Elayın atası fəryad edir: Anamın xəstəliyinə dözə bilmirdim, indi balam gözümün qabağında yox olur
Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.
Elay Elxan qızı Cahandarova ağır xəstəliklə mübarizə aparır.
Bu barədə Oxu.Az-a onun atası Elxan Cahandarov məlumat verib.
O qeyd edib ki, 7 yaşlı övladı 2 yaşında olarkən xəstə olduğunu biliblər:
"Balam 4 ildən çoxdur ki, böyrək xərçəngi ilə mübarizə aparır. Onun 3 orqanı əməliyyatla çıxarılıb. Böyrəyinin biri, dalağı və ödü yoxdur. Özüm sürücü işləyirəm, yoldaşım isə evdar qadındır. Bizim Elaydan başqa bir övladımız da var. Anam isə ruhi xəstədir. Onun da müalicəsini aparıram. Artıq illərdir bu xəstəliklə mübarizə apardığımız üçün maddi olaraq tükənmişik. Xalqımdan xahiş edirəm, bizə dəstək olsunlar. Anamın xəstəliyinə dözə bilmirdim, indi balam gözümün qabağında yox olur. Elayın may ayındakı müalicəsi üçün 8 min manata ehtiyacımız var idi. Bu pulun 1 200 manatı əlimizdə var. Qalan məbləğ üçün bizə dəstək olun. Mənim balam da sağalıb məktəbə getsin".
Əlaqə nömrəsi: 050-499-62-29
ABB: 5522-0993-6847-7113
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 21 Aprel 2025 18:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















