Icma.az
close
up
RU
Eldəniz Əzizli: “Güləş qumardır, istəmirəm övladlarım bu proseslərdə olsun” MÜSAHİBƏ İdman və Biz

Eldəniz Əzizli: “Güləş qumardır, istəmirəm övladlarım bu proseslərdə olsun” MÜSAHİBƏ İdman və Biz

Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.

Azərbaycan millisinin yunan-Roma güləşçisi Eldəniz Əzizlinin (55 kq) İdman.biz-ə müsahibəsi

- Necə düşünürsünüz, 2024-ci ili Azərbaycan güləşi üçün uğurlu hesab etmək olarmı?
- Bəli. Azərbaycan güləşi uğurlu illərindən birini yaşadı. Təbii ki, Olimpiya oyunları istisna olmaqla. Bilirsiniz ki, hər Yay Olimpiya oyunlarında ən çox medal güləşdən gözlənilir. Bu il isə nəticələrimiz nisbətən zəif oldu. Ancaq ilin sonundakı dünya çempionatında güləşçilərimiz öz sözünü dedilər və tarixi nəticəyə imza atdılar. İlk dəfə idi ki, bir dünya çempionatında üç Azərbaycan idmançısı fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. Bundan əlavə, mənim dördüncü dəfə dünya çempionu olmağım təkcə güləş tariximizdə yox, ümumilikdə, idman tariximizdə rekorddur. 2025-ci ildə çalışacam ki, dördü beş edim.

- Sizcə, Paris-2024 Yay Olimpiya Oyunlarında nə çatmadı?
- Sözün açığı, Olimpiadaya qədər hər şey yaxşı idi. Biz çox yüksək səviyyədə təlim-məşq toplanışları keçmişdik. Yoxlama yarışlarında Oyunlara gedəcək güləşçilərimiz özlərini yaxşı tərəfdən göstərə bildi. Bundan əlavə, onlar çox istəkli idi. Elə idmançılar var ki, lisenziya ilə kifayətlənirlər, ancaq güləşçilərimizin hər biri Parisə medal üçün getmişdilər. Buna görə də nəticə ilə bağlı konkret bir səbəb deyə bilmirəm. İdmanda bəzən nəticə gözlədiyin kimi olmur. Sadəcə, o gün güləşçilərimizin günü deyildi.
Azərbaycan güləşi Azərbaycan idmanının flaqmanıdır. Çünki idman sektoru nəticələr üzərində qurulub. Müstəqilliyimizdən bu tərəfə nəzər salsaq, görərik ki, biz son Olimpiada istisna olmaqla, bütün Yay Olimpiya Oyunlarında ən azından finalçı vermişik. Bəzən müsahibələrdə güləşimizin düşüş dövrü yaşadığını deyirlər. Bu, belə deyil. Müəyyən problemlərin olması istisna edilmir. Ancaq düşünmürəm ki, Azərbaycan güləşi düşüş dövrünü yaşayır. Sadəcə indi yaşlı idmançılar gedir, yeni nəsil gəlir. Adaptasiya üçün bir qədər vaxt lazımdır ki, gənclər yerimizi tutsun. Fikrimcə, Los-Anceles-2028 Yay Olimpiya Oyunları bizim üçün daha uğurlu olacaq.

- Qeyd etdiniz ki, növbəti dünya çempionluğuna iddialısız. Belə çıxır, yaxın zamanlarda karyeranı bitirmək planınız yoxdur.
- Artıq 26 ildir ki, güləşirəm. Sözün açığı, indi karyeramı nə vaxt bitirəcəyim haqqında düşünmək istəmirəm. Bir gün ayılıb güləşin olmadığını görmək mənim üçün ağır ssenaridir. Hazırda konkret olaraq beynimdə bir rəqəm yoxdur ki, bu vaxt güləşi bitirəcəm. Nə qədər bacarıramsa, davam etməyə çalışacam. Hələ ki, özümü yaxşı hiss edirəm və içimdə güləşmək eşqi var. Gənc idmançılarımız gəlib müəyyən bir yerə çatdıqdan sonra hiss etsəm ki, artıq vaxtdır, estafeti verib gedəcəm.

- Məsələn, kimə? Real namizəd varmı?
- Bəli, Elmir Əliyev və Rəşad Məmmədov. Rəşad bu il Avropa çempionatında yaxşı nəticə göstərdi. Elmir həm dünya, həm də Avropa çempionatında Azərbaycanı yetəri qədər uğurlu təmsil etdi. Hazırkı vəziyyətdə estafeti verəcəyim real namizəd bu iki idmançıdan biridir.

- Çox güman, karyeranızı Olimpiada medalı olmadan bitirəcəksiniz. Ürəyinizdə bununla bağlı nisgil qalmayıb ki?
- İdmançılar iki yerə ayrılır: utopistlər və utopist olmayanlar. Mən xəyalpərəst adam deyiləm, hadisələrə real baxmağı bacarıram. Bu il qarşımda böyük seçim vardı. Ya çəkimi dəyişib 60 kq-da Olimpiya Oyunlarında iştirak edəcəkdim, ya da dünya çempionatında rekorda imza atacaqdım. Mundialı seçdim. Əlbəttə, bir idmançı üçün Olimpiada tam başqadır. Ancaq artıq 33 yaşım var. Çəki dəyişib Olimpiya Oyunlarında iştirak edəcək yaşda deyiləm. Los-Anceles-2028-də isə artıq 37 yaşım olacaq. Təbii ki, hər şeyi zaman göstərəcək. İndiki durumda isə bu, real görünmür. Bilirsiniz, aşağı çəki üçün yaş keçdikcə güləşmək daha çətin olur. Məsələn, bu il beşinci dəfə Olimpiya çempionu olan Mixain Lopesin 42-i yaş vardı. Ancaq o yuxarı çəkidə güləşir. Aşağı çəkilərdə sürət daha çox tələb olunduğu üçün vəziyyət başqadır.

- Məlum məsələdir ki, indi yaş faktoru var. Bəs yaşınız münasib olanda Olimpiadaya getmək haqqında nə düşünürdünüz?
- Əlbəttə ki, bu barədə çox düşünmüşəm. Lakin qarşımda təcrübəli Rövşən Bayramov var idi. O olduğu müddətdə mənə şans verilmədi. Güləşmək istədiyim hər iki Olimpiadada Rövşən iştirak edib uğurlu nəticə qazandı. Ondan sonra da çəkilər dəyişib 59 kq oldu. Mən o çəkini təkrar yığa bilmədim. Məsələn, həmin dövrdə Olimpiadada 55 kq çəki dərəcəsi olsaydı, böyük ehtimalla Olimpiya qızılını qazanardım. Ancaq Dünya Güləş Birliyi gender bərabərliyini təmin etmək məqsədilə bizdən iki çəkini alıb qadınlara verdi. Belə deyək, gender bərabərliyi bizə problem yaratdı.

- Deyəsən, gender bərabərliyinə müxalifsiniz.
- Bizim üçün qadın həmişə dəyərli olub. Gender bərabərliyi olsa da, olmasa da. Ümumiyyətlə, Qafqaz kişiləri öz qadınlarını həmişə baş tacı ediblər.

- Bütün dünya Qafqazdan ibarət deyil axı.
- Məncə, gender bərabərliyi artıq bir şeydir. Bu mənim subyektiv fikrimdir.

- Övladlarınızdan güləşlə məşğul olan varmı?
- Yox, heç istəmərəm də olsun. Hər ailəyə bir güləşçi kifayətdir. İki qızım, bir oğlum var. Oğlum sağlamlığı üçün zala gedib-gəlir. Ancaq idmanla peşəkar məşğul olmasını istəmirəm.

- Niyə?
- Çünki mən güləşin, ümumiyyətlə, professional idmanda nəticə qazanmağın necə çətin olduğunu yaxşı bilirəm.

- Siz ki qazananlardansınız.
- Düzdür, mənə qazandırıb. Ancaq belə bir deyim var ki, güləş böyük bir qumardır. Səni birdən-birə zirvəyə qaldırar da, zirvədən salar da. İstəmirəm övladlarım bu proseslərin içərisində olsun.

Aytac Sahəd
İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 31 Dekabr 2024 15:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see278

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see193

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see174

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see161

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see159

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see152

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see144

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see142

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see140

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see137

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see136

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see135

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see132

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri