Əlcəzair prezidenti: Mədəniyyət iddiasında olan Fransanın törətdikləri necə kədərlidir
Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Əlcəzair Prezidenti Əbdülməcid Təbbun Fransanın ölkəsindəki müstəmləkəçilik dövrünü barbarlıq və dağıdıcı kimi qiymətləndirib.
Oxu.Az "Anadolu" agentliyinə istinadla xəbər verir ki, bu barədə Ə.Təbbunun 1830-1962-ci illər Fransa müstəmləkəçiliyinə qarşı Əlcəzair xalqının inqilablarına dair mesajında deyilir.
"Torpaqlarımız üzərində barbarcasına və dağıdıcı üsullarla hökm sürən müstəmləkə siyasəti 130 ildən çox müddət ərzində şərəfli xalqın irəliləməsinə əngəl oldu. Mədəniyyət iddiasında olanların törətdikləri necə kədərlidir. Daimi mövcud olmağı xəyal edən, xalqımızın qaynaqlarını və iradəsini heçə sayan o müstəmləkəçilik böyük bir inqilabla sona çatdı", - deyə o bildirib.
Prezident vurğulayıb ki, müstəmləkəçiliyin mövcud olmasını rədd edən Əlcəzair xalqı torpaqlarını qətiyyətlə azad etdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 18 Fevral 2025 10:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















