Icma.az
close
up
RU
Əl tutanlar və əldən tutanlar

Əl tutanlar və əldən tutanlar

Icma.az bildirir, Bizimyol portalına istinadən.

Amerikalı esseist Ralf Uold Emerson demişdi: "Sitatlara nifrət edirəm. Mənə öz sözlərini söylə".

Odur ki, bu dəfə sitatlar olmayacaq (Emersonun bu sitatından başqa). Hərçənd mən həmişə öz sözlərimi söyləmişəm. Sitatlar isə fikri qüvvətləndirməyə kömək edib.

Nə isə. Mətləbə keçək.

...Tez-tez eşidirik: filankəs yaxşı adamdır. Məsələn, ehtiyacı olan adamlara əl tutan adamlar yaxşı adamlardır. Ən yaxşı adamlar isə adamların əlindən tutan adamlardır. Belələrinə "gözəl insan" deyirik...

O qədər adam var, istəkləri qürurunu aşa bilmir. Hamının gözləri önündə sönüb gedən o qədər işıqlı insanlar var ki. O qədər qınında yanan talantlar var, bir əlindən tutan olmadı. Kənd-kəsəkdə o qədər bəxtsiz "bəxtəvərlər" vardı ki. Yenə var. Alimdir, Akademiyası yox. Səsi var, səhnəsi yox. Biliyi olanlar yox, biləyi olanlar qabağa düşdü. Dili olanlar dilçəyi olanları əzib keçdi. Ehtiyacı olanın yox, tamahı olanın üzünü güldürdük...

Həm də məsələ təkcə insanın ehtiyacını ödəməkdə deyil ki. İnsana öz dəyərini vermək əsasdır.

Ehtiyac deyəndə, nədənsə biz maddi dəyəri olan bir şey başa düşürük. Elə hal olur, bir parça quru çörəyin var, bu, sənə bəs edir. Amma bir quruca sözə, bir təsəlliyə, bir təqdirə, lap elə tənqidə ehtiyacın olur. Bir təbəssüm bəzən insan üçün hər cür varidatdan qiymətlidir.

Adamlara əl tutmaq, bəli, yaxşı məziyyətdir. Ancaq bir cavanın əlindən tutmaq... Hə, bu, başqa işdir.

Məsələn, cavandır, yüksək təhsil alıb, ağlı, əxlaqı da öz yerində. Amma sən bu cavanı geri itələyib, öz nadan qohumunu irəli çəkirsən, sonra da bir yoxsulun cibinə qəpik-quruş basırsan. Oldun yaxşı adam?!

Yaxud büdcədən pul oğurlayıb, özünə cah-cəlal quran biri, baxırsan, kasıb şairlərə qonaqlıq verir. Qıraqdan baxan da deyir: "Nə yaxşı, əliaçıq adamdır!"

Bir başqaları da bu tərifin özünə alqış tutur. Amma adamın əliəyriliyi o dəmdə heç kimin yadına düşmədi.

Saysız-hesabsız, həm də günahsız adamların çörəyinə bais olan o qədər "çörəkli kişi" tanıyırıq ki. Gecə-gündüz şər işlərlə məşğul olub, ara-sıra xeyirxah xeyriyyəçi pozaları verənlər də az deyil. Minlərlə yetimin malını talan edib, bir yesirin qayğısına qalanlar da öz yerində.

Ötən illərdə bir "mömin" düz 26 dəfə Həcc ziyarətinə getdiyini demişdi. Bunu millətin başına qaxırdı: "Görün, necə əqidəli müsəlmanam!"

Amma bu 26 qat "mömin" ömründə bir dəfə də olsun, bir 26 yaşlı cavanın əlindən tutub?! Yox!

Əl tutmaq demirəm, əlindən tutmaq deyirəm. Əl tutmağa qalanda, az-çox, pis-yaxşı, bunu hamı bacarar. Hərə imkanına və insafına uyğun nəsə bir şeylər edər. Amma bir talantlı cavanın əlindən tutasan, təhsilinə, gələcəyinə yatırım qoyasan, onu cəmiyyətə çıxarasan, öz yerini qazanması üçün yol açasan. Hə, bu, olar başqa məsələ.

Aqillər gözəl deyib, adama balıq vermə, balıq tutmağı öyrət. Ehtiyacı olana balığı bir dəfə verərsən, ya iki dəfə. Amma öyrətsən, ömrü boyu özü balıq tutacaq.

Qısası, yoxsula əl tutanları əl üstündə tutanda, bir az da bunun o biri tərəfinin hesabını tutun. Birinin əlindən tutanların ayağından tutub çəkməyək.

Nə yazıq ki, bunu yaxşı bacarırıq.

İronik yanaşsaq, məmləkətimizdə bəlkə nefti də elə bu cür tapmışıq: bir-birimizin ayağının altını qazmışıq... neft çıxıb.

Ötən əsrin əvvəlində neft milyonçuları vardı. Amma bu nefti sonra tutub bir-birimizin əlindən aldıq, verdik əcnəbiyə... Neft milyonçuları dönüb oldu... neft dilənçiləri.

Həmin o milyonçulardan eləsi vardı, ehtiyacı olana əl tuturdu, eləsi vardı, ehtiyacı olanın əlindən tuturdu.

Amma, məsələn, Hacı Zeynalabdin Tağıyevdə əl tutmaq da olmuşdu, kiminsə əlindən tutmaq da. İkisi də vardı. Di gəl, öz doğma qızı Sara xanım saxta Sovet "cənnət"inin qaranlıq küncündə, həyatın dibində tək-tənha öldü. Nə əl tutduq, nə əlindən tutduq.

Yaxşılığı tez, pisliyi gec unutmaq... Görəsən, hamıda belədir, ya təkcə biz beləyik?

Bir şey də deyim: kiməsə əl tutan da, kiminsə əlindən tutan da bunu göstərə-göstərə eləməsin. Kimsə yaxşı deyib: "Yaxşılıq edirmiş kimi görünmə, yaxşılıq et və görünmə". Niyə?! Çünki mərhəmət duyğusu reklam marağının qulluğunda duranda, mərhəmət də "yıxılır", reklam da.

Mərhəmət dedim, yadıma düşdü: insanlar təkcə mərhəmət ummur, ən çox ədalət umur. Kiməsə əl tutmaq - mərhəmətdir, amma kiminsə əlindən tutmaq - ədalətdir. Bizim mərhəmətdən çox ədalətə ehtiyacımız var.

Dediyim kimi: adamlar kiminsə ona qiymətli bir şey verməsini deyil, ona özünü qiymətli hiss etdirməsini gözləyir. Öz qiymətini alan insandan daha bəxtəvəri varmı?! Həm də öz vaxtında.

...Yadınıza salın, məktəbdə haçansa hansısa müəllim qiymətinizi kəsəndə, balınızı aşağı salanda necə hisslər keçirmisiniz!

İnsana hələ körpəlikdən öz qiymətini vermək gərəkdir. Başqa cəmiyyətlərdə miqyaslı şəxsiyyətlər elə yetişdirilir. Xoşbəxt ailədə böyümək bir körpü, uşaq üçün həyatda ala biləcəyi ən qiymətli hədiyyədir. Bir çox hallarda görürük, ata-analar özlərini bədbəxt edirlər ki, uşaqları... xoşbəxt olsun. Yox, bədbəxtlik də, xoşbəxtlik də yoluxucudur. Özü bədbəxt olan heç kimi xoşbəxt edə bilməz. İllah da öz övladlarını. İnsanın xoşbəxt olması özünə verə biləcəyi ən yüksək qiymətdir. Eləcə də, özündən sonra gələnlərə. Əslində elm də sübut eləyib: xoşbəxt olmaq üçün çox şey lazım deyil. Xoşbəxt olmağın birinci şərti xoşbəxt etmək olsa gərək. Xoşbəxt etmək isə dəyər verməkdir. Bu qədər sadə!

Bəli, dahilər - biliyinə vaxtında inandığımız, qəhrəmanlar isə biləyinə və ÜRƏYİNƏ vaxtında güvəndiyimiz uşaqlardır...

Bahəddin Həzi, bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:226
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 07 Yanvar 2025 12:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1064

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see378

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see377

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see342

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see240

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see235

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see220

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see218

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see204

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see199

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see197

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see195

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see188

“O hələ sağdır... onun poetikasının dünya ədəbiyyatına çıxışına şərait yaratmaq hələ də gec deyil...”

10 Oktyabr 2026 20:32see187

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see179

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see177

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see172

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see171

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see168

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri