Elcan hücumlara görə Dubayda qalıb Bakıya dönə bilmir+Video
Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Aktyor Elcan Rəsulov Birləşmiş Ərəb Əmirliklərindən Bakıya qayıda bilmir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə aktyor özü instaqram səhifəsində paylaşım edib.
O, İranın raket hücumlarına görə Dubayda uçuşların ləğv olunduğunu və qalma xərclərini turistlərin özlərinin qarşıladığını deyib.
“Deyirlər ki, Birləşmiş Ərəb Əmirlikləri orada qalan turistlərin xərclərini öz üzərinə götürdü. Hamı da tərifləyir. Elə bir şey yoxdur. Qaldığım hotelin qeydiyyat yerinə yaxınlaşdım, vaxtım bitir. Biletim də var, amma məlum səbəblərdən qayıda bilmirəm. Qiyməti soruşdum, əvvəl 100 dollar olan otaq indi 200 olub, 200 olan otaq 400. Qiymətlər 2 qat qalxıb. Yəni, belə bir şey yoxdur. İran bir neçə gündür BƏƏ-yə də raketlər atır. Hələ ki, burdayıq.”, - deyə o bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 02 Mart 2026 19:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















