Icma.az
close
up
RU
Ermənistan, Azərbaycan və Türkiyə ilə əlaqələri normallaşdırmağa borcludur RƏY

Ermənistan, Azərbaycan və Türkiyə ilə əlaqələri normallaşdırmağa borcludur RƏY

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Tural İrfan: “Sülh sazişindən əvvəl iqtisadi və sərhəd məsələlərinə tələsmək narahatlıq yaradar”

"Son vaxtlar Ermənistanla Türkiyə arasında təmaslar nəzərəçarpacaq dərəcədə intensivləşib ki, bu da münasibətlərin normallaşması prosesinə kömək edir". Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. Onun sözlərinə görə, qarşılıqlı fəaliyyət bütün səviyyələrdə həyata keçirilir: "Baş nazirlə Prezident Rəcəb Tayyib Ərdoğan, xarici işlər nazirləri, xüsusi nümayəndələr, eləcə də müvafiq nazirlikləri arasında görüşlər olur. Praktikada, de-yure diplomatik münasibətlər olmasa belə, rəsmi Ankara ilə çox fəal danışıqlar aparır və münasibətlər saxlayırıq". Baş nazir Ankaranın çoxdan gözlənilən siyasi qərarı verəcəyinə ümid etdiyini bildirib: "Ümid edirəm ki, Türkiyə Ermənistanla sərhədi açmaq və diplomatik münasibətlər qurmaq üçün çoxdan gözlənilən siyasi qərarı verəcək". Paşinyanın sözlərinə görə, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması, Ermənistan və Azərbaycan arasında sülh, TRIPP layihəsi, Gürcüstan və İranla mehriban qonşuluq münasibətləri və Rusiya ilə konstruktiv dialoq Cənubi Qafqazı Şimal-Cənub və Şərq-Qərb marşrutları ilə yanaşı ən cəlbedici tranzit dəhlizlərindən biri kimi təqdim edə bilər: "Biz bu tarixi fürsəti reallaşdırmaq üçün bütün səylərimizi göstəririk". 

Milli Cəbhə Partiyasının sədr müavini Tural İrfan Sherg.az-a açıqlamasında deyib ki, Azərbaycan və Ermənistan arasında rəsmi sülh müqaviləsi imzalanana qədər müəyyən addımlar atılmalı, proses getməlidir. Ekspert vurğulayıb ki, Ermənistan Azərbaycanla yanaşı, Türkiyə ilə də münasibətləri düzəltməyə borcludur:

"Əlbəttə, bu, erməni tərəfi üçün bir qədər ağır olacaq. Ermənistanın Türkiyə ilə münasibətləri qondarma "soyqırımı" iddiaları ilə yanaşı, keçmiş Qarabağ münaqişəsi səbəbindən də korlanmışdı. Lakin Qarabağ məsələsinin tam və hərtərəfli həlli, eyni zamanda Ermənistanın əsassız "soyqırımı" iddialarından vaz keçməsi durumunda bu münasibətlərin normallaşmasında heç bir problem yoxdur. Azərbaycan və Ermənistan arasında Vaşinqtonda sülh bəyanatının paraflanmasından sonra rəsmi sülhə doğru intensiv fəaliyyət davam etməkdədir. Habelə, Türkiyə və Ermənistan arasında de-fakto müəyyən münasibətlərin inkişafı ümumi sülhə və regionun sabitliyinə töhfə verir. Rəsmi sülh sazişi imzalanana qədər əlaqələr o dərəcədə sağlamlaşmalıdır ki, sülh sazişindən sonra heç bir ciddi problem qalmasın. Təmaslar, görüşlər, iqtisadi-ticari əlaqələrin həm Azərbaycan, həm də Türkiyə ilə sülh sazişindən sonra rəsmi hal alacağı labüddür". 

Analitik qeyd edib ki, Türkiyə hər zaman bu münasibətlərdə Azərbaycanın mövqeyini nəzərə alır və maraqlarımıza toxunmadan müvafiq addımlar atır: "Sülh sazişinin təsdiqinə qədər aparılan bütün danışıqlar, görüşlər gələcək münasibətlərin sağlam təməlini formalaşdırmaq üçün zəruridir. Sərhədlərin açılması kimi məsələlər isə təbii ki, yalnız Azərbaycan və Ermənistan arasında sülh müqaviləsindən sonra tam mümkün ola bilər. Azərbaycanla da dövlət rəsmiləri ilə yanaşı, vətəndaş cəmiyyəti nümayəndələrinin təması, görüşü, qarşılıqlı səfərləri baş tutur və bütün bunlar ümumi nəticəyə xidmət edir. Saziş imzalananadək baş tutan münasibətlər hər halda Azərbaycanın maraqlarından kənara çıxmamalıdır. Sülhdən sonra mümkün olan müəyyən iqtisadi və digər əlaqələrin vaxtından tez həyata keçirilməsi isə narahatlıq yarada bilər. Təbii ki, bütün bu məqamları Türkiyə rəsmiləri nəzərə almamış deyil".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://sherg.az
archiveBu xəbər 11 Dekabr 2025 13:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see229

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see225

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see221

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see211

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see186

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see184

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see179

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see175

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see172

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see160

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see158

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see155

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see155

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see149

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see148

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see147

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see145

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see144

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see143

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri