Icma.az
close
up
RU
Menu

Süni intellektlə bağlı fətva veriləcək?

Vaşinqton Cənubi Qafqazda yeni iqtisadi və geosiyasi arxitektura qurmağa çalışır

Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?

675 nəfər narkotik asılılığından müalicə alır

Bakı üçün imtahan: Bu layihələr fəsadsız olmayacaq

Kababla soyuq Cola içənlərin öd yolları məhv olur

Z dönəm gəncləri tarixin ən bekar nəsli olacaq

Ədəbiyyat Muzeyinə Məhsəti Gəncəvinin tut ağacından yonulmuş heykəli hədiyyə edilib

Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb

Fiziki aktivlik azaldıqda bədəndə tam olaraq nə baş verir? HƏKİM AÇIQLADI

Uşaq yaxşı böyümür, yorğundur, bədəni ağrıyırsa... Uzman həkim səbəbləri açdı VİDEO

57 yaşlı Ceylodan cazibədar Fotolar

“Sülh Körpüsü”nün Azərbaycan üzrə qrupu diplomatik korpusun Qarabağa səfəri ilə bağlı Ermənistanda ictimai müzakirələrdəki qəbuledilməz tondan məyusluğunu bildirib

“18 əsərin sehri” Azərbaycan musiqisindən seçilmiş nümunələr səsləndiriləcək

Möminlərə Musa peyğəmbərin əsasının bir parçası göstərilib...

Azərbaycanda doğum sayının azalmasının əsas səbəbi nədir? HƏKİM AÇIQLADI

Nərimanov sakinləri su probleminə görə ayağa qalxdılar: Nə baş verir? AÇIQLAMA

“Həkim məsləhəti” rubrikamızda

Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən Cəzaya etiraz etdi

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

Elçinin özü, sözü, izi: epoxalar dəyişsə də...

Elçinin özü, sözü, izi: epoxalar dəyişsə də...

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Abid TAHİRLİ

Hər dəfə Xalq yazıçısı, ədəbiyyatşünas, professor, görkəmli dövlət xadimi Elçinin (13 may 1943 - 3 avqust 2025) həyat və yaradıcılığı haqqında yazmaq istəyəndə, az qala 40 ildən də çox bir müddətdə şəxsən tanıdığım, 31 il birgə çalışdığım, dostluq etdiyim bu böyük insanla bağlı xatirələrin içərisində itib-batıram, tükənməyən suallar fikrimi dumanlandırır: Bəlkə, "Odlar yurdu" qəzetinin növbəti nömrəsinə hazırlıqla bağlı mərhum redaktor Ramiz Əskərlə birgə Elçinin yanında keçirdiyimiz müzakirələrdən, bəlkə, Elçinin öz yazılarına olduğu qədər qəzetin materiallarına da məsuliyyətlə və ciddi yanaşmasından bəhs edim? Yaxud mənim Avropa və Amerika ölkələri şöbəsinin müdiri işlədiyim dövrdə "Vətən" Cəmiyyətində həmvətənlərin iştirakı ilə təşkil olunan saysız-hesabsız görüşlərdə Elçinin milli və səmimi söhbətlərindən və ya bəzi yazılarının ilk oxucusu kimi təəssüratlarımı dinlədikdən, yaxud pyesinin premyerasından sonra söylədiyim fikirlərimə münasibətindən söz açım? Onun ölkədəki ədəbi proses, ümumiyyətlə, yaradıcılıqla bağlı düşüncə və mülahizələrindən, yoxsa Baş nazirin müavini kimi kurasiyasında olan nazirlik, komitə və idarə rəhbərləri ilə dövlət quruculuğu, xüsusi ilə mədəniyyət və təhsil problemlərinə dair tələbkar mövqeyindən, tabeliyindəki şöbə əməkdaşları ilə səmimi və işgüzar davranışından yazmaq lazımdır? Bunlar nəinki bir məqaləyə, heç bir kitaba da sığmaz.

Çağdaş nəsrimizin, dramaturgiyamızın, tənqidimizin aparıcı şəxsiyyətlərindən olan Elçinin həyat və yaradıcılığı ilə bağlı kitablar, monoqrafiyalar, dissertasiyalar, sayı bilinməyən məqalələr qələmə alınıb, onun haqqında ölkənin ən nüfuzlu ədəbiyyatşünasları - Məmməd Cəfər Cəfərov, Mir Cəlal, Məmməd Arif, Həmid Araslı, Mirzə İbrahimov, Mehdi Məmmədov, Kamal Talıbzadə, Aydın Məmmədov, Əziz Mirəhmədov, Bəkir Nəbiyev, Yaşar Qarayev, Yusif Səmədoğlu, Anar, İsa Həbibbəyli, Kamal Abdulla, Nərgiz Paşayeva, Tofiq Hacıyev, Nizami Cəfərov, Nizaməddin Şəmsizadə, Nizami Tağısoy, Vilayət Quliyev, Cahangir Məmmədli, Vaqif Yusifli və başqaları sanballı əsərlər yazıblar. Yazıçının zəngin və çoxşaxəli ədəbi fəaliyyəti nəticəsində ərsəyə gələn hekayə, povest, roman, publisistika nümunələri, ədəbi qeydləri, fundamental elmi-nəzəri tədqiqatları, ədibin bədii və sənədli irsinin mövzusu, ideya istiqaməti, sənətkarlıq məsələləri, obrazlar qalereyası bu gün də diqqət mərkəzindədir.

Əminliklə demək olar ki, Elçinin sənət dünyasının açılmayan qatları, üzə çıxarılmayan, araşdırılmayan cəhətləri kifayət qədərdir. Sözümün bu yerində Xalq yazıçısı Mövlud Süleymanlının ürəyimdən keçən sərrast bir cümlə ilə ifadə etdiyi sanballı fikrini xatırlayıram: "Elçin həmişə vaxtdan ucada dayanmağı bacarıb, həmişə hər yerdə vaxtın sözünü deyə bilib. Elçin yaratdıqlarında səmimi olan, saxta rənglərə, cansız gəzişmələrə, qanadı sınmış cümlələrə yer verməyən, həyatı əslində necə varsa, o cür ifadə etməyi bacaran yazıçıdır". Görkəmli tənqidçi Cahangir Məmmədlinin "Elçinin bədii nəsri hansısa zamana və rejimə deyil, bütün zamanlar - bədii sözün qüvvədə olduğu bütün zamanlar üçün yaradılmışdır" - qənaəti obyektiv meyarlara, dərin təhlilə əsaslanan elmi-nəzəri nəticədir.

Sənətinin sehrini və istedadının gücü ilə milyonlarla oxucu qəlbini fəth etmiş Elçinin həyat və fəaliyyətini dərindən öyrənmək, dəyərləndirmək, mükəmməl obrazını yaratmaq üçün onun ömür yolunu belə bir təsnifata uyğun izləmək məqsədəuyğundur: Elçinin uşaqlıq, gənclik və ilk yaradıcılıq illəri, Milli Elmlər Akademiyasındakı fəaliyyət dövrü, Yazıçılar Birliyində çalışdığı illər, "Vətən" Cəmiyyətinə rəhbərlik dövrü və Baş nazirin müavini işlədiyi illər.

Elçin tutduğu yüksək və məsul vəzifələrdən asılı olmayaraq, özünün də dəfələrlə bəyan etdiyi kimi, o, ilk növbədə yazıçıdır. Akademik Nizami Cəfərovun təbirincə desək, müasir Azərbaycan və dünya ədəbiyyatının fenomeni Elçin müsahibələrinin birində atasının yaradıcılığından söz açarkən deyirdi ki, "İlyas Əfəndiyevin ən böyük vəzifəsi yazıçılıq, ən böyük kabineti isə evindəki iş kabineti idi. O, heç Kommunist partiyasının üzvü də deyildi və bu, Sovet İttifaqında onun səviyyəsində bir yazıçı üçün çox nadir hadisə idi. Ancaq iş belə gətirdi ki, mən lap gənc yaşlarımdan ictimai həyatın içində oldum, vəzifələr daşıdım. Ancaq mən hansı vəzifəni daşımağımdan asılı olmayaraq, aydın məsələdir ki, ilk növbədə yazıçıyam".

Elçin əsərlərinin mövzusu geniş, rəngarəngdir, bir çərçivəyə sığmır, janr baxımından çoxşaxəli və zəngin, sənətkarlıq, üslub nöqteyi-nəzərindən özünəməxsusdur. Onun irsinin ideyası Vətənə, sözlə, əməllə onun xidmətində duran şəxsiyyətlərə, milli-mənəvi dəyərlərə, adət-ənənələrə məhəbbət, sadə, səmimi, saf həmvətənlərə sayğı, fərdləri düşündürən, cəmiyyətin tərəqqisinə əngəl olan naqisliklərin, nöqsanların ifşasıdır.

Elçin xalq müdrikliyinin, ağsaqqallığın və mənəvi rəhbərliyin simvolu olan Dədə Qorquddan yazanda da ("Dədə Qorqud aliliyi"), tiran və milyonların qatili Stalindən bəhs edəndə də ("Ölüm hökmü"), sadə, xəyalpərəst və saf bir gənci - Baladadaşı əsər qəhrəmanı səviyyəsinə qaldıranda da, cəsur Azərbaycan gənci Mahmudla keşişin qızı Məryəmin taleyini qələmə alanda da, başdan-ayağa Şər və mənfilik mücəssəməsi" (Vaqif Yusifli) general Sisianovu canlandıranda və digər məqamlarda da öz yaradıcılıq missiyasına, məfkurəsinə və prinsiplərinə sadiqdir. Eyni fikri ədibin digər əsərlərinə - burada adlarını bir-bir çəkməyə imkanımız olmadığı çoxsaylı hekayə, povest, roman, ssenari, pyes, ədəbi-tənqidi, publisistik məqalələrinə də şamil etmək olar.

Elçin yaradıcılıq sahəsində olduğu kimi, ictimai xadim kimi də bir çox ilklərə imza atıb. Bütün təzyiq və müqavimətlərə baxmayaraq, ilk dəfə:

- 1988-ci ildən başlayaraq "Odlar yurdu" qəzetində Azərbaycan Xalq Cümhuriyyəti, onun liderləri, atributları barədə silsilə yazıların işıq üzü görməsini təşkil edib;

- elm, ədəbiyyat, mədəniyyət xadimlərinin - İren Melikoff, Turxan Gənceyi, Əbdüllətif Bəndəroğlu, Sərvər Tanilli, Qulamrza Təbrizi, İlbər Ortaylı, Şapur Ənsari, Canpyero Bellinceri, Əli Yavuz Akpinar, Şirin Melikoff, İldırım Dağyeli, Yusif Gədikli, Əyyub və Davud İmdadian qardaşları, Rza Diqqəti kimi dünya şöhrətli sənətkarların də iştirakı ilə Mirzə Fətəli Axundovun anadan olmasının 175 illik yubileyi çərçivəsində elmi simpozium keçirib (31 oktyabr, 1988);

- Azərbaycan Xalq Cümhuriyyətinin mənəvi varisləri - Ankaradakı Azərbaycan Milli Mərkəzinin və Ankaradakı Azərbaycan Kültür Cəmiyyətinin baş katibi Məhəmməd Kəngərli, mühacir təmkilatının qurucularından Əhməd Qaraca və digərlərinin ilk dəfə siyasi mühacirlər kimi Vətəni ziyarətə gəlmələrini təşkil edib (1989);

- İstanbuldakı Azərbaycan türkləri kültür və dayanışma dərnəyinin təşkilatçılığı ilə Azərbaycan Mədəniyyət Mərkəzlərinin I Beynəlxalq qurultayında "Vətən" Cəmiyyəti nümayəndə heyətinin iştirakına nail olub (1989-cu il 3-6 noyabr);

- Amerika senatoru Cim Mudini ölkəmizə dəvət edərək (1990-cı il 26 noyabr) onun Şəhidlər xiyabanını ziyarətini gerçəkləşdirib.

Əlbəttə, Elçinin dövlət xadimi kimi uzun illər səmərəli fəaliyyəti də ayrıca mövzudur. Onun xidmətlərinin ölkə prezidentləri tərəfindən yüksək dəyərləndirilməsi fikrimizi təsdiqləyir: "İstiqlal" ordeni, "Şərəf" ordeni, "Şöhrət" ordeni, Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu - bu mükafatların tam siyahısı deyil...

Azərbaycan ədəbiyyat, mədəniyyət tarixinin mümtaz siması, görkəmli dövlət xadimi Elçinin həyat və fəaliyyətini bir məqalədə bütün cəhətləri ilə əhatə etmək mümkünsüzdür. Amma bir həqiqəti demək lazımdır: Epoxalar dəyişsə də, Elçinin Azərbaycan tarixinə söz və əməllə saldığı iz əbədidir, dəyişməzdir.

25.07.2026.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://525.az
archiveBu xəbər 31 İyul 2026 13:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Süni intellektlə bağlı fətva veriləcək?

14 Sentyabr 2026 15:47see453

Vaşinqton Cənubi Qafqazda yeni iqtisadi və geosiyasi arxitektura qurmağa çalışır

15 Sentyabr 2026 11:23see273

Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?

14 Sentyabr 2026 19:34see268

675 nəfər narkotik asılılığından müalicə alır

14 Sentyabr 2026 15:37see259

Bakı üçün imtahan: Bu layihələr fəsadsız olmayacaq

14 Sentyabr 2026 17:41see252

Kababla soyuq Cola içənlərin öd yolları məhv olur

14 Sentyabr 2026 15:45see245

Z dönəm gəncləri tarixin ən bekar nəsli olacaq

14 Sentyabr 2026 19:08see243

Ədəbiyyat Muzeyinə Məhsəti Gəncəvinin tut ağacından yonulmuş heykəli hədiyyə edilib

14 Sentyabr 2026 17:45see240

Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb

14 Sentyabr 2026 18:55see236

Fiziki aktivlik azaldıqda bədəndə tam olaraq nə baş verir? HƏKİM AÇIQLADI

14 Sentyabr 2026 15:44see232

Uşaq yaxşı böyümür, yorğundur, bədəni ağrıyırsa... Uzman həkim səbəbləri açdı VİDEO

14 Sentyabr 2026 21:41see226

57 yaşlı Ceylodan cazibədar Fotolar

14 Sentyabr 2026 16:20see202

“Sülh Körpüsü”nün Azərbaycan üzrə qrupu diplomatik korpusun Qarabağa səfəri ilə bağlı Ermənistanda ictimai müzakirələrdəki qəbuledilməz tondan məyusluğunu bildirib

14 Sentyabr 2026 20:28see184

“18 əsərin sehri” Azərbaycan musiqisindən seçilmiş nümunələr səsləndiriləcək

15 Sentyabr 2026 03:39see183

Möminlərə Musa peyğəmbərin əsasının bir parçası göstərilib...

14 Sentyabr 2026 21:09see181

Azərbaycanda doğum sayının azalmasının əsas səbəbi nədir? HƏKİM AÇIQLADI

14 Sentyabr 2026 15:44see178

Nərimanov sakinləri su probleminə görə ayağa qalxdılar: Nə baş verir? AÇIQLAMA

14 Sentyabr 2026 19:09see177

“Həkim məsləhəti” rubrikamızda

15 Sentyabr 2026 16:05see171

Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən Cəzaya etiraz etdi

15 Sentyabr 2026 13:01see169

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

16 Sentyabr 2026 01:44see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri