Icma.az
close
up
RU
Elektoratın yanılmaq şansı yoxdur

Elektoratın yanılmaq şansı yoxdur

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ermənilərin seçimi indiki rəhbərliyin deyil, dövlətin taleyini həll edəcək

Seçim və yolayrıcı. Ermənistanda gələn ilin iyununda keçiriləcək parlament seçkilərini elektorat üçün məhz bu cür xarakterizə etmək olar. Bu zaman seçim ya indiki iqtidarın sülhə və əməkdaşlığa aparan düzxətli yoluna dəstək, ya da daşnak-revanşist “eks”lərin təklif etdikləri bu yoldan geriyə sərt dönüş arasında edilməlidir. 7 iyun seçkilərinin hay cəmiyyəti və dövləti üçün ölüm-qalım məsələsi olacağı şəksizdir. Buna taleyüklü seçkilər də deyə bilərik. Sülhə gedən yoldan çıxmağın, yaxud geriyə dönüşün Ermənistana nələri yaşadacağını təsəvvürə gətirmək belə çətindir.

Seçkilərə 7 ay qalmasına baxmayaraq, Ermənistanda siyasi atmosferin xeyli yüksəldiyi göz qabağındadır. İqtidar və yekcins olmayan müxalif düşərgə arasında qarşılıqlı ittihamlar, hədə-qorxular, kompromatlar savaşı hay cəmiyyətinin gündəmini zəbt edib. Baş nazir Nikol Paşinyan Ermənistanın keçmiş prezidentləri Robert Koçaryan və Serj Sarkisyanın Qarabağ münaqişəsi və Azərbaycanla sülh münasibətləri ilə bağlı son açıqlamalarına sosial şəbəkə platformalarında münasibət bildirib. Qeyd edib ki, onların sözləri Qarabağ məsələsinin Ermənistanı “ən yaxın ağaca” bağlamaq istəyən müəyyən qüvvələrin əlində alət olduğunu təsdiqləyir. Paşinyanın fikrincə, “xalqların hüquqları” və “tarixi ədalət” kimi məfhumlar, sadəcə olaraq, əsl məqsədlərini gizlədənlərdən ötrü “tüstü pərdəsi” rolunu oynayıb. Baş nazir vurğulayıb ki, müharibədən əvvəl aparılan bütün danışıqlar və təkliflər münaqişənin həllinə deyil, “ipi qısaltmağa”, yəni respublika üzərində kənar nəzarəti gücləndirməyə yönəlib. O, bu siyasətin son məqsədinin erməni dövlətçiliyinin məhv edilməsi olduğunu deyib. Paşinyan söz verib ki, onun dediklərini təsdiqləyən danışıqların sənədləri ilin sonunadək dərc olunacaq. Koçaryan və Sarkisyanı ölkəni “Lenin, Partiya, Qorbaçov” ruhunda yazılmış “KQB ssenarisi”nə qaytarmağa cəhddə ittiham edən baş nazir əminliklə “amma seçkidə gözlədikləri nəticə sıfıra bərabərdir”, – deyib.

Beləliklə, seçkilər yaxınlaşdıqca müxalifət nümayəndələri – revanşizm xəyalından əl çəkmək istəməyən, İkinci Qarabağ müharibəsinin nəticələrini tanımayan, mahiyyət etibarilə Azərbaycanla Paşinyanın başçılıq etdiyi indiki hakimiyyətin sülh müqaviləsi imzalamasında maraqlı olmayanlar arasında düşmənçilik ritorikası güclənməkdədir. Fikrimizcə, qarşıdakı seçkilərin əsas sualları bunlardır: bu gün elektoratın çoxluğu hansı tərəfdədir? Erməni seçicinin rəğbəti keçmiş prezidentlər Koçaryan və Sarkisyana doğru dəyişə bilərmi? Paşinyan revanşistlərin təzyiqlərinə tab gətirməyi, seçkilərdə qalib gəlməyi, baş nazir postunu qoruyub saxlamağı bacaracaqmı?

***

Politoloq, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin baş müşaviri Tofiq Abbasov XQ-yə açıqlamasında bildirdi ki, Ermənistanda parlament seçkiləri yaxınlaşdıqca, daxili siyasi mübarizənin gərginləşəcəyi danılmazdır: “Şübhəsiz ki, kompromatlardan, ifşaedici üsullardan və müəyyən şəxslərlə xarici təsir mərkəzləri arasında gizli əlaqələrdə ittihamlardan istifadə olunacaq. Lakin mənim fikrimcə, hazırda üstünlük açıq şəkildə Nikol Paşinyanın tərəfindədir, çünki o, vəziyyətə nəzarət edir və təhlükəsizlik qüvvələrinin loyallığına arxalanır. Bəli, orduda əvvəlki prezidentlərin dövründə formalaşmış müəyyən klaster hələ də mövcuddur, amma komanda heyətinin əksəriyyəti Paşinyana güvənir. Onlar başa düşürlər ki, o, dövlət üçün həqiqi suverenliyə aparan birbaşa yolu açır. Baş nazir Koçaryan və Sarkisyanın Ermənistanı faktiki olaraq zəncirdə saxladığını iddia edərkən haqlıdır. Təsadüfi deyil ki, Paşinyan “mifik Ermənistan” erasının arxada qaldığını, real, həyat qabiliyyətli ölkə modelinin qurulmasının məqamının yetişdiyini vurğulayır. Bu, təkcə siyasi strategiya deyil, həm də Ermənistanı müstəqil və özünəinamlı görmək istəyən vətəndaşların əksəriyyətinin ümidi, arzusu, gözləntisidir”.

Politoloq hesab edir ki, Ermənistan cəmiyyətində revanşist əhval-ruhiyyənin qalması şübhəsizdir: “Amma “Qarabağı itirmək olmaz, Qarabağı qaytarmaq lazımdır” - deyən Koçaryan və Sarkisyanı təkrarlayanların nə qədəri dediklərinə özləri də inanır? Qarabağ sadəcə itirilməyib, o, heç vaxt erməninin olmayıb. Şübhəsiz ki, keçmiş liderlərin – Ermənistanın iki eksprezidentinin revanşist ritorikası əhalinin bir qismini, xüsusən də siyasi seçiminə qərar verməyənləri hələ də çaşdırır. Bununla belə, bu, mümkün deyil. Ermənilər Azərbaycanın daxilində yenidən peyda olsalar belə, bu, yalnız Qarabağda doğulanlar və ya bölgənin yerli sakinləri olacaq. Mən əminəm ki, Nikol Paşinyanın dözümlülüyü seçkilər yaxınlaşdıqca, daha da artacaq. Bütövlükdə, o, öz siyasətini ağıllı şəkildə strateqləşdirir”.

Etiraf etmək lazımdır ki, bu gün Paşinyan nisbətən real və praqmatik inkişaf yolu seçmiş yeganə erməni siyasətçisi olaraq qalır. Sadəcə olaraq, Zəngəzur dəhlizi nə qədər tez işə düşsə, onun mövqeyi bir o qədər möhkəmlənəcək. T.Abbasov onu da vurğuladı ki, Paşinyan siyasi iradə nümayiş etdirib, bu məsələləri yarı yolda qoymasa, özü və ölkəsi üçün ancaq faydası olacaq: “Axı Ermənistan hələ iqtisadi cəhətdən sabit ölkə deyil və obyektiv olaraq regional inteqrasiyaya ehtiyacı var. Təsadüfi deyil ki, Prezident İlham Əliyev dəfələrlə İrəvanı birgə infrastruktur və nəqliyyat layihələrində daha fəal iştirak etməyə çağırıb. Bu, Ermənistan üçün nəzərəçarpacaq iqtisadi fayda verə bilər. İnanıram ki, Nikol Paşinyan revanşist qüvvələrin təzyiqlərinə tab gətirəcək və parlament seçkilərində qalib gələcək.

Onun fəaliyyət planı və prioritetləri rasionaldır və erməni xalqının maraqlarına uyğundur. Biz görürük ki, Azərbaycan Prezidenti İlham Əliyev nə qədər düşünülmüş şəkildə davranır, Qazaxıstan və Rusiyadan Ermənistan yüklərinin tranziti üçün yolun açılmasına göstəriş verir. Nikol Paşinyan da bunu yüksək qiymətləndirdi, çünki buna məhəl qoymamaq mümkün deyildi. Bakının bu addımı Paşinyanın mövqeyini gücləndirir və eyni zamanda, milli biznesə fürsət verir. Ermənistanda dövlət və özəl qurumlar tranzitin açılması sayəsində yeni imkanlar əldə edirlər. Növbəti gediş Ermənistanın əlindədir. Təsadüfi deyil ki, İlham Əliyev İrəvana “ev tapşırığını yerinə yetirməli” olduğunu xatırladıb. Axı, avqustun 8-də Vaşinqtonda paraflanan çərçivə sazişi bir çox cəhətdən kapitulyasiya aktının davamıdır: əsas öhdəliklər Ermənistanın üzərinə düşür. Azərbaycan 2020-ci ildən bütün öhdəlikləri yerinə yetirib, Ermənistan isə daim akademik möhlətlərlə sürünən tələbə kimi borclu qalıb”.

Bəli, Paşinyanın bu öhdəlikləri yerinə yetirməklə ölkəsinin, onun kabinetinin, iqtisadiyyatının gələcəyini müəyyənləşdirəcəyini yaxşı bildiyini deyən ekspert tamamilə haqlıdır. İndi, necə deyərlər, top Ermənistanın meydançasındadır. Yəni hər şey ondan asılıdır. Rəsmi İrəvan bundan ağılla istifadə etməli, ona yaradılan fürsəti düzgün dəyərləndirməli, simasını itirməkdən çəkinməli və Ermənistanın həqiqətən də sülhə hazır olduğunu nümayiş etdirməlidir.

***

Ermənistanda seçkilər yaxınlaşdıqca, “şimal qonşusundan” sifariş almağa adət etmiş müəyyən qüvvələr siyasi vəziyyəti öz xeyrinə dəyişməyə çalışırlar. Sadəcə olaraq, onların başqa çıxış yolu qalmayıb. Daxili resurslardan və real müttəfiqlərdən məhrum olan sərgərdan müxalifət, necə deyərlər, köhnə skeletləri şkafdan çıxarmaqla məşğuldur. Hesab edirik ki, elektorat bir daha öz nüfuzunu və ictimai etimadını itirmiş keçmiş siyasi liderlərin arxasınca getməyəcək. Ermənistanı bütün müstəvilərdə dalana dirəmiş Sarkisyanı və Koçaryanın əkdiklərini biçməyə məcbur olan Nikol Paşinyan ölkəsini həmin dalandan çıxarmağa çalışır. Reallıq da onu deyir ki, son 30 ildə Ermənistan cəmiyyəti dəfələrlə təcrid olunduğu və özbaşına buraxıldığı bir vaxtda ölkəni postsovet keçmişinə qaytarmaq istəyən revanşist qüvvələrə müqavimət göstərib.

Bu gün Ermənistanın qonşuları ilə münasibətləri normallaşdırmaqla beynəlxalq birliyin tamhüquqlu üzvü olmaq, blokadadan çıxmaq və yeni, həqiqətən də maraqlı həyata başlamaq şansı var. Vətəndaşların əksəriyyəti “təhlükəli döngəyə” deyil, daha çox bu yola boylanır. Qarşıdan gələn seçkilər, çox güman ki, revanşizmə və Kremlin dəstəklədiyi tarixin təkərini geri çevirmək cəhdlərinə son qoyacaq.

2026-cı il iyunun 7-də erməni seçicisi təkcə revanşizm və praqmatizm arasında deyil, ən vacibi, qaranlıq keçmişlə işıqlı gələcək arasında seçim etməli olacaq. Onun bu tarixi seçimində yanılmayacağına inanmaq istərdik.

İmran BƏDİRXANLI
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Noyabr 2025 12:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see657

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see358

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see224

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see215

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see192

Milla adını dəyişir

01 Oktyabr 2026 16:08see185

Bonn Universitetinin nümayəndələri Botanika İnstitutunda olublar

01 Oktyabr 2026 15:24see182

Fələstinli qız Türkiyədə müalicə olunacaq

01 Oktyabr 2026 16:08see179

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi praktik konfransda iştirak edib

01 Oktyabr 2026 16:45see175

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see171

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see164

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see163

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see163

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see160

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see159

Bayden iqtisadiyyatı çökdürüb Tramp

01 Oktyabr 2026 18:12see158

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see158

İnfrastruktur quruldu, növbə biznesindir: Qarabağda hansı sahələr daha çox qazandırır?

01 Oktyabr 2026 21:16see157

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see157

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri