Icma.az
close
up
RU
Elçibəy üzüyola, sözəbaxan, rəhbərə yarınan kadrlara necə yanaşırdı?..

Elçibəy üzüyola, sözəbaxan, rəhbərə yarınan kadrlara necə yanaşırdı?..

Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Bəzən də ağıllı adam sənin tapşırığını qoyur bir yana, öz bildiyi kimi iş görür, məsələni həll edir. Bu, çətin məsələdi. Əgər hər kəs öz bildiyi kimi hərəkət edirsə, ümumi nizam, ümumi proqram pozulur...”

Kadr siyasəti bütün ölkələrdə və bütün dövrlərdə, istənilən dövlətin və xalqın taleyində mühüm rol oynayan amillərdən biridir...

Tanınmış mərhum yazar Azər Abdullanın 1999-cu ildə eks-prezident Əbülfəz Elçibəydən götürdüyü müsahibənin kiçik bir epizodu məhz bu mövzuya həsr olunub. Mərhum dövlət başçısı kadr seçimi zamanı ağıllı, intellektual, bacarıqlı, vicdanlı  və s. keyfiyyətlərə malik insanlara, yoxsa o qədər də dərin savadı olmayan, amma üzüyola, sözə baxan, yarınan şəxslərə üstünlük verdiyi aydın olur...  

Aktuallığını nəzərə alaraq həmin epizodu dəyərli Moderator.az oxucularının diqqətinə çatdırırıq: 

“Azər Abdulla: 

-Əbülfəz bəy, müşahidələrimdən belə qənaətə gəlmişəm ki, Azərbaycanda balaca müəssisə, şirkət və nazirliklərdən tutmuş yuxarılaradək müdirlər, rəhbərlə kadr seçimində ağıldan, səviyyədən, bacarıqdan, səriştədən öncə sözəbaxan, üzə dirəşməyən, yarınan, həm də etibarlı adamlara – işçilərə  daha çox üstünlük verirlər. Bu metoda, bu prinsipə münasibətiniz?

Əbülfəz Elçibəy:

-Hə, çox düz deyirsiniz. Bu çox qorxulu məsələdi, ancaq, təəssüf ki, belədir. Mən bunu izah edim.  Deyək ki, mən bir ağıllı adamı işə götürürəm. Hər hansı bir məsələni müzakirə edəndə həmin ağıllı adam başlayır öz münasibətini bildirməyə. Öz fikrini müdafiə etmək üçün mübahisəyə girişir. Sonra o adam bu münasibəti gedib, təbii ki, orda-burda danışır.  Hadisə ağızdan-ağıza yayılır, şişirdilib cürbəcür variantlara salınır. Sonra gəlib bunu müdirə, rəhbərə başqa şəkildə çatdırırlar.  Nəticədə hardasa işçiylə müdir arasında soyuqluq yaranır.  Bəzən də ağıllı adam sənin tapşırığını qoyur bir yana, öz bildiyi kimi iş görür, məsələni həll edir. Bu, çətin məsələdi. Əgər hər kəs öz bildiyi kimi hərəkət edirsə, ümumi nizam, ümumi proqram pozulur...

Azər Abdulla:

-Çox ziddiyyətli, dolaşıq məsələdir...

Əbülfəz Elçibəy:

-Elədi, çətin məsələdir. Görürsən, iclasda ümumi səsvermədə həmin adam hamı kimi səs verdi. Ancaq məsələni öz bildiyi kimi həyata keçirdi. Ona görə də dövlət işlərində adətən daha çox söz eşidənlərə üstünlük verilir. Çünki söz eşidən komandanı pozmur. Kim tapşırığı yerinə yetirirsə, ona üstünlük verilir. Elə məsələ var, necə deyim, məsələn, götürək, əsgəri xidmət məsələsini. Əsgərin ağlını, intellektuallığını heç kəs yoxlamır. Tapşırıq verilir və kim tapşırığı düzgün yerinə yetirirsə, onu medalla, yaxud başqa cür mükafatlandırırlar.  Hakimiyyətim dövründə də, partiyada da mən sədaqətlilik prinsipini əsas götürməmişəm. İşə canyandıran, ağıllıya, diqqətliyə üstünlük vermişəm. Lap bilsəm, bu adam dalımca danışır, bunun fərqində olmamışam...”

Təqdim etdi:

Sultan Laçın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://moderator.az
archiveBu xəbər 04 Mart 2025 17:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see249

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see198

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri