Icma.az
close
up
RU
Elektrikli avtomobilin akkumulyatorunu sıradan çıxaran 5 ümumi səhv

Elektrikli avtomobilin akkumulyatorunu sıradan çıxaran 5 ümumi səhv

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Elektromobillərin sahibləri, xüsusilə yeni istifadəçilər, bahalı təmirə səbəb ola biləcək bir sıra səhvlərə yol verirlər. 

Ölkə.az xəbər verir ki, hər elektromobilin ən bahalı hissəsi akkumulyatordur və onun dəyişdirilməsi 5000–20 000 dollardan çox başa gələ bilər. Bununla belə, bu avtomobillər 20 ildən artıq xidmət göstərə bilər – əsas odur ki, çox adi görünən 5 səhvdən uzaq durasınız.

Səhv 1: Avtomobili daim 100% doldurmaq

Akkumulyatoru tam şəkildə doldurmaq benzinin tam bakı ilə müqayisə edilə bilər, lakin elektromobillər üçün bu, düzgün yanaşma deyil. Mütəxəssislər bildirirlər ki, akkumulyator elementləri ən yaxşı halda 20–80% arasında işləyir.

Yüksək dolum səviyyəsi gərginliyi və qızmanı artırır, bu isə elektrodların aşınmasına, nəticədə yürüş məsafəsinin və akkumulyator ömrünün azalmasına səbəb olur. Mütəxəssislər gündəlik limitin 80%-ə qədər təyin edilməsini, yalnız uzaq səfərə çıxarkən bu həddi 100%-ə qaldırmağı tövsiyə edirlər.

Səhv 2: Akkumulyatorun həddindən artıq boşalmasına yol vermək

Akkumulyator 1–2% göstərəndə, bu, onun üçün son dərəcə zərərli vəziyyətdir. Bu proses dərin boşalma adlanır və akkumulyatorun gələcəkdə enerji saxlama imkanlarını sürətlə məhv edir.

Dərin boşalma zamanı litium elementlərdə gərginlik artır, balans pozulur, anodda metal çökmə yarana bilər, katodun kristal strukturu isə çatlayır. Bu səbəbdən 20%-i "qırmızı zona” kimi qəbul etmək və avtomobili vaxtında enerji doldurmaya yönləndirmək tövsiyə olunur.

Səhv 3: Avtomobili ekstremal isti və ya soyuqda doldurmaq

Elektromobillər nə şiddətli istini, nə də sərt soyuğu sevir. Soyuqda litium ionları hərəkətsizləşir və enerji verə bilmir – nəticədə yürüş 10–36% azalır. İsti havada isə ionların çox sürətli hərəkəti daxili müqaviməti artırır və akkumulyatora ciddi ziyan vurur. Bu səbəbdən ekstremal isti havada sürətli doldurma xüsusilə təhlükəlidir.

Mütəxəssislər tövsiyə edir:

* şaxtalı havada əvvəlcə akkumulyatorun qızdırılmasını təmin edin (əksər elektromobillər bunu avtomatik edir),

* istidə kölgədə saxlayın və ya günün sərin vaxtlarını gözləyin.

Səhv 4: Keyfiyyətsiz və ya zədələnmiş kabellərdən istifadə etmək

Ucuz və keyfiyyətsiz doldurma kabelləri həm akkumulyatoru, həm də avtomobili riskə atır. Zədələnmiş izolyasiya, çatlar və qırıq naqillər qısaqapanmaya səbəb ola bilər və nəticələri çox baha başa gələ bilər. Həmçinin yararsız vəziyyətə düşmüş orijinal kabellərdən də istifadə etmək təhlükəlidir.

Səhv 5: Proqram təminatı yeniləmələrini görməməzliyə vurmaq

Elektromobil əslində təkərləri olan bahalı kompüterdir və proqram təminatının yenilənməsi akkumulyatorun sağlamlığı üçün həyati əhəmiyyət daşıyır. Yeniləmələr təkcə multimedia sistemini deyil, həm də doldurma buferini, istilik tənzimlənməsini və diaqnostika alətlərini yaxşılaşdırır.

İstehsalçılar avtomobili gecə avtomatik yenilənməyə təyin etməyi və ya hər bir neçə həftədən bir yeniləmələri yoxlamağı məsləhət görürlər. Bu proses minlərlə dollarlıq akkumulyator dəyişimi riskini azalda bilər.(qaynarinfo)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://olke.az
archiveBu xəbər 16 Noyabr 2025 19:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri