdır" deyir.

Bayaqdan onların gülüş səslərinin eşidildiyi dərs otaqlarına sükut çökür. Bir azdan uşaqlar yuxudan oyanıb gələn kimi otaqlardan yenidən onların şən səsləri gələcək, üzləri güləcək. Bundan gözəl nə var? Qoy dünyamız həmişə onların təbəssümü, gülüş səsləri ilə əhatə olunsun...

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:83
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Sentyabr 2025 13:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see213

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see196

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see179

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see166

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see155

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see154

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see153

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see152

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see144

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see135

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see132

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see130

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see128

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see127

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri