Icma.az
close
up
RU
Elçinin Cəhənnəm sakinləri əsəri yeni səhnə yozumunda nümayiş etdirilib

Elçinin Cəhənnəm sakinləri əsəri yeni səhnə yozumunda nümayiş etdirilib

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 16 iyun, AZƏRTAC

İrəvan Dövlət Azərbaycan Dram Teatrında Elçinin “Cəhənnəm sakinləri” əsəri əsasında hazırlanan eyniadlı tamaşa tamaşaçılara təqdim edilib.

Teatrdan AZƏRTAC-a bildirilib ki, quruluşçu rejissor Ülvi Məmmədlinin səhnə yozumunda təqdim olunan səhnə əsərinin mərkəzində insan münasibətlərinin görünməyən qatlarında gizlənən həqiqətlər dayanır. Naməlum qonağın bir ailənin həyatına daxil olması ilə hadisələr gözlənilməz istiqamət alır, uzun illər gizli qalmış sirlər üzə çıxır. Qadın və kişi özləri ilə, bir-biri ilə və həqiqətlə üz-üzə qalırlar.

Tamaşada qonaq obrazı ailənin daxili dünyasını sarsıdan, onların gizlətdikləri həqiqətləri üzə çıxaran qüvvəyə çevrilir. Psixoloji qarşıdurmalar, gərgin dialoqlar və gözlənilməz situasiyalar tamaşanın dinamik ritmini formalaşdırır. Rejissorun təqdimatında rasional və irrasional müstəvilər növbələşərək tamaşanın dramaturji gərginliyini daha da artırır.

Səhnə əsərində rolları Murad Məmmədzadə (Qonaq), Ramilə Abasova (Qadın), Zəki Fətəliyev (Kişi) və Cavid Babayev (Zabit) ifa edirlər.

Səhnə tərtibatının müəllifi Umay Həsənova, musiqi tərtibatçısı Nigar Süleymanova, işıq üzrə rəssam Səid Abbasov, səs rejissoru isə İmaməli İmaməliyevdir.

Qeyd edək ki, tamaşa həm də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq ixtisası üzrə təhsil alan Ülvi Məmmədlinin diplom işi kimi hazırlanıb. Tamaşanın diplom rəhbəri Gümrah Ömərdir.

“Cəhənnəm sakinləri” tamaşası növbəti dəfə iyunun 24-də tamaşaçılarla görüşəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 İyun 2026 15:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri