Elçin Yusubov: Xankəndi və ətraf ərazilərə 65 mln. manat özəl investisiya cəlb edilib
Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Hazırda Xankəndi, Ağdərə və Xocalı rayonları ərazisində 19-dan çox bərpa edilən yaşayış məntəqəsində 22 mindən yuxarı əhalinin yaşayışı təmin edilib. Onların 4 mindən çoxu məcburi köçkünlərdir.
"APA-Economics"in Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Xankəndidə keçirilən “III Azərbaycan Milli Şəhərsalma Forumu”nda çıxışı zamanı Azərbaycan Respublikası Prezidentinin Xankəndi, Ağdərə və Xocalı rayonları üzrə nümayəndəsi Elçin Yusubov deyib.
O bildirib ki, ən prioritet məsələ məşğulluğun təmin olunmasıdır.
“Hazırda özəl investorlar tərəfindən regiona 65 mln. manat həcmində özəl investiya qoyulub və bu, regionda yeni iş yerlərinin açılmasına xidmət edib. 3 minə yaxın yeni iş yeri yaradılıb. Ərazidə kəndlilərin məşğulluğunun təmin edilməsi üçün əkinə yararlı torpaqlarların təhlili aparılıb və müvafiq olaraq kənd sakinlərinin istifadəsinə verilməsi ilə bağlı müvafiq qurumlarla danışıqlar aparılıb. Ballıca kəndində artıq əkin sahələrinin paylanılıb. istifadəsinə başlanılıb. Çalışırıq dayanıqlı məşğulluq təmin edək”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 15 Oktyabr 2025 12:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















