Icma.az
close
up
RU
Eldar Əzizovun tunelləri bağlayaq təklifinə deputat və ekspertlərdən sərt REAKSİYA

Eldar Əzizovun tunelləri bağlayaq təklifinə deputat və ekspertlərdən sərt REAKSİYA

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Ötən həftə Bakıya yağan güclü yağış nəticəsində Heydər Əliyev prospektindəki “Bağırov tuneli" subasmaya məruz qaldı ki, bu da nəqliyyatın hərəkəti iflic etdi. İctimaiyyət belə halların əvvəllər də yaşandığını nəzərə alaraq, Bakı Şəhər İcra Hakimiyyəti başda olmaqla digər aidiyyəti qurumları qınaq obyektinə çevirdi.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov isə ictimai tənqidələrə cavab olaraq qeyri-adi təkliflə çıxış edib. Bakı meri dünənki açıqlamasında bildirib ki, güclü yağış və leysanlar zamanı tunellərə və körpüaltı keçidlərə nəqliyyat vasitələrinin girişinə məhdudiyyət qoyulsun. Eldar Əzizovun təklifi insanlar tərəfindən birmənalı qarşılanmayıb və sosial şəbəkələrdəki müzakirələrdə o qınanılıb...
Modern.az-ın əməkdaşı mövzu ilə bağlı deputat Razi Nurullayev və nəqliyyat məsələləri üzrə ekspert-hüquqşünad Ərşad Hüseynovun, iqtisadçı Natiq Cəfərlinin fikirlərini öyrənib.
Razi Nurullayev bildirib ki, tunellərin bağlanması insan tələfatının qarşısının alınması üçündür:
“Yəqin bu o deməkdir ki, hələ də körpülərin altındakı problemlərin aradan qaldırılması mümkün deyil, ya da hələlik bu işə başlanılmayacaq. Ya büdcə yoxdur, ya da sistemlər yenidən qurulmalı, genişləndirilməlidir. Bunun üçün yol da bağlanmalıdır. Yəqin ki, bununla bağlı yekun qərar olmadığı üçün Bakı şəhərinin icra başçısı belə bir təkliflə çıxış edib.
İkinci bir məsələ aidiyyəti orqanların bu işin öhdəsindən gələ bilmə bacarığı və vaxtında tədbir görmələri ilə bağlıdır. Açığı deyim ki, yağıntıların bu qədər fəlakətlərə səbəb olması bəzi süni yanaşmalarla, əngəllərlə də bağlıdır. Çünki zamanında lazımi addımlar atılmayıb. Hadisələrin üzərindən neçə aylar keçir, amma aidiyyəti qurumlar üzərlərinə düşən işi yerinə yetirmirlər. Yaxud avadanlıqlar vaxtında saz vəziyyətə gətirilmir. Bundan əlavə, bəlkə də alınan nasosların özünün də ciddi problemləri var. Bu məsələlər araşdırılmalıdır. Açığı mən də bu məsələlərə laqeydlikdən, problemlərin vaxtında həll edilməməsindən, aidiyyəti qurumların yanaşmasından çox narazıyam, hər kəs narazıdır”.

Deputatın sözlərinə görə, hər dəfə yağış yağanda Bakıda və rayonlarda evləri, küçələri, yolları, məhəllələri su basır, insanlara böyük zərər dəyir, şəxsi əmlak məhv olur, amma birbaşa cavabdeh məmurlar əlini əlinin üzərindən aşırıb heç nə etmək istəmirlər:

“Həmin məmurlar ancaq görünən yerlərdə nəsə iş görürlər və sonra çəkilib kabinetlərində otururlar. Mən sadəcə olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) işindən razıyam və onlara sağ ol deyirəm ki, su altında qalmış nə qədər insanları xilas etdilər. FHN əməkdaşları bu gün də gecə-gündüz maşınlarında yataraq zərərçəkmişlərə kömək edirlər. Qalanlarının isə vecinə də olmadı. Mən bunu deməliyəm”.

“Şəhər meri normal bir təklif səsləndirib, çünki İcra Hakimiyyəti şəhər təsərrüfatına cavabdehlik daşısa da,  kanalizasiya məsələsinə cavabdeh deyil. Onlar bu məsələlərlə bağlı Nazirlər Kabinetinə təkliflər verirlər. Ola biləcək fəlakətlərin qarşısını almaq üçün Eldar Əzizov belə bir təklif səsləndirib. Yaxşı ki, belə bir təklif səsləndirib, ona görə də bu məsələ müzakirə olunmağa başlayıb. Belə çıxır ki, hələ də heç bir iş görülməyəcək, növbəti yağışda da insanlar sel altında qalacaq. Görünən odur ki, yaxın zamanlarda ciddi bir layihənin başlanacağı planlaşdırılmır. Bununla bağlı bir məlumat da verilmir. Deyilir layihə hazırlanır, problem həll ediləcək. Bəs neçə ilə, 2, 5 yoxsa 10 ilə?! Bunun cavabı verilmir” - R.Nurullayev vurğulayıb.


Hüquqşünas Ərşad Hüseynov Eldar Əzizovun təklifini bəyənməyib:
 

“Onsuz da həmin tunellər bərbad gündədirsə, leysan zamanı giriş-çıxış avtomatik bağlanacaq. Merin irəli sürdüyü təklifin heç bir məntiqi əsası yoxdur. Ona görə də nasos stansiyalarını, su xətlərini düzəltmək lazımdır. Yağış sularının axıdılması üçün olan vacib şəbəkəni saz vəziyyətinə gətirmək lazımdır. Başqa qeyri-adi təkliflərə ehtiyac yoxdur. Müvafiq qurumlarının lazımi addımları atmamasının səbəbi maliyyə ilə bağlıdır. Vaxtilə qurulmuş sistemlər dağılıb, indi də həmin xətləri bərpa etmək üçün böyük vəsait lazımdır. Ona görə də baxırlar ki, nə vaxt maliyyə veriləcək”.
 

İqtisadçı Natiq Cəfərlinin də sözügedən təklifə reaksiyasıl tənqidi olub:
“Eldar Əzizov deyir ki, 2 ildən sonra Bakının su-kanalizasiya sistemi düzələcək, amma bu dövrdə, təxminən, 750 gün ərzində güclü yağış yağsa, tunelləri, keçidləri qapadacaqlar ki, 21-ci əsrdə, şəhərin mərkəzində insanlar tunellərdə boğulub-ölməsinlər. Onra suallar yaranır:

1) Eldar müəllim 2018-ci ildən Bakı Şəhəri İcra Hakimiyyətinin (BŞİH) başçısıdır – o zaman nədən keçən 7 ildə bu problemi həll etməyib?

2) Bakı Şəhəri İcra Hakimiyyətinin su və kanalizasiya sisteminə nə aidiyyatı var? Eldar müəllim zəng edib keçmiş “Azərsu”ya (İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti) əmr, göstəriş verə bilərmi ki, flan yerdə flan işi görün?

3) BŞİH-nin digər bir quruma, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (rəsmi sənəddən sitat, “Azərbaycan Respublikasının avtomobil yolları təsərrüfatı sahəsində xidmətlər göstərən, balansına verilmiş avtomobil yollarının, habelə körpülərin, tunellərin və digər yol qurğularının layihələndirilməsi, istismarı, bərpası, təmiri, yenidən qurulması və tikilməsini, avtomobil yollarının və yol qurğularının qorunub saxlanılmasını və onların vəziyyətinə nəzarəti, yol infrastrukturunun inkişafı ilə bağlı digər işləri kompleks şəkildə həyata keçirəm dövlət orqanıdır”) əmr verə, onları tunellərin yenidən qurulmasına məcbur edə bilərmi?

4) BŞİH-nin, qanunlara görə Bakı şəhəri təsərrüfatı, infrastrukturu ilə məşğul olan 14-ə yaxın mərkəzi hökumət-dövlət orqanlarına göstəriş verə bilərmi?

5) Yaxşı, BŞİH-nin səlahiyyətləri məhduddursa, şəhər təsərrüfatı bir mərkəzdən idarə olunmursa, Eldar Əzizov nəyə əsasən 2 ilə problemi həll edəcəyini söyləyir?

Onlarla dəfə bu haqda demişik, bir də təkrar edək: Bakı şəhəri vahid, seçilmiş mərkəzdən idarə olunmalı, səlahiyyət və məsuliyyət bir mərkəzdə toplanmalıdır. Bunun üçün Böyük Şəhər Bələdiyyəsi və mer vəzifəsi təsis, seçki yolu ilə şəhərin başçısı və hökuməti müəyyən edilməlidir...”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://modern.az
archiveBu xəbər 22 Aprel 2025 11:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri