Maşını olanlara XƏBƏRDARLIQ Bunları mütləq edin!
Icma.az, Azxeber.com portalına istinadən məlumat yayır.
Havaların soyuması ilə əlaqədar sürücülərin avtomobillərini qış mövsümünə hazırlaması məsələsi aktuallaşıb.
Temperaturun aşağı düşməsi, yağış, qar və yollarda buzlaşma avtomobillərin texniki vəziyyətinə daha ciddi diqqət yetirilməsini tələb edir.
AZXEBER.COM xəbər verir ki, qış mövsümündə avtomobillərin təhlükəsiz istismarını təmin etmək üçün sürücülər bir sıra texniki yoxlamalar aparmalıdırlar. Xüsusilə soyuq hava şəraiti avtomobilin mühərrikinə, akkumulyatoruna, təkərlərinə və digər sistemlərinə təsir göstərə bilər.
İlk növbədə, avtomobilin təkərlərinin vəziyyəti yoxlanılmalıdır. Soyuq havalarda yay təkərləri yol örtüyü ilə lazımi ilişməni təmin etmədiyindən hava şəraitinə uyğun qış təkərlərindən istifadə etmək tövsiyə olunur. Təkərlərin protektor dərinliyi, hava təzyiqi, çatlar və aşınma əlamətləri yoxlanılmalıdır. Ehtiyat təkərin vəziyyəti də unudulmamalıdır.
Digər vacib məqam əyləc sistemidir. Əyləc bəndləri, disklər, əyləc mayesi və əl əyləcinin işlək vəziyyəti yoxlanılmalıdır. Əyləc zamanı avtomobilin bir tərəfə çəkməsi, qeyri-adi səslər və pedalın əvvəlkindən fərqli işləməsi nasazlıq əlaməti ola bilər.
Soyuq havalarda ən çox problem yaradan detallardan biri də akkumulyatordur. Aşağı temperatur onun gücünü azalda və mühərrikin işə düşməsini çətinləşdirə bilər. Buna görə akkumulyatorun enerji tutumu, şarj vəziyyəti, kontaktları və generatorun fəaliyyəti yoxlanılmalıdır.
Mühərrikin normal işləməsi üçün mühərrik yağının səviyyəsi və keyfiyyəti də diqqətdə saxlanılmalıdır. İstehsalçının tövsiyələrinə uyğun, soyuq hava şəraitində istifadəyə yararlı yağ seçilməlidir. Yağ filtri və hava filtri də yoxlanılmalı, ehtiyac olduqda dəyişdirilməlidir.
Bununla yanaşı, soyutma sisteminin vəziyyəti yoxlanılmalı, antifrizin səviyyəsi və donmaya davamlılığı müəyyən edilməlidir. Radiator, su nasosu, termostat, birləşdirici borular və şlanqlarda sızma və çatların olub-olmadığı araşdırılmalıdır.
Sürücülər yanacaq sisteminə də diqqət yetirməlidirlər. Yanacaq filtrinin vəziyyəti, yanacaq xətlərində mümkün problemlər və sistemin ümumi işləkliyi yoxlanılmalıdır. Xüsusilə dizel mühərrikli avtomobillərdə mövsümə uyğun yanacaqdan istifadə vacibdir.
Transmissiya və sükan sistemləri də qış öncəsi texniki baxışdan keçirilməlidir. Sürətlər qutusunun yağı, sükan idarəetmə sisteminin işləməsi, sükan mayesinin səviyyəsi və mümkün nasazlıqlar yoxlanılmalıdır.
Avtomobilin görünüş və təhlükəsizlik sistemləri də diqqətdən kənarda qalmamalıdır. Şüşəsilənlərin rezinləri köhnəlibsə dəyişdirilməli, şüşəyuyan sistemə donmayan maye əlavə olunmalıdır. Faralar, stop işıqları, dönmə siqnalları, qəza işıqları və digər işıqlandırma vasitələrinin işləkliyi yoxlanılmalıdır.
Bundan başqa, salonun isitmə və şüşə buğlanmasını aradan qaldıran sistemlərinin işləməsi yoxlanılmalıdır. Salon filtrinin vəziyyəti də qiymətləndirilməlidir. Görmə məsafəsinin azalmasının qarşısını almaq üçün bu sistemlərin saz olması vacibdir.
Fəridə Əsədzadə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 24 Noyabr 2026 12:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















