Icma.az
close
up
RU
Elektrikli avtomobil sahiblərinə vacib xəbər Qaydalar və rəsmi cərimələr açıqlandı

Elektrikli avtomobil sahiblərinə vacib xəbər Qaydalar və rəsmi cərimələr açıqlandı

Oxumeni.az saytına istinadən Icma.az xəbər verir.

Elektrikli avtomobil sahiblərinə vacib xəbər – Qaydalar və rəsmi cərimələr açıqlandı

Elektrikli avtomobillərin Azərbaycanda sürətlə artması onların yaşayış sahələrində necə şarj edilə bilməsi məsələsini gündəmə gətirib.

Xüsusilə həyət evlərində və çoxmənzilli binalarda qoşulma qaydaları, təhlükəsizlik normaları və qanunvericilikdə nəzərdə tutulan cərimələr aktuallaşıb.

Oxuməni.az xəbər verir ki, Nocomment. az məsələ ilə bağlı tələbləri araşdırıb. Fərdi həyət evlərində elektrikli avtomobillər üçün şarj avadanlığının quraşdırılmasına icazə verilir.

Lakin bunun üçün mütləq olaraq “Azərişıq”dan texniki şərtin alınması tələb olunur. Quraşdırılan avadanlıq sertifikatlı olmalı, elektrik xətti şarj cihazının gücünə uyğunlaşdırılmalı və proses yalnız rəsmi icazə əsasında icra edilməlidir. Şəbəkəyə özbaşına müdaxilə isə qəti şəkildə qadağandır.

Çoxmənzilli binalarda – blokların həyətində, qarajlarda, zirzəmilərdə və ya mənzilin sayğacından birbaşa xətt çəkərək maşın şarj etmək qanunla qadağandır.

Bunun bir neçə səbəbi var: binaların ümumi elektrik infrastrukturu yüksək güclü şarj cihazlarını qaldırmır, belə qoşulmalar yanğın-təhlükəsizlik riskini artırır, ümumi şəbəkədən gizli enerji götürülməsi enerji oğurluğu kimi qiymətləndirilə bilər və özbaşına xətt çəkmək inzibati məsuliyyət yaradır. Çoxmənzilli binalarda rəsmi şarj məntəqəsi yalnız bina idarəçiliyinin razılığı, “Azərişıq”ın texniki şərti və layihə əsasında yaradıla bilər.

Elektrikli avtomobillər üçün şarj xəttinə qoşulma qiymətləri:

Tarif (Qiymət) Şurası tərəfindən təsdiqlənmiş rəsmi tariflərə əsasən, elektrik şəbəkəsinə qoşulma üçün ödəniş məbləğləri müəyyən olunub.

Məlumata görə, fərdi həyət evlərində və təsərrüfat obyektlərində yeni şarj xəttinin çəkilməsi üçün “Azərişıq”dan texniki şərt alındıqdan sonra qoşulma xidməti aşağıdakı tariflərlə hesablanır:

– 1 fazlı elektrik təchizatı üzrə 10 kVt-a qədər gücə qoşulma üçün tarif hər kVt üçün 40 manat təşkil edir.
– 1 fazlı təchizat 10 kVt-dan yüksək olduqda bu məbləğ kVt başına 60 manat olur.
– 3 fazlı aşağı gərginlikli şəbəkəyə qoşulma üçün tarif kVt-a 293 manatdır.
– Orta gərginlikli şəbəkəyə qoşulma isə kVt-a 170 manat olmaqla hesablanır.

Qaydalar göstərir ki, qoşulma prosesində abonentin tələb etdiyi güc əsas götürülür və ödəniş ümumi tələb olunan kVt gücü ilə tarifin hasilinə görə formalaşır. Məsələn, 3 kVt-lıq sadə bir qoşulma üçün xərclər təxminən 120 manat təşkil edir. Daha yüksək güc və ya 3 fazalı qoşulma tələb olunduqda məbləğ artır.

Rəsmi tarif yalnız şəbəkəyə qoşulma xidmətini əhatə edir. Şarj stansiyasının avadanlığı, kabel xəttinin çəkilməsi və layihələndirmə kimi işlər əlavə xərc hesab olunur və texniki şərtdən asılı olaraq dəyişə bilər. Qanunsuz qoşulma halları isə qanunvericiliklə ciddi şəkildə cəzalandırılır.

Şəbəkəyə özbaşına müdaxilə və ev şəraitində qeyri-qanuni xətt çəkmə hallarına görə ciddi cərimələr tətbiq olunur və belə qoşulmalar həm təhlükəsizlik, həm də texniki baxımdan yolverilməzdir.

İnzibati Xətalar Məcəlləsinin 188-ci maddəsinə əsasən, elektrik enerjisindən icazəsiz istifadə edən fiziki şəxslər 1000–2000 manat cərimələnir və dəymiş ziyanı ödəməli olur. Vəzifəli şəxslər üçün bu məbləğ 1500–2500 manat, hüquqi şəxslər üçün isə 5000–7000 manatdır.

Elektrik təsərrüfatına qanunsuz müdaxilə – kabelə müdaxilə edilməsi, özbaşına xətt çəkilməsi, təhlükəsizlik normalarının pozulması – fiziki şəxslər üçün 300–600 manat, vəzifəli şəxslər üçün 1000–1500 manat, hüquqi şəxslər üçün isə 2000–3000 manat cərimə ilə nəticələnir. Yanğın təhlükəsizliyi qaydalarının pozulması isə əlavə olaraq 100–300 manat, vəzifəli şəxslər üçün isə 300–600 manat cərimə nəzərdə tutur.

Elektrikli avtomobil sahiblərinə yalnız rəsmi icazə əsasında və standartlara uyğun qoşulma həyata keçirmələri tövsiyə olunur.

Beləliklə, həyət evlərində şarj avadanlığının quraşdırılması yalnız texniki tələblər və rəsmi icazələr çərçivəsində mümkündür. Çoxmənzilli binalarda özbaşına xətt çəkməklə avtomobil şarj etmək qanunsuzdur və yüksək məbləğli cərimələr tətbiq olunur. Elektrikli avtomobil sahiblərinin təhlükəsizlik və hüquqi məsuliyyət baxımından bu qaydalara riayət etməsi vacibdir.

Oxuməni.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:http://oxumeni.az
archiveBu xəbər 22 Yanvar 2026 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see252

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see231

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see215

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see213

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see210

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see205

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see176

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see151

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see143

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri