Icma.az
close
up
RU
Elçin Əmirbəyov Çexiyada bir sıra görüşlər keçirib FOTOLAR

Elçin Əmirbəyov Çexiyada bir sıra görüşlər keçirib FOTOLAR

Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Çex Respublikasına baş tutmuş işgüzar səfəri çərçivəsində bu ölkənin baş nazirinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Hinek Kmoniçek, xarici işlər nazirinin birinci müavini Yiri Brodski, Prezident Administrasiyasının Xarici siyasət departamentinin direktoru vəzifəsini icra edən Luciye Nebesajova və Çex Respublikası Parlamentinin Deputatlar Palatasının sədr müavini Yiri Skopeçek ilə görüşlər keçirib.
Demokrat.az xəbər verir ki, danışıqlar zamanı Azərbaycan və Çexiya arasında ikitərəfli münasibətlərin mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb, 2015-ci ildə imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin bu münasibətlərin inkişafında mühüm rol oynadığı qeyd olunub.
Tərəflər 2026-cı ilin yanvar ayında Davos İqtisadi Forumu çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Çex Respublikasının Baş naziri Andrey Babiş arasında keçirilmiş görüşü məmnunluqla xatırlayaraq, ən yüksək səviyyədə təmasların yaxın gələcəkdə də davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar.
Çexiya tərəfi siyasi dialoqun intensivləşdirilməsi, eləcə də ticarət-iqtisadi və investisiya sahələrində əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edib. Xüsusilə enerji, nəqliyyat, sənaye, müdafiə və digər prioritet sahələrdə tərəfdaşlığın dərinləşdirilməsinə maraq ifadə olunub.
Keçirilmiş görüşlərdə Çexiya tərəfi Azərbaycan ilə müxtəlif sahələr üzrə formalaşmış səmərəli əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirərək, bu əməkdaşlığın daha da dərinləşdirilməsində maraqlı olduqlarını bildirib. Bu xüsusda, həmçinin iki ölkənin regionlararası əlaqələrin genişləndirilməsinin vacibliyi qeyd olunub. Parlamentlərarası əlaqələrin həm ikitərəfli əsasda, həm də beynəlxalq təşkilatlar çərçivəsində inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.
Görüşlərdə həmçinin Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında münasibətlərə toxunulub. Çexiya tərəfi Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında oynadığı vacib rolu və Orta Dəhliz üzrə Şərq-Qərb yük daşımalarının artırılması baxımından strateji əhəmiyyətini vurğulayıb. Çexiya rəsmiləri Azərbaycanı Avropa ilə Asiya arasında mühüm nəqliyyat və logistika qovşağı kimi qiymətləndirərək, ölkəmizi Aİ üçün Mərkəzi Asiyaya etibarlı və strateji çıxış qapısı kimi xarakterizə ediblər. Aİ ilə Azərbaycan arasında münasibətlərdə xüsusilə son dövrlərdə müşahidə olunan müsbət dinamika Çexiya tərəfindən alqışlanıb.
Səfər zamanı aparılmış danışıqlar çərçivəsində Elçin Əmirbəyov qarşı tərəfə Azərbaycan-Ermənistan münasibətlərində normallaşma prosesi, 8 avqust 2025-ci il tarixində Vaşinqtonda əldə olunmuş razılaşmalar və davamlı sülhün bərqərar olması istiqamətində növbəti addımlar və gözləntilər barədə ətraflı məlumat verib. O, cari il ərzində Ermənistanda keçiriləcək parlament seçkilərinin və bu ölkənin yeni konstitusiyasının qəbul edilməsi üçün keçiriləcək referendumun nəticələrinin iki ölkə arasında sülh sazişinin imzalanması, beləliklə də regionda uzunmüddətli və dönməz sülhün təmin olunması baxımından vacib rol oynayacağını diqqətə çatdırıb. Çexiya tərəfi Azərbaycanın sülh gündəliyini dəstəklədiklərini qeyd edərək, sülh sazişinin qısa müddətdə imzalanmasının vacibliyini vurğulayıb.
Elçin Əmirbəyov səfər çərçivəsində Çexiyanın nüfuzlu beyin mərkəzlərindən biri olan Siyasət və Cəmiyyət İnstitutunda təşkil olunmuş dəyirmi masada çıxış edib, "CNN Prima News" televiziya kanalına və "Europe" jurnalına müsahibələr verib.




 
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 15 Aprel 2026 15:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see403

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see314

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see294

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see285

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see276

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see272

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see266

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see242

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see227

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see221

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see219

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see218

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see217

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see217

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see215

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see211

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see206

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri