149 il sonra “Meqa El Nino” təhlükəsi: Alimdən 2027 ci il üçün xəbərdarlıq
Icma.az, Milli.az portalına istinadən məlumat yayır.
Türkiyəli alim 2027-ci ildə "Meqa El Nino"nun təsirlərinin hiss oluna biləcəyini və xüsusilə yağıntıların artmasının gözlənildiyini açıqlayıb.
Milli.Az xəbər verir ki, Türkiyə Elmlər Akademiyasının (TÜBA) Ətraf Mühit, Biomüxtəliflik və İqlim Dəyişikliyi İşçi Qrupunun üzvü, professor Dr. Doğan Yaşar 2026-cı ilin ilk altı ayında Türkiyədə yağıntı rekordlarının qeydə alındığını bildirib.
Alimin sözlərinə görə, "Meqa El Nino" ilə əlaqəli yağıntıların 2027-ci ildə də təsirli olacağı gözlənilir. Yaşar bu hadisənin sonuncu dəfə təxminən 1877-ci ildə müşahidə edildiyini qeyd edib.
O bildirib ki, okean sularının temperaturunun 1 dərəcə ətrafında artması "El Nino", 1-2 dərəcə yüksəlməsi "Super El Nino", 2 dərəcədən çox artması isə "Meqa El Nino" adlandırılır.
Yaşarın sözlərinə görə, Ümumdünya Meteorologiya Təşkilatının "Meqa El Nino" ilə bağlı ehtimal göstəricisi 90 faizə yüksəlib. Alim oktyabr ayının ikinci yarısından etibarən Türkiyə və Avropada intensiv yağıntıların müşahidə oluna biləcəyini, qarşıdakı qışın isə mülayim keçəcəyini proqnozlaşdırıb.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:157
Bu xəbər 18 Sentyabr 2026 18:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















