Eldar Əzizovdan FİASKO: Bakıda qalan əcnəbilərin yerüstü keçidlə imtahanı FOTO Yeni Çağ Media
Yenicag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Paytaxt Bakının COP-29- kimi mötəbər tədbirə ev sahibliyi etdiyi bir məqamda bəzi qurumlar işinin öhdəsindən düzgün gəlmir.
Yenicag.az xəbər verir ki, ölkəmizə səfər edən əcnəbilərin rahatlığını təmin etmək üçün dövlət qurumları tərəfindən görülən işlərə bəzi dairələr tərəfindən kölgə salınır.
Belə ki, bir çox hotellərin olduğu “Şıxov” ərazisində bir sıra təhlükəsizlik tədbirlərinin görülmədiyi üzə çıxıb.
Redaksiyamıza göndərilən fotolardan aydın olduğu kimi, həmin ərazidəki yerüstü piyada keçidləri baxımsız və bərbad vəziyyətdədir. İşıqlandırma sistemi olmayan keçidlərdən istifadə edənlər hər an yıxılma təhlükəsi ilə qarşılaşırlar. Üstəlik, keçidlərdəki sürahilər də qırılıb və tutmağa yer yoxdur.
Görünən odur ki, paytaxta normadan artıq yağış düşməsinin ölümlə nəticələnməsindən Eldar Əziziovun rəhbərlik etdiyi qurum dərs çıxarmayıb.

www.yenicag.az
Baxış sayı:110
Bu xəbər 11 Noyabr 2024 20:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















