Elbrusda sağ qalan alpinist yoldaşlarının ölüm səbəbini açıqladı
Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Elbrus dağında sağ qalan alpinistlərdən biri Haris Adiloviç uğursuz dırmanışın səbəbləri barədə danışıb.
"AzPolitika" xəbər verir ki, bu barədə o "İzvestiya"ya açıqlama verib.
Onun sözlərinə görə, qrupda çətinliklər lap əvvəldən yaranıb: bələdçi olmayıb, iştirakçılardan biri çox üşüyüb, buna görə də birinci dəstənin geri qayıtması lazım gəlib. İkinci dəstə isə 100-150 m yüksəklikdən geri dönüb.
"Yolun müəyyən bir hissəsində təhlükəsizlik kəndirlərini bağlayıb hündürə doğru irəlilədikdə yuxarıdakı şəraitin qat-qat ağır olduğunun şahidi olduq. Bu səbəbdən də geri qayıtmağa qərar verdik", - deyə o qeyd edib.
Adiloviç heyətdə yer alan bütün şəxslərin peşəkar olduğunu vurğulayaraq, onların Bosniya və Herseqovinada mütəmadi olaraq hər həftəsonu məşqlər etdiklərini diqqətə çatdırıb.
"Problem bizim hazırlıq səviyyəmizin aşağı olmasında deyildi. Fikrimcə, baş verənlərin əsas səbəbi hava proqnozunun yanlış verilməsi idi", - deyə o, sözlərini yekunlaşdırıb.
Xatırladaq ki, daha öncə mətbuat mənbələrə istinad edərək Bosniya və Herseqovinadan gələn beş alpinistin Elbrusdan enərkən həyatını itirdiyini, qrupdan yalnız iki nəfərin xilas olunduğunu bildirmişdi. Həyatda qalan şəxslərdən biri dağdan təkbaşına enərək xilasediciləri çağırıb, digər şəxs isə daha sonra axtarış qrupu tərəfindən aşkar edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 27 İyul 2026 11:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















