Icma.az
close
up
RU
Elçin Hüseynbəylinin kitablarının təqdimatı olub

Elçin Hüseynbəylinin kitablarının təqdimatı olub

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda tanınmış yazıçı, Əməkdar incəsənət xadimi, AYB-nin katibi Elçin Hüseynbəylinin müəllifi olduğu beş kitabın təqdimatı və müəllifin imza saatı keçirilib.

Təqdimatda müəllifin "Gültəkin xaqan", "Pərixan", "Şah Abbas" (uşaqlar və böyüklər üçün təkrar nəşr) romanlarının, "Dənizin nağılları", "Banuçiçəyin rəngli yuxuları" kitabları oxuculara təqdim olunub.

Tədbirdə tanınmış yazıçı-şairlər, millət vəkilləri, media nümayəndələri və oxucular iştirak ediblər.

Tədbiri giriş nitqi ilə açan Elçin Hüseynbəyli hər bir nəşr barədə qısa məlumat verib, əsərlərin sturukturu, mövzu və ideyasından bəhs edib.

AYB-nin sədri, Xalq yazıçısı Anar Elçin Hüseynbəylinin yaradıcılığı barədə fikirlərini ölüşüb: "Şübhəsiz, Elçin yaxşı yazıçıdır və sevindiricidir ki, o, yaradıcılıq məsələlərində olduqca mütəhərrikdir. Elçin haqqında indiyə qədər iki yazım çap olunub. Uğurlar arzu edirəm".

AYB-nin birinci katibi, Xalq yazıçısı Çingiz Abdullayev hazırkı kitabçılıq mənzərəsi fonunda yeni nəşrlərin ərsəyə gətirilməsinin çətinliyi, buna baxmayaraq, Elçin Hüseynbəylinin böyük şövqlə yeni kitablarını çap etdirib təqdim etməsinin böyük iş olduğunu deyib: "Mən Elçini çox maraqla oxuyuram. Onun yeni kitabları və bu qədər adamın bir araya toplanması sevindirici haldır. Onun həm katibliyin işləri ilə məşğul olması, həm də yazı prosesi ilə mütəmadi məşğul olması təqdirəlayiqdir".

Azərbaycanda Atatürk Mərkəzinin müdiri, akademik Nizami Cərərov Elçin Hüseynbəylinin yazıçı kimi xüsusiyyətlərindən, əsərlərinin ümumi məziyyətlərindən, vaxtilə qələmə aldığı romanların üstün cəhətlərindən söhbət açıb: "Elçin Hüseynbəyli tarixi romanlarda detallarla məharətlə işləməyi bacarır. O, yazıçı təxəyyülünün vəhdəti ilə təqdim etdiyi faktların üzərində dayanmağı bacarır. Və bununla da mətnin inandırıcılıq gücünü artırır".

Millət vəkilləri Hikmət Babaoğlu və Ceyhun Məmmədov müəllifin son çapdan çıxmış "Gültəkin xaqan" romanı barədə fikirlərini bölüşüblər, Türk dövlətlərinin həmrəyliyinə bədii çağırış, turançılıq ideologiyasının təbliği baxımından bu romanı əlamətdar mətn hesab ediblər.

Professor Telman Vəlixanlı, AYB-nin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, ədəbi tənqidçi Əsəd Cahangir, ədəbi tənqidçi Bəsti Əlibəyli və digər qələm adamları Elçin Hüseynbəylinin əsərlərinin bədii məziyyətləri barədə söhbət açıblar.

Yazıçı sonda bütün qonaqlara minnətdarlığını bildirib və kitabları oxucular üçün imzalayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:81
embedMənbə:https://525.az
archiveBu xəbər 18 Noyabr 2025 19:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see325

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see319

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see304

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see299

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see298

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see297

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see294

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see286

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see286

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see275

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see271

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see264

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see254

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see250

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see247

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see241

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see240

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see236

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see235

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri