Icma.az
close
up
RU
El Nino Azərbaycandan yan keçməyəcək:Yağıntı, sel və...

El Nino Azərbaycandan yan keçməyəcək:Yağıntı, sel və...

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

Dünyada El-Nino iqlim hadisəsinin mümkün təsirləri ilə bağlı narahatlıqlar artır. Ümumdünya Səhiyyə Təşkilatı El-Nino və iqlimlə bağlı risklər sırasında istilik, quraqlıq, sel, meşə yanğınları, su ilə yayılan xəstəliklər və ərzaq təhlükəsizliyinə təsirləri xüsusi qeyd edir.
Bəs bu proses Azərbaycana necə təsir edə bilər?
Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı “sfera.az”a açıqlama verən ekoloq Qorxmaz İbrahimlinin sözlərinə görə, Yer kürəsində iqlim və təbiət hadisələri milyonlarla ildir davam edən dəyişikliklərin nəticəsidir.
Onun sözlərinə görə, zəlzələlər, vulkanlar, fırtınalar, qasırğalar, sunamilər, meşə yanğınları və buzlaşma kimi proseslər təbiətin özündə daim baş verib:
“Bunların bugünkü günümüzdə də davam etdiyini mütləq qəbul etmək lazımdır. Qütblərdə dəyişikliklərin olması, buzlaqların əriməsi, okeanların səviyyəsinin artması və El-Nino kimi hadisələr iqlimə təsir göstərir”, – ekoloq bildirib.
Qorxmaz İbrahimli qeyd edib ki, El-Nino okeanlardakı hava axınlarına təsir etməklə yanaşı, quru ərazilərində də özünü göstərir. Bu təsirlər quraqlıq, yağıntıların artması, mövsümlərin xarakterinin dəyişməsi və anomal hava şəraiti formasında ortaya çıxa bilər.
Ekoloq Azərbaycanda da bu təsirlərin müşahidə olunduğunu deyib:
“Azərbaycana da quraqlıqlarla və yaxud anomal istilərlə öz təsirini göstərməkdədir. Bu il, misal üçün, yağıntılı oldu. Baharımız, yayımız yağıntılı keçdi. Ümumiyyətlə, biz normal yay yaşamadıq. Arada 3-5 gün həddindən artıq isti günlər gördük. Əvvəllər əsasən Bakı və Abşeron yarımadasında külək görürdüksə, indi bütün ölkə üzrə küləkli günlərin sayı artıb”.
 

Ekoloq Avropada bu il müşahidə olunan anomal istilərin də iqlim dəyişikliklərinin yaratdığı mənzərənin bir hissəsi olduğunu vurğulayıb.


Onun sözlərinə görə, Azərbaycanda aran rayonlarında və Naxçıvanda 40 dərəcə temperatur müəyyən hallarda normal sayılsa da, Avropada belə göstəricilər anomal hava şəraiti hesab olunur.
Qorxmaz İbrahimli gələcəkdə həm su qıtlığı, həm də əksinə, güclü yağıntı və sel hadisələrinin artması kimi fərqli ssenarilərin mümkün olduğunu bildirib:
"Bəlkə bu gün su qıtlığından danışırıq, gələcəkdə sellərin çox olacağına şahid ola bilərik, yağıntıların artmasını görə bilərik. Təbiəti qorumadıqca, təbiət də öz zərbəsini bizə vurmağa davam edir”.
 

O, həmçinin Azərbaycanda dağlıq ərazilərdə müşahidə olunan proseslərə diqqət çəkərək bildirib ki, Şamaxı-İsmayıllı istiqamətində yolların dağılması kimi hallar təkcə infrastruktur problemi deyil, təbiətdə gedən proseslərlə də bağlıdır:


"Qafqaz dağlarında və Xəzər dənizinin dibində daim müəyyən geoloji hərəkətlilik olduğunu deyən ekoloq hesab edir ki, bütün dəyişiklikləri yalnız El-Nino ilə əlaqələndirmək düzgün deyil. Bunların hamısı tək bir El-Nino deyil, ümumiyyətlə təbiətdə baş verən və gələcəkdə də baş verəcək dəyişikliklərdir. Ona görə narahat olmaq lazım deyil, təbiəti qorumaq, ətraf mühitə diqqətlə yanaşmaq lazımdır”.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://bizim.media
archiveBu xəbər 14 Avqust 2026 13:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri