Icma.az
close
up
RU
Əlcəzairdə Sosial iqtisadi İnkişafa dəstək mövzusunda panel müzakirə keçirilib

Əlcəzairdə Sosial iqtisadi İnkişafa dəstək mövzusunda panel müzakirə keçirilib

Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İslam İnkişaf Bankının Əlcəzairdə keçirilən ənənəvi illik toplantısı çərçivəsində "Mikro, Kiçik və Orta Sahibkarlıq Subyektlərinin İmkanlarının genişləndirilməsi və Sosial-iqtisadi İnkişafa dəstək" mövzusunda panel müzakirə keçirilib.

APA-nın Əlcəzairə ezam olunmuş əməkdaşı xəbər verir ki, tədbirdə rəqəmsal innovasiyaların, xüsusilə də süni intellektin uzunmüddətli perspektivdə qlobal iqtisadiyyatın inkişafına təsir mexanizmlərindən danışılıb.

Qeyd olunub ki, bugünkü panel mikro, kiçik və orta sahibkarlıq subyektlərinin İ
İmkanlarının genişləndirilməsi üzrə fikir və ideyaların mübadiləsi baxımından önəmli platformadır.

Əlcəzairin imkanlar, iqtisadiyyat və mikrosahibkarlıq naziri Noureddine Ouadah bildirib ki, 2020-ci ildə rəhbərlik etdiyi nazirliyin strukturunda İqtisadiyyatın Rəqəmsallaşdırılması Departamenti yaradılıb.

Nazirin sözlərinə görə, dünya miqyasında gənclər rəqəmsal platformalara xüsusi maraq göstərdiyi nəzərə alınaraq, ölkələr iqtisadiyyatın rəqəmsallaşdırılması prosesinə son dərəcə diqqətlə yanaşmalıdır.

İndoneziyada fəaliyyət göstərən elektron ticarət platformasının təsisçisi Dayu Dara Permata 5 il müddətində əsrəyə gətirdiyi - layihəsindən bəhs edib.

O söyləyib ki, rəqəmsal platformaların insan həyatını asanlaşdırmağa yönəldiyi bir şəraitdə hökumətlər bu sahəyə investisiya cəlb edilməsində maraqlı olmalıdır.

Əlcəzairin "Al Salam" bankının baş direktoru Hideur Nasser isə son illərdə ölkəsiin bankçılıq sektorunun rəqəmsallaşdırılması istiqamətində görülən işlərdən danışıb.

H. Nasser ölkəsində dövlət xidmətlərinin rəqəmsallaşdırılmasının övlət siyasətinin tərkib hissəsi olduğunu söyləyib:

"Hökumətimiz xidmətlərin rəqəmsallaşdırılması və vətəndaşlarımız üçün əlçatanlığının təmin edilməsi məqsədilə bir sıra layihələrin həyata keçirilməsini təmin edib. Bu gün Əlcəzairdə 20 milyon nəfər internetdən istifadə edir ki, bu da böyük göstəricidir".

İnkişaf Məqsədləri Uğrunda İslam Həmrəyliyi Fondunun baş direktor əvəzi Adil Əlşərif isə iqtisadi inkişafa əngəl törədən səbəblərdən danışıb.

Onun qənaətincə, biznesə başlama istəyən şəxslər ilk növbədə biznes plan, strategiya, müqavilələrin idarəolunması və digər sahələrdə bacarıqlara yiyələnməlidir:

"Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin qarşısında iri korporasiyaların öz məhsul və xidmətlərini elektron platformalar vasitəsilə təqdim etməsi, habelə bir sıra hökumətlərin mikro, kiçik və orta sahibkarlıqla məşğul olan şirkət və ya fiziki şəxslərə ciddi bürokratik maneələr yaratması ilə bağlı çətinliklər dayanır. Problemlərin qarşısını almaq üçün bu sahənin rəqəmsallaşdırılmasına dəstək göstərilməlidir. İslam İnkişaf Bankı bir qədər əvvəl Fələstinin iqtisadi inkişafına dair proqramın icrasına başlayıb. Əsas məqsəd də bu ölkədə olan kiçik və mikro sahibkarlara dəstəyin göstərilməsidir".

Panel toplantısı interaktiv şəraitdə davam etdirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:130
embedMənbə:https://apa.az
archiveBu xəbər 19 May 2025 18:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see688

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see233

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see192

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see182

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see179

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see171

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see158

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see157

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see154

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see143

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see142

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see140

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see138

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see137

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see134

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri