Icma.az
close
up
RU
Eldar qəsdən belə edib ki, onu vurub, həbs olunum, o, da rahat olsun

Eldar qəsdən belə edib ki, onu vurub, həbs olunum, o, da rahat olsun

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakının Qaradağ rayonunda qonşular arasında yaşanan mübahisə cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Lökbatan qəsəbəsində ötən ilin aprelin 7-də baş verib. 1979-cu il təvəllüdlü Kamran həmin gün saat 12 radələrində yaşayış kompleksində yerləşən gözətçi məntəqəsinin yaxınlığında parkda əyləşərkən qonşusu Eldarın onun yanından keçdiyini görüb. 
Bu zaman Kamran Eldarın onun barəsində yalan məlumatlar yaymaqda ittiham edib və bunun səbəbini soruşub. Amma Eldar belə söhbətlər etmədiyini bildirməsinə baxmayaraq heç bir əsaslı səbəb olmadan onun üzərinə yeriyib, onu döyməyə cəhd göstərib. 
Eldar özünü müdafiə etmək üçün yerdən götürdüyü yabanı ona tərəf yellətməsindən daha da hiddətlənən Kamran həmin aləti əlindən alıb, onun baş nahiyəsinə bir dəfə zərbə endirib. Bu vaxt Eldar ağır xəsarət alıb. 
Kamranın barəsində Cinayət Məcəlləsinin 126.2.4 (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq törətmək) maddələri ilə ittiham elan edilib. 
İş üzrə izahat verən Kamran ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, hadisə baş verən yaşayış kompleksində ev alıb:
“Bir gün Eldar maşınla yanından keçəndə məndən “qonşu həyətə gedirsən” deyə soruşdu. Mən də həyətə getdiyimi bildiridim. Bu zaman o, maşına oturmağımı, məni də aparacağını söylədi. Həmin gündən onunla tanışlığım başladı. Eldarla qonşuyuq, aralı binalarda yaşamışıq. Əvvəllər onu tanımasam da, sonradan tanımışam. Həmin gündən də adam mənim haqqımda ətrafda xoşa gəlməz ifadələr işlətdi. Bundan sonra yanıma gələn adamlar da mənimlə qəribə danışdılar. Eldarın niyyəti yaşadığım yerdən çıxaraq getməyim olub. Eldar bildiyimə görə 20 il həbsdə olub”. 
Kamran qeyd edib ki, 2017-2018-ci ildən Eldar bəzi xoşa gəlməz davranışları ilə, söyüş və digər hərəkətləri ilə onu narahat edib:
“Demək olar ki, hisslərim ilə oynayıb, özüm isə bunun səbəbini də bilməmişəm. Bütün yaşadığım ərazidə olan hamını Eldar mənə düşmən edib. Eldarın əlindən çölə-bayıra çıxa bilməmişəm. Evdə atamı, anamı narahat edib. Eldar məni təhdid altında saxlayıb, özünü hiyləgər adam kimi aparıb. Mən də bunların hamısını bilmişəm. Sadəcə Eldara baş qoşmamışam. Bir müddət onun olduğu yerlərə getməmişəm”. 
Kamranın ifadəsinə görə, bir gün aralıqda parkda da Eldar onu təhqir edib, xoşa gəlməz davranış nümayiş etdirib:
“Eldar sözükeçərli adam olduğundan hər yerdə məni öz tanışları ilə biabır edib. Demək olar ki, son vaxlarda Eldar məhəllədə də məni hamı ilə düşmən eləyib. Mən orada ev almışdım ki, evimi təmir edib, ailə qurum. Lakin Eldarın əlindən heç bir şey edə bilməmişəm. Atam, anam da keçən il ölüblər. Əvvəlcə məsələ işdən başladı. Şirkətdə işə düzələndən sonra məni işdən çıxardıb, yerimə başqa adam təyin elədilər. Mən mübahisə edib, sözümü demişəm. Bu söhbət 2010-cu illərdə başlayıb. Eldar da guya “avtoritet” idi. Bu adama lazım idi ki, mən oradan çıxaraq Türkiyəyə, ya Rusiyaya, başqa yerə gedim. Mən bir gün hündür bir yoldaşla nərd oynayan zaman Eldar yanıma gəldi və nərd oynayanda söyüş işlətdi. Bu da mənə pis gəldi. Sabahı günü Eldar yenə də gəldi, mənə “bu nə hərəkətdir, edirsən” deyərək, məni əli ilə itələdi. Sonra Eldar lapatkanı götürdü. Mən isə həmin bel ilə Eldarı vurmuşam. Həmin vaxt üstümdə bıçaq olmayıb. Mən Eldarı nə bıçaqla öldürmək, nə də ki, yaba ilə vurmaq istəmişəm. Sadəcə özümü qorumaq üçün beli onun əlindən almışam. Mənim Eldarı vurmaq niyyətim olmayıb. Sadəcə vuranda pis olmuşam. Onun da həmin vaxt başı yarıldı, yerə yıxıldı”.
Kamran deyib ki, onun heç kimi, işi, ailəsi yoxdur: “Qardaşım arada yanıma gəlib-gedib. Mən cəzamı çəkəcəm. Ancaq heç nədən belə bir hadisə olması mənə pis təsir edib. Hamısını edən zərərçəkmiş şəxsin özü olub. Hətta davanın yaranma səbəbkarı da o, olub. Eldar qəsdən belə edib ki, onu vurub, həbs olunum, o, da rahat olsun. Mənim heç kim ilə işim olmayıb. Sadəcə velosiped sürüb, elektrik işləyərək, fəhləlik etmişəm”.
Zərərçəkmiş Eldar ifadəsində göstərib ki, 2025-ci il aprelin 7-də çörək və süd alaraq dükandan çıxıb: “Kamran da oturacaqda oturmuşdu. Ona salam verdikdən sonra məni yanına çağırdı, yanında oturmağımı söylədi. Mən də evə getdiyimi ona dedim. Kamran gələrək yaxamdan tutaraq, üzümə gülə-gülə sol cibindən bıçaq çıxartdı. Kamran bıçaq çıxardan zaman mən də oradakı lapatkanı götürdüm. Kamran lapatkanı görəndə geri çəkildi. Sonra gedəndə Kamran lapatkanı əlimdən aldı və başıma vurdu. Zərbədən yıxıldım, heç nədən xəbərim olmayıb”. 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kamran 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. 
Fariz Məlikli
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:155
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 18 İyun 2026 11:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see308

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see299

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see272

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see245

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see241

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see240

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see234

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see232

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see230

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see220

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see206

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see202

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see202

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see201

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see200

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see199

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see197

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see196

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see195

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri