Icma.az
close
up
RU
“Qarabağ”ın tarixində üçüncü dəfə: Danışır rəqəmlər

“Qarabağ”ın tarixində üçüncü dəfə: Danışır rəqəmlər

Apasport saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan çempionatının 2026/2027 mövsümündə “Qarabağ”ın qolsuzluq seriyası davam edir.

Misli Premyer Liqasının XII turunda səfərdə “Kəpəz”lə qolsuz heç-heçə edən Ağdam təmsilçisi ardıcıl dördüncü çempionat oyununda rəqib qapısına yol tapa bilməyib.

Apasport.az xəbər verir ki, bununla da Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv klub tarixinin qolsuzluq antirekordunu təkrarlayıb.

1992-ci ildən keçirilən Azərbaycan çempionatlarında “Qarabağ” daha əvvəl cəmi iki dəfə ardıcıl dörd qarşılaşmanı qol vurmadan başa vurub. Bu hallar 2007 və 2009-cu illərdə qeydə alınıb.

İlk antirekord – Rasim Kara dönəmi

Ağdam təmsilçisinin tarixində ilk dörd oyunluq qolsuzluq seriyası 2007-ci ilə təsadüf edib. Türkiyəli mütəxəssis Rasim Karanın rəhbərlik etdiyi kollektiv 2006/2007 mövsümünü qələbə ilə başa vursa da, növbəti çempionata uğursuz başlayıb.

2007-ci il mayın 23-də “MKT-Araz”la qarşılaşmanın 26-cı dəqiqəsində Vaqif Cavadovun vurduğu qol “Qarabağ”a minimal hesablı qələbə qazandırıb. Lakin Ağdam klubu növbəti mövsümün ilk dörd turunda nə qol vura, nə də xal qazana bilib.

23.05.2007

Qarabağ (Ağdam) - MKT-Araz (İmişli)

1:0

11.08.2007

Simurq (Zaqatala) - Qarabağ (Ağdam)

1:0

18.08.2007

Qarabağ (Ağdam) - Karvan (Yevlax)

0:1

26.08.2007

Xəzər Lənkəran - Qarabağ (Ağdam)

2:0

01.09.2007

Masallı - Qarabağ (Ağdam)

1:0

16.09.2007

Qarabağ (Ağdam) - ABN-Bərdə

3:1

Qolsuzluq seriyasına isə sentyabrın 16-da “ABN-Bərdə” ilə keçirilən qarşılaşmada son qoyulub. Maraqlıdır ki, seriyadan əvvəl sonuncu dəfə fərqlənən Vaqif Cavadov qolsuzluğa son qoyan futbolçu olub. Hücumçu 51-ci dəqiqədə rəqib qapısına yol tapıb. Qarşılaşma “Qarabağ”ın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

İki mövsümü əhatə edən qolsuzluq seriyası 474 dəqiqə davam edib.

Qurban Qurbanovun debüt mövsümündə antirekord

“Qarabağ” tarixində ikinci belə uğursuzluq 2008/2009 mövsümündə yaşanıb. Həmin mövsüm Qurban Qurbanovun Ağdam klubunun baş məşqçisi kimi debüt mövsümü olub.

2009-cu il fevralın 21-də səfərdə “Olimpik”lə qarşılaşmanın 23-cü dəqiqəsində Zaur Ramazanovun vurduğu qol “Qarabağ”a qələbə qazandırıb – 1:0.

Bundan sonra Ağdam təmsilçisi ardıcıl dörd qarşılaşmada rəqib qapısına yol tapa bilməyib.

21.02.2009

Olimpik (Bakı) - Qarabağ (Ağdam)

0:1

28.02.2009

Qarabağ (Ağdam) - Standard (Bakı)

0:1

07.03.2009

Bakı - Qarabağ (Ağdam)

2:0

15.03.2009

Qarabağ (Ağdam) - Qəbələ

0:0

22.03.2009

Simurq (Zaqatala) - Qarabağ (Ağdam)

0:0

05.04.2009

Qarabağ (Ağdam) - Turan (Tovuz)

4:2

Uğursuz seriyaya aprelin 5-də “Turan”la keçirilən qarşılaşmada makedoniyalı futbolçu Artim Şakiri son qoyub. O, görüşün 58-ci dəqiqəsində fərqlənib. Matç “Qarabağ”ın 4:2 hesablı qələbəsi ilə başa çatıb.

Bu dəfə qolsuzluq müddəti 484 dəqiqəyə çatıb. Bununla da 2007-ci ildə qeydə alınan göstərici 10 dəqiqə üstələnib.

17 il sonra təkrarlanan ssenari

“Qarabağ” 17 ildən sonra yenidən eyni vəziyyətlə üzləşib. Klub tarixində üçüncü dəfə qeydə alınan dörd oyunluq qolsuzluq seriyası da Qurban Qurbanovun rəhbərliyi altında yaşanır.

Ağdam təmsilçisi Azərbaycan çempionatında sonuncu dəfə oktyabrın 17-də “Neftçi” ilə keçirilən qarşılaşmada fərqlənib. 3:3 hesabı ilə yekunlaşan görüşün 90+4-cü dəqiqəsində Kadi Borqes rəqib qapısına yol tapıb.

Həmin qarşılaşmadan sonra “Qarabağ”ın hücum xətti dörd oyunda susub. Hazırda Ağdam klubunun qolsuzluq müddəti 361 dəqiqəyə bərabərdir.

17.10.2026

Qarabağ (Ağdam) – Neftçi (Bakı)

3:3

25.10.2026

Sabah (Bakı) – Qarabağ (Ağdam)

0:0

31.10.2026

Qəbələ - Qarabağ (Ağdam)

0:0

06.11.2026

Qarabağ (Ağdam) – Turan Tovuz

0:1

22.11.2026

Kəpəz (Gəncə) – Qarabağ (Ağdam)

0:0

Üç antirekord – üç fərqli mənzərə

Hər üç seriyada “Qarabağ” ardıcıl dörd qarşılaşmada qol vura bilməsə də, nəticələr baxımından fərqli göstəricilər qeydə alınıb.

2007-ci ildə Ağdam təmsilçisi bütün oyunlarda məğlub olub. 2009-cu ildə iki heç-heçə ilə kifayətlənən kollektiv bu dəfə üç xal qazanmağı bacarıb.

Göstərici

2007

2008

2009

Oyun

4

4

4

Qələbə

0

0

0

Heç-heçə

0

2

3

Məğlubiyyət

4

2

1

Top fərqi

0:5

0:3

0:1

Xal

0

2

3

Qolsuzluq müddəti

474 dəqiqə

484 dəqiqə

361 dəqiqə

34 illik tarixdə yaşanmayan hadisə bir oyun uzaqlığındadır

Hazırkı qolsuzluq müddəti dəqiqə baxımından əvvəlki iki göstəricidən geri qalsa da, ardıcıl qolsuz oyunların sayına görə klubun antirekordu artıq təkrarlanıb.

İndiyədək Azərbaycan çempionatları tarixində heç vaxt ardıcıl beş qarşılaşmanı qol vurmadan başa vurmayan “Qarabağ” yeni antirekordun bir addımlığındadır.

Ağdam təmsilçisi növbəti çempionat oyununda da fərqlənə bilməsə, klubun 1992-ci ildən bu günədək Azərbaycan çempionatlarında qeydə alınan ən uzun qolsuz oyunlar seriyası müəyyənləşəcək.

Mütləq antirekorda 123 dəqiqə qalıb

Ardıcıl qolsuz oyunların sayına görə klub tarixinin antirekordunu təkrarlayan “Qarabağ” hələ dəqiqə baxımından ən uğursuz göstəriciyə çatmayıb.

Hazırda 361 dəqiqədir rəqib qapısına yol tapa bilməyən Ağdam təmsilçisinin 2007-ci ildəki göstəricini (474 dəqiqə) təkrarlamasına 113, 2009-cu ildə müəyyənləşən mütləq antirekorda (484 dəqiqə) çatmasına isə 123 dəqiqə qalıb.

“Qarabağ” növbəti turda da fərqlənə bilməsə, qolsuzluq müddəti 451 dəqiqəyə çatacaq. Bundan sonrakı qarşılaşmanın ilk 33 dəqiqəsində də qol vurulmasa, klub tarixinin dəqiqə baxımından qolsuzluq antirekordu təkrarlanacaq. 34-cü qolsuz dəqiqə isə yeni antirekordun qeydə alınması demək olacaq.

Danışır rəqəmlər: “Qarabağ” antirekorda doğru “Sumqayıt”ın rekordu, Sabirabadın uğuru: Danışır rəqəmlər Azərbaycan millisi FIFA reytinqində gerilədi – Türkiyə də 4 pillə itirdi “Kəpəz”in "heç-heçələri" – 150-ci dəfə “Sabah” 3 xalla qeyd etdi – Premyer Liqada 250-ci oyun
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:117
embedMənbə:https://apasport.az
archiveBu xəbər 24 Noyabr 2026 12:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see301

Ərzaq malları bahalaşıb

22 Noyabr 2026 13:51see298

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see293

Qızıl və gümüş yenə ucuzlaşdı

22 Noyabr 2026 15:36see278

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see266

Şamaxıda Gənclik Yolunda layihəsinin açılış mərasimi keçirilib FOTO

22 Noyabr 2026 16:03see265

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

22 Noyabr 2026 19:35see252

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see248

ABŞ İrana qarşı hərbi məqsədlərinə çata bilməyəcəyini anlayıb Qalibaf

22 Noyabr 2026 15:16see246

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see246

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see229

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see229

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

22 Noyabr 2026 21:58see228

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

22 Noyabr 2026 23:54see227

Münaqişənin davam etdiyi bir vaxtda Hörmüz boğazını üzüb keçdi VİDEO

22 Noyabr 2026 15:21see224

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see217

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see217

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see214

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see211

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri