Icma.az
close
up
RU
Əlcəzairdə Fikirdən hərəkətə: İqtisadiyyatın diversifikasiyası struktur xarakterli transformasiyanın aləti kimi mövzusunda panel keçirilib

Əlcəzairdə Fikirdən hərəkətə: İqtisadiyyatın diversifikasiyası struktur xarakterli transformasiyanın aləti kimi mövzusunda panel keçirilib

Icma.az, Apa.az saytına istinadən bildirir.

İslam İnkişaf Bankına üzv ölkələrin Əlcəzairdə keçirilən ənənəvi illik toplantısı çərçivəsində təşkil olunan "Fikirdən hərəkətə: İqtisadiyyatın diversifikasiyası struktur xarakterli transformasiyanın aləti kimi" mövzusunda panel keçirilib.

APA-nın Əlcəzairə ezam olunmuş əməkdaşı xəbər verir ki, Dünya Bankının Məğrib və Malta üzrə icraçı direktoru Ahmadou Moustafa Ndiaye iqtisadi inkişafın təminatı üçün volatillik göstəricilərinin nəzarətdə olmasını mühüm faktor adlandırıb:

"İqtisadiyyatda, ümumiyyətlə iqtisadi sistemdə inkişafa nail olmaq üçün volatillik daim nəzarətdə saxlanılmalıdır. Məsələn, Rumıniya və Türkiyə fiskal siyasəti önə çıxaran ölkələrdir. İqtisadiyyatın diversifikasiyası yeni iş yerlərinin açılmasına və mövcud iş yerlərinin isə möhkəmlənməsinə səbəb olur".

Əlcəzair Maliyyə Nazirliyinin Proqnozlaşdırma Departamentinin direktoru Djamil Eddine Tir

"İqtisadiyyatın diversifikasiyası iqtisadi sistemin əsasını təşkil edən amillərdən biridir. Bu məsələ həm də ümumi daxili məhsulun həcminin əhəmiyyətli dərəcədə artmasına da kömək edir. Bütün bu amilləri nəzərə alaraq, demək istəyirəm ki, İslam İnkişaf Bankına üzv olan dövlətlər iqtisadiyyatın diversifikasiyası istiqamətində səyləri gücləndirməlidir".

Əlcəzairin İqtisadi, Sosial və Ətraf Mühit Şurasının prezidenti Mohammad Buxari isə diqqəti ölkəsi hazırda azad ticarət zonasının yaradılması istiqamətindəki hədəfinə yönəldib.

Onun fikrincə, İslam İnkişaf Bankına üzv dövlətlər monetar və fiskal siyasətinə bir daha baxmalıdır:

"Dünya Bankı daim ölkələrə ticarətin liberallaşdırılması istiqamətində tövsiyə verir. Biz bunun faydalarını Türkiyə və Malayziyanın nümunəsində görürük. Eyni zamanda Əlcəzair investisiya sahəsində şəffaflığı təmin etmək üçün qanunvericilkdə mühüm dəyişikliklər həyata keçirib. Biznes mühitində daha əlverişli vəziyyətin yaranması məqsədilə İslam İnkişaf Bankına üzv dövlətlər monetar və fiskal siyasətini yenidən nəzərdən keçirməlidir. Yalnız belə olduqda ölkələrin maliyyə sistemimin keyfiyyətcə yeni inkişaf dövrünə qədəm qoymasından danışmaq olar. Biz artıq bunu təmin edən ölkələrdə yüksək nəticələri müşahidə edə bilirik. Digər bir aspekt isə infrastruktur məsələsidir. Əlcəzair hökuməti ölkənin yaxın gələcəkdə ticarət habına çevrilməsi, həmçinin azad ticarət zonalarının yaradılması istiqamətində fəaliyyət göstərir. Hesab edirəm ki, biz gələcəkdə investisiyaları təşviq etməklə, yerli istehsal olan məhsulların dünya bazarlarına daha geniş şəkildə yol tapmasına nail ola bilərik. Bizim öncüllüyümüz investorların ölkəmizə güzəştli şərtlərlə cəlb edilməsindən ibarətdir".

Panel sual-cavab sessiyası ilə davam etdirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://apa.az
archiveBu xəbər 22 May 2025 13:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see238

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see208

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see175

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see173

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see170

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see167

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see162

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see159

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see146

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see146

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see142

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see139

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri