Elektrik naqillərinin üzərinə yıxılan turist minlərlə sakini işıqsız qoydu FOTO
Sfera.az saytına istinadən Icma.az xəbər verir.
Argentinada yamac paraşütü ilə uçan turist elektrik naqillərinə yıxıldıqdan sonra bütün ərazini elektrik enerjisindən məhrum edib.
Sfera.az bildirir ki, kabellərə qarışan qadın yanğınsöndürənlər və polis tərəfindən xilas edilməli olub.
O, yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb.
Eyni zamanda qəza Argentinanın paytaxtı Buenos Ayresin cənub-qərbində yerləşən Bariloche şəhərini işıqsız qoyub.
Bariloche Elektrik Kooperativi 31 transformator sıradan çıxdığı üçün insidentin 3000-ə yaxın sakinə təsir etdiyini bildirib.
Tezliklə elektrik enerjisinin verilişi bərpa olunub.
Hadisə kanat yolu yaxınlığında baş verib.
Jurnalistlər qeyd ediblər ki, elektrik xətlərinin paraplançıların eniş yerinə yaxın olması ilə bağlı əvvəllər də dəfələrlə narazılıqlar ifadə olunub.
Aysel
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 03 Yanvar 2025 11:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















