Ozan Akbabanın “Emmy”dəki qafqazlı tərzi
Icma.az xəbər verir, Olay.az saytına əsaslanaraq.
Məşhur türk aktyor Ozan Akbaba “Emmy” mükafatlandırma mərasimində seçdiyi fərqli geyim tərzi ilə diqqət çəkib.
OLAY yazır ki, aktyor mərasimə qara rəngli, Qafqaz milli geyimlərini xatırladan libasda qatılıb. Geyimin sinə hissəsindəki gümüşü detallar, dik yaxalı ağ köynək və klassik qara üst geyimi obrazına xüsusi görünüş verib.
Aktyorun geyimi ənənəvi Qafqaz çuxasını xatırladan detalları ilə də maraq doğurub. Xüsusilə sinə hissəsindəki metal bəzəklər sosial şəbəkələrdə diqqət çəkən məqamlardan biri olub.
Qeyd edək ki, Ozan Akbaba “Uzak Şehir” serialındakı tərəf-müqabili Sinem Ünsalla birlikdə Nyu-Yorkda keçirilən 54-cü Beynəlxalq Emmy mükafatlandırma mərasimində iştirak edib. Serial “Ən yaxşı telenovela” kateqoriyasında mükafata namizəd göstərilib.
Onu da xatırladaq ki, Ozan daha əvvəl açıqlamalarında əslinin Azərbaycana qədər gedib çıxdığını, tərəkəmə türkü olduğunu bildirmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 24 Noyabr 2026 12:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















