Icma.az
close
up
RU
Elçin Qaliboğlu: Folklor düşüncəmizin mayası təbiətdən gəlir

Elçin Qaliboğlu: Folklor düşüncəmizin mayası təbiətdən gəlir

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 29 oktyabr, AZƏRTAC

Xalqımızın qədimdən bəri təbiətlə bağlı yaranan duyumu bu gün də canlıdır, yaşarıdır. Bu gün dünyada təbiətin qorunması ilə bağlı çağırışlar artdıqca insanın bu acınacaqlı durumu düzəldəcəyi ümidləri də artır. İnsanın içində təbiətə öncəki dönəmlərdəki kimi doğma, yaradıcı yanaşma yaranmalıdır. Azərbaycan insanı əcdaddan gələn təbiətə yanaşmanı yaradıcı inkişaf etdirməklə dünyaya örnək ola bilər. Bu, bizim mənəvi borcumuzdur. Həm də meşə fondunun, içməli su imkanının az olduğu ölkəmizdə təbiətə mənəvi yanaşmağımız təbii sayılmalıdır. Qloballaşan dünyada çözümü çətin olan qayğılar isə artmaqdadır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri “COP29: Qlobal və milli çağırışlar, elmin vəzifələri” kitabının təqdimat mərasimində AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin Qaliboğlu Azərbaycan folklorunda insan-təbiət münasibətlərindən danışarkən bildirib. O vurğulayıb ki, ilkin mifoloji düşüncədə tanrıçılıq görüşləri əcdadın dünyaya, həyata, insana, təbiətə yanaşmasını formalaşdırdı: “Adət-ənənə, mərasim və rituallarda da insan-təbiət birliyi özünü göstərir. Bu da təbiidir: insan təbiətdədir, bütün hadisələr təbiətdə baş verir. İnsanın halı, halsızlığı, xeyirliyi, şərliyi təbiətdə ifadəsini tapır. Əslində, təbiətlə insanın qarşılıqlı mənəvi birliyi var, bu birliyin canlı təsirləri insanın təbiətə yadlığının, ya da doğmalığının ölçüsünü göstərir. Folklorun bu və ya başqa çoxsaylı janrlarında insanın təbiətə doğmalığı, həyanlığı, dərdkeşliyi ilə yanaşı, amansızlığı, ruhsuzluğu, səbirsizliyi, kobudluğu və s. var. Əcdad - insan təbiətdə özünü görür, onsuz yaşaya bilmir, ancaq bu, təəssüf ki, hamıya aid deyil. Folklor düşüncəsi ulusallığın bəşəriliyi təsdiq edən ölçüsünü yaradır, burada qətiyyən güzəşt yoxdur. Əcdad - insan səhvini anlayır, dərsini alır, sonrakı peşmançılıq isə fayda vermir.

Alim qeyd edib ki, folklor düşüncəmizin mayası təbiətdən gəlir. Əcdad təsəvvüründə ilkinlik təbiətdəndir: hər şeydən öncə, ona görə ki, insanın jest və mimikalardan nitq imkanına kimi yol keçməsi, dil yiyəsi olması, cəmiyyət qurması təbiətdə mümkün olub.

“Əsas məsələ təbiətə ilahi, insani yanaşmadadır. Türk düşüncəsində bu yön xalqlar içərisində bənzərsizliyi ilə seçilir. Dağın, göyün, günəşin, ağacın və s. insanlaşmış obrazları folklorumuzdakı əcdad düşüncəsinin yaşarılığından gəlir. Ölməyən, yoxa çıxması mümkün olmayan bu duyğu əsrdən-əsrə, nəsildən-nəslə keçir, ənənə beləcə qırılmadan yaşayır. Məsələn, folklorda dağ vüqar, ləyaqət rəmzidir, həmişə yenilməzdir, tanrılıq mahiyyətli insan obrazındadır. Dağda insanı görmək özünü anlayan, duyan, təbiətin böyüklüyünü anladığı dərəcədə də özü ilə onun arasında mənəvi birlik görən əcdad düşüncəsindən gəlir”, - deyə o bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:224
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Oktyabr 2025 11:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see295

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see291

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see276

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see271

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see269

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see269

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see263

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see257

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see255

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see245

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see235

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see231

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see230

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see228

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see222

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see216

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see215

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see212

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see209

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri