Icma.az
close
up
RU
Elçin Mirzəbəyli: Sosial şəbəkələr “yumşaq güc” amilinin əsas istifadə arenasına çevrilir

Elçin Mirzəbəyli: Sosial şəbəkələr “yumşaq güc” amilinin əsas istifadə arenasına çevrilir

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

"Müasir dövrdə milli təhlükəsizliklə bağlı çağırışların siyahısı kifayət qədər genişlənib".


Bu sözləri "Sherg.az"a açıqlamasında Milli Məclisinin deputatı, Əməkdar jurnalist Elçin Mirzəbəyli söyləyib. 


Onun sözlərinə görə, hibrid informasiya müharibələrinin hədəfləri maddi dəyərlərlə, iqtisadi potensial və siyasi sabitliklə yekinlaşmır:

"Bütün bu amilləri, xüsusilə də xalqın və onun yaratdığı dövlətin mövcudluğunu, inkişafını, özünümüdafiə imkanlarını təmin edən mənəvi faktorlar – milli təssübkeşlik, qürur, ləyaqət, dil, milli mədəniyyət də qlobal və virtual şahmat taxtasının üzərinə yatırılır.

İndi dünyaya hökm etmək üçün bu və ya digər qitəyə, dünya ökeanına sahiblənmək də yetərli deyil. Dövlətlərin geosiyasi potensialı təkcə maddi resurslarla məhdudlaşmır, həm də onların mənəvi gücünün, milli və dövlətçilik ruhunun sərhədlərinin genişliyi ilə ölçülür. Bu gün bu və ya digər dövlətin gücünü zəiflətmək üçün onun maddi resurlarının hədəfə alınmasına bir çox hallarda ehtiyac qalmır. Transmilli media və çağdaş informasiya və kommunikasiya vasitələrindən yararlanmaqla milli mədəniyyətin, dilin, mənəvi dəyərlərin sıradan çıxarılması əslində elə dövlətin özünümüdafiə mexanizmlərinin məhv edilməsi deməkdir.

Lakin qeyd etmək lazımdır ki, media, sosial şəbəkələr və geosiyasi alət kimi klassik hesab edilməyən digər yeni mexanizmlər tarix boyu mövcud olan siyasi texnologiyaların yenilənmiş və daha çevik şəkildə tətbiq edilməsi mümkün olan nümunələridir. Əgər bir neçə yüz il əvvəl səlib yürüşlərindən öncə qəsb edilməsi nəzərdə tutulan ərazilərə missionerlər göndərilirdisə, indi artıq bunun üçün dənizləri aşmağa, səhraları keçməyə ehtiyac qalmır".


Parlamentari deyib ki, hazırda bir ölkənin başqa dövlətin ərazisində mövcud informasiya sistemlərini nəzarət altına alması və yaxud idarə etməsi yalnız onun hərbi və milli təhlükəsizlik məsələlərinə təsirlə yekunlaşmır:

"Bu, həm də yerli ictimai rəyin kənar təsirlərə məruz qalmasına və idarə edilməsinə, ölkənin idarəçilik sisteminin pozulmasına və iflic olmasına səbəb ola bilər.

Müasir dövrdə “yumşaq güc” və “yumşaq təhlükə” anlayışları özünün klassik təqdimatlarından kifayət qədər fərqlənir. İndi “yumşaq güc” anlayışı özünün ənənəvi istifadə alətlərininin - “nüfuz müvəkkilləri”, yaxud “beşinci kolon” adlandırdığımız şəbəkələrin sabotaj xarakterli fəaliyyətindən daha çox yeni texnologiyaların iştirakı ilə həyata keçirilən sosial-siyasi, iqtisadi və mədəni proseslərdə büruzə verir.

Yeni texnologiyalar dünya siyasətinin ənənəvi mahiyyətini dəyişir, siyasi oyunçular arasındakı klassik ierarxiya münasibətləri öz yerini şəbəkə strukturlarına verir. Hazırda “yumşaq güc”ün tətbiqi prosesində qlobal oyunçulardan daha çox potensial və manevr imkanları tələb edən 5 əsas istiqamət nəzərə çarpır:

Birinci istiqamət xarici siyasətdir – buraya mədəni və ictimai diplomatiyanı daxil etmək olar.

İkinci istiqamət şəbəkə strukturları, üçüncüsü media, dördüncüsü internet və sosial şəbəkələr, beşincisi isə dini təsisatlardır.

Müasir informasiya və texnologiya vasitələrinin inkişafı isə bu istiqamətlər arasından internet və sosial şəbəkələri daha ön plana çıxarır və sosial şəbəkələr “yumşaq güc” amilinin əsas istifadə arenasına çevrilir.

Sosial şəbəkələr həm də kommunikasiya vasitəsidir. Bu səbəbdən də daha geniş kütlələrin əhatə olunmasına imkan yaradır və onların şüuru ilə manipulyasiya imkanlarını dəfələrlə artırır. Artıq çox sürətlə və yüksək dinamika ilə milyonların şüuruna təsir etmək mümkündür. Bu isə ictimai rəyi idarə etməyi xeyli çətinləşdirir.

Kiberməkanın unikallığı ondadır ki, burada virtial proseslərlə real proseslər iç-içədir, onları bir araya gətirmək, istiqamətləndirmək isə an məsələsidir.

Real və kiber geosiyasi məkanın yeni mexanizmləri hansısa virtual şüur vasitəsilə idarə olunmurlar. Onları idarə edən, istiqamətləndirən beyin mərkəzləri və “yumşaq güc” texnologiyasının əvəzedilməz oyunçuları olan, “demokratiya”, “insan hüquq və azadlıqları”, “mətbuat, söz və fikir azadlığı” kimi fundamental dəyərlərin arxasında gizlədilmiş beynəlxalq hüquq-müdafiə təşkilatlarıdır. Qlobal güc mərkəzlərinin nəzarətində olan bu təşkilatlar bir qayda olaraq ötürücü funksiyasını yerinə yetirirlər. Yəni istər real, istərsə də kiber geosiyasi məkanda həyata keçirilməsi nəzərdə tutulan hər hansı bir ssenari üçün zəmin bu təşkilatların və onların nəzarətində olan cəsus şəbəkələrinin iştirakı ilə yaradılır".


Elçin Mirzəbəyli əlavə edib ki, yeni çağırışlara cavab vermək üçün real geosiyasi məkanda olduğu kimi kibirməkanda da təhlükəsizliyimizin təmin olunması qarşımızda dayanan ən önəmli vəzifələrdən biridir:

"Transmilli medianın, sosial şəbəkələrin, beynəlxalq bəhanə təşkilatlarının yaratdığı idarə olunan xaotik informasiya mühitində milli maraqlarımızın qorunmasının yolu informasiya təhlükəsizliyimizə konseptual yanaşmaqdan və real alternativlərin yaradılmasından keçir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:108
embedMənbə:https://sherg.az
archiveBu xəbər 23 Dekabr 2024 17:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see405

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see387

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see337

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see300

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see300

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see294

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see271

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see258

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see234

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see232

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see224

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see170

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see152

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see140

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see138

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see133

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see130

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see128

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see124

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri