Icma.az
close
up
RU
Əlaqələrin daha bir parlaq nümunəsi

Əlaqələrin daha bir parlaq nümunəsi

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Prezident İlham Əliyevin Çinin nüfuzlu “Sinxua” agentliyinə verdiyi müsahibə iki ölkə arasında artan strateji tərəfdaşlıq əlaqələrinin daha bir parlaq nümunəsinə çevrildi. Müsahibə zamanı Prezident İlham Əliyev Azərbaycan-Çin münasibətlərinin dinamik inkişafını və bunun beynəlxalq əməkdaşlıq üçün yaratdığı yeni imkanları vurğuladı.

2023-cü ildə qəbul olunmuş “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” əlaqələrin yeni mərhələyə keçdiyini rəsmiləşdirdi. Dövlət başçısının sözlərinə görə, Azərbaycan və Çin qarşılıqlı hörmət, suverenlik prinsiplərinə sadiqlik və bir-birinin daxili işlərinə qarışmamaq kimi beynəlxalq hüququn əsas normaları əsasında münasibətlərini qurur.
Ticarət əlaqələrinin inkişafı münasibətlərdə mühüm yer tutur. Çin artıq Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşına çevrilib. 2024-cü ildə ölkələr arasında əmtəə dövriyyəsi 20,7% artaraq 3,744 milyard dollara çatıb. Azərbaycan Çində müxtəlif şəhərlərdə ticarət və şərab evləri açaraq məhsullarının tanıdılması istiqamətində uğurlu addımlar atır. Bununla yanaşı, Çin Azərbaycanın əsas idxal tərəfdaşlarından biri olaraq qalır.
İnfrastruktur və logistika sahəsində də tərəfdaşlıq sürətlə genişlənir. Azərbaycan "Kəmər və Yol" təşəbbüsünü dəstəkləyən ilk ölkələrdən biri olub və bu istiqamətdə mühüm investisiyalar həyata keçirib. Bakı-Tbilisi-Qars dəmir yolu, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi və Trans-Xəzər marşrutu bu sahədə regional və qlobal əhəmiyyət daşıyan layihələrdir. 2024-cü ildə Orta Dəhliz vasitəsilə Çindən Azərbaycana daşınan yük həcmi 86% artıb.
Prezident İlham Əliyev həmçinin Azərbaycanın COP29 çərçivəsində iqlim dəyişikliyi ilə mübarizəyə verdiyi töhfəni vurğulayıb. Azərbaycanın iqlim fəaliyyətinə dair 14 qlobal təşəbbüsü beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənib. Çin nümayəndə heyətinin bu prosesdə fəal iştirakı və COP29-un uğurunda verdiyi töhfə xüsusi qeyd olunub.
Təhsil və mədəniyyət sahəsində əməkdaşlıq da davamlı inkişaf edir. Azərbaycan və Çində universitetlər arasında imzalanan müqavilələr, dillərin öyrədilməsi təşəbbüsləri və Konfutsi İnstitutlarının fəaliyyəti iki xalqın daha da yaxınlaşmasına xidmət edir. Çində Azərbaycan dili və mədəniyyətinin öyrənilməsi istiqamətində atılan addımlar isə qarşılıqlı mədəni zənginləşməni gücləndirir.
Prezident İlham Əliyev müsahibəsində Azərbaycanın beynəlxalq arenada ədalət, bərabərlik, demokratiya və azadlıq kimi bəşəri dəyərlərin təşviqinə sadiq olduğunu vurğuladı. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə Qlobal Cənub ölkələrinin maraqlarının müdafiəsinə verdiyi dəstək bunun bariz nümunəsidir.
Sonda Prezident İlham Əliyev əminliklə bildirdi ki, Azərbaycan-Çin strateji tərəfdaşlığı qarşılıqlı maraq, dostluq və etimada əsaslanaraq gələcəkdə daha da güclənəcək və dünya üçün yeni uğur modelləri yaradacaq.

Fəsli Nəbiyev
YAP Gənclər Birliyinin sədr müavini

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:205
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 23 Aprel 2025 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1437

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see712

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see566

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see489

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see478

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see467

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see450

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see415

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see398

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see353

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see320

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see305

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see300

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see296

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see291

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see288

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see274

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see272

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see272

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see271
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri