Icma.az
close
up
RU
Elektrik enerjisi bazarı elementlərinin mərhələli tətbiqi ilə bağlı yaradılmış Koordinasiya Şurasının iclası keçirilib

Elektrik enerjisi bazarı elementlərinin mərhələli tətbiqi ilə bağlı yaradılmış Koordinasiya Şurasının iclası keçirilib

Newscenter.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Energetika naziri Pərviz Şahbazovun sədrliyi ilə Nazirlər Kabinetinin müvafiq Sərəncamına əsasən təsdiq edilmiş “Elektrik enerjisi bazarı elementlərinin mərhələli tətbiqi ilə bağlı Tədbirlər Planı"nın icrası məqsədilə yaradılmış Koordinasiya Şurasının ilk iclası keçirilib.
Newscenter.az xəbər verir ki, nazir çıxışında “Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 2019-cu il 29 may tarixli 1209 nömrəli Sərəncamı ilə islahatların əsas istiqamətlərinin müəyyən edildiyini və bu istiqamətlərə uyğun olaraq müvafiq işlərin aparılmaqda olduğunu bildirib. Elektroenergetika sahəsində islahatların əsas məqsədinin enerji təhlükəsizliyinin davamlı olaraq gücləndirilməsi, idarəetmə sistemlərinin qabaqcıl beynəlxalq təcrübə baxımından inkişaf etdrilməsi, özəl investisiyaların cəlb edilməsi və dövlətin maliyyə yükünün azaldılması olduğu vurğulanıb. Həmçinin, elektrik enerjisinin istehsalına çəkilən xərclərin optimallaşdırılması, səmərəliliyin və xidmət keyfiyyətinin daha da yüksəldilməsi, eləcə də rəqabət mühitinin təmin olunması sektorun inkişafı üçün əsas prioritetlər kimi qeyd edilib.
Sonra iclasın gündəliyinə uyğun olaraq “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun və “Elektrik enerjisi bazarı elementlərinin mərhələli tətbiqi ilə bağlı Tədbirlər Planı”nın icrası ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən görülən işlər haqqında məlumatlar diqqətə çatdırılıb.
Koordinasiya Şurasının nəzdində müvafiq istiqamətlər üzrə alt işçi qrupları yaradılıb, qarşıdakı dövr üçün görüləcək işlər müəyyənləşdirilib, müvafiq qərarlar qəbul edilib.
İclasda Energetika, İqtisadiyyat, Maliyyə, Ədliyyə nazirlikləri, Azərbaycan İnvestisiya Holdinqi, “Azərenerji” ASC, “Azərişıq” ASC və Enerji Məsələlərini Tənzimləmə Agentliyinin nümayəndələri iştirak edib.
Süleyman
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:114
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 29 Noyabr 2024 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Araz Bağırovun ardınca Difai ni 2 futbolçu da tərk etdi

01 Sentyabr 2025 22:59see200

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see186

2025 ci ilin ən sülhsevər ölkəsi bu ölkə oldu

01 Sentyabr 2025 23:20see175

Dövrün bəlası: xroniki yorğunluq sindromu

02 Sentyabr 2025 12:28see161

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see155

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see139

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see133

Putinin “təhlükəsizlik” mesajının gizli tərəfləri: Kreml rəhbərinin əsl hədəfi kimlərdir? KONKRET

01 Sentyabr 2025 17:32see130

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see130

“Bu səfər ölkəmizin beynəlxalq mövqelərini gücləndirməsinə kömək olacaq”

02 Sentyabr 2025 09:30see129

“Pezeşkian ŞƏT sammitində fərqlənib: ABŞ dollarına qarşı “ağıllı gediş“ və gözlənilməz jest“ “Tasnim“ agentliyi

01 Sentyabr 2025 22:57see126

Ər arvad bir birinə psixi pozğunluq yoluxdura bilərlər Təsir nəsillərə ötürülür

02 Sentyabr 2025 05:47see126

Kraliça Kamillanı dabanlı ayaqqabısı xilas edib Maraqlı hadisə

02 Sentyabr 2025 04:45see123

İranın Azərbaycandakı səfirliyinə bir neçə XATIRLATMA VİDEO

02 Sentyabr 2025 20:43see123

Ramzan Kadırova qiyabi ittiham irəli sürülüb

02 Sentyabr 2025 10:42see123

Xaçmazın Palıdlı kəndində anidən şiddətli YANĞIN BAŞLAYIB FOTO

01 Sentyabr 2025 21:50see123

Fransanın Marsel şəhərində bıçaqlı hücum baş verib

03 Sentyabr 2025 00:00see123

Quehi “Liverpul” yolunda

01 Sentyabr 2025 18:56see123

Azərbaycanlı milyarder ilk ÜÇLÜKDƏ

01 Sentyabr 2025 14:20see122

Britaniya Fələstin dövlətini tanıyacaq

01 Sentyabr 2025 22:52see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri