Icma.az
close
up
RU
“İki qapı arasında” qalan Elməddin Cəfərov MÜSAHİBƏ

“İki qapı arasında” qalan Elməddin Cəfərov MÜSAHİBƏ

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Ötən gün məşhur aktyor Elməddin Cəfərovun “İki qapı arasında” adlı yeni serialının ilk bölümü nümayiş olunub.

Mətanət Əliverdiyeva, Vəfa İsmayılova, Əsmər Rüstəmli, Ülviyyə Əliyeva və Mətləb Səfərli kimi tanınmışların da çəkildiyi ekran işinə maraq böyük olub. Bunu sosial şəbəkə paylaşımlarından və rəylərdən görmək mümkündür. 

“İki qapı arasında” serialı hər həftənin bazar günü 19:20-də “ATV” telekanalında yayımlanacaq.

Layihənin baş rol ifaçısı və prodüseri Elməddin Cəfərov yeni serialı ilə bağlı “Cebheinfo.az”-a müsahibə verib:

- Elməddin bəy, “İki qapı arasında” serialına ilkin reaksiyalar necədir?

- Əslində, bir çox insan serialı “Bacanaqlar”a bənzədərək, nostalji hisslər yaşayıb. Bununla bağlı xoş təəssüratlar alırıq. İstər yaşlı, istərsə də gənc nəsilin “İki qapı arasında” serialını sevdiyini görürük. Yeni nəsilə yeni məhsul təqdim etdik. İnşallah davamı da belə olar və izləyənlərin sayı daha çox artar. 

Hər kəsin favorit serialına çevrilmək istəyirik. Həmçinin, yerli seriallara baxışın artmasına da sevinirəm. Son zamanlarda rəqəmsal platformalar və peyk vasitəsilə xarici seriallara daha çox baxılırdı. İnşallah getdikcə yerli seriallara da diqqət artacaq. Hazırda sosial şəbəkələrdə reytinqlərimiz yaxşıdır, milyonluq baxış alan səhnələr var.

- Sizin də vurğuladığınız kimi həqiqətən serialda “Bacanaqlar” havası var. Üstəlik, “Sadiq” “Taleh” obrazına çox bənzəyir. Siz bununla 10 il “Bacanaqlar”ı izləmiş izləyiciləri geri qazanmağa çalışırsınız?

- Bəli, “Bacanaqlar” izləyiciləri də seriala böyük maraq göstərirlər. “Sadiq” “Taleh”in yaşlı variantıdır. Orada 20-li 30-lu yaşlar idi, buradakı obrazın isə 40 yaşı var. Sanki bir qədər oturuşmuş və olğunlaşmış “Taleh” obrazı olub. Lakin hər ikisinin problemləri eynidir. İkisi də iki xanım arasında qalıb.

-Maraqlıdır, “İki qapı arasında”dan əvvəl “Bacanacaq”ları yenidən başlatmağı düşündünüz?

- Əslində, “Bacanaqlar”ı yenidən başlatmaqla bağlı çox təklif gəldi. Hətta son zamanlarda “Bacanaqlar”dan səhnələr paylaşılır və milyonlarla baxılırdı. Lakin yenidən ona başlamaq istəmirdim. Çünki bəzi şeyləri zirvədə buraxmaq daha yaxşıdır. Amma “İki qapı arasında”nı tamamilə “Bacacaqlar”a bənzətmədik, sadəcə olaraq “Taleh” xəttini seçdik. Düşündük ki, bir xətti götürüb inkişaf etdirmək olar. 

-Bəs gələcəkdə “Bacanaqlar”ın yenidən başlama ehtimalı varmı?

-Açığı, gələcəkdə də “Bacanaqlar”ı yenidən başlatmaq istəmərəm. Bəzi məqamlarda elə zirvədə sağollaşmaq lazımdır. Hansısa serialı yenidən başlatmağı türklər də dəfələrlə yoxlayıb. Bəzən təkrarçılıq yorucu gəldiyi üçün ikinci cəhd çox vaxt uğursuz olur. 

-Sizin layihələrdə hər zaman məşurların qonaq oyunçu kimi çəkildiyini görmüşük. “İki qapı arasında”da məşhurları qonaq edəcəksiniz?

-Bəli, belə planımız var. Hətta 4-cü bölümdən etibarən qonaq oyunçular gələcək. Hər həftə deyil, amma ayda bir dəfə tanınmışlar mütləq qonaq oyunçu kimi serialda çəkiləcəklər.

- Serialın heyətində “Bacanaqlar”da rol almış bir çox simanı gördük. Gələcək bölümlərdə “Bacanaqlar” başqa məşhurlarını da “İki qapı arasında” da çəkilə bilər?

- Əlbəttə, bu da olacaq. Bununla bağlı da düşüncələrimiz var. İnşallah, yanvardan sonra yeni həmlələr edəcəyik. Serialı möhkəmləndirdikdən sonra böyütməyi düşünürəm. Hazırda maddi imkanlardan dolayı tam böyüdə bilmirəm. İnşallah maddi imkanlar artsa serialı və heyəti daha böyütmək olar. Elə olacağı təqdirdə, “Bacanaqlar”da birlikdə çalışdığımız başqa tanınmışlar da layihəyə cəlb etmək istəyərəm.

-Sizin layihələrinizdə hər zaman baş rol aktrisaların çox populyar xanımlar olduğunu görürdük. “İki qapı arasında” isə fərqli startegiya seçilib. Düzdür, Vəfa İsmayılova və Əsmər Rüstəmli istedadlı aktrisalardır, lakin nə üçün əvvəlki kimi məşhur simalar seçilməyib?

-Vəfa İsmayılova və Əsmər Rüstəmli hazırda çox tanınmasalar da, gələcəkləri parlaqdır. Əgər “İki qapı arasında” serialı uğurlu olsa, habelə onlar da özgüvənli şəkildə işlərini ciddi yanaşsalar, uğur qazanacaqlar. Düşünürəm ki, həmin xanımlar yeni sima olmalarına baxmayaraq, 3 ay sonra ən sevilən və gündəmdə olan aktrisalardan olacaq. Kimisə tanıtmaq və dəstək olmaq imkanımız varsa, niyə də etməyək? Hər dəfə tanınmışlara deyil, yeni başlayanlara da şans vermək lazımdır. 

Elmir Mustafa
"Cebheinfo.az" 

Açar sözlər: Elməddin Cəfərov İki qapı arasında müsahibə

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:256
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 06 Oktyabr 2025 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib

17 Sentyabr 2026 05:29see276

Tramp gələn həftə Körfəz ölkələrinin liderləri ilə görüşəcək

17 Sentyabr 2026 06:43see259

Tanınmış türkiyəli aktyor Münir Canar öldü

17 Sentyabr 2026 12:04see257

Dövlətin ən həssas sərhədi xəritədə deyil

17 Sentyabr 2026 17:32see247

Vərəmin icbari tibbi sığorta hesabına müalicəsi təklif edilib

17 Sentyabr 2026 15:46see226

Yeni BMW hər kilometrə görə 10 avro itirdi: qiyməti niyə kəskin aşağı düşdü

18 Sentyabr 2026 03:24see220

Hokkey üzrə dünya çempionu Hans Tvillinq 98 yaşında vəfat edib

18 Sentyabr 2026 03:33see194

Şoyqu İrəvanı Rusiya biznesini ələ keçirməkdə ittiham edib

17 Sentyabr 2026 15:46see193

Mbappe “Real”ın əfsanələrindən danışdı

18 Sentyabr 2026 02:01see189

Azərbaycanda mənzil almaq niyə əlçatmaz olub? REAL SƏBƏBLƏR

17 Sentyabr 2026 18:10see187

“Bolt” Bakıda keçirilən biznes platformasına tərəfdaşlıq edir AÇIQLAMA VİDEO

17 Sentyabr 2026 20:20see185

Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi VİDEO

17 Sentyabr 2026 18:50see180

Polina Qaqarina ilə Vanya Dmitrienko çəkilişdə mübahisə etdilər

18 Sentyabr 2026 05:27see179

Robert Fitso bu gün Kiyevə gedir

18 Sentyabr 2026 02:04see179

Cennifer Lopez 18 milyon dollarlıq evini nümayiş etdirdi

17 Sentyabr 2026 05:22see177

Barselona Yamala görə dəstək aksiyasından imtina etdi

18 Sentyabr 2026 02:03see173

Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb

18 Sentyabr 2026 03:03see172

Hansı temperaturda çay içmək xərçəng yaradır?

18 Sentyabr 2026 21:35see164

ABŞ Pezeşkianla Əraqçiyə viza verdi

18 Sentyabr 2026 04:09see163

Sinan Akçıl sevgilisi olduğunu açıqladı: “Heç kim tuta bilmir”

18 Sentyabr 2026 01:36see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri