Icma.az
close
up
RU
Elektrikli avtomobillərin satışı sürətlə artır

Elektrikli avtomobillərin satışı sürətlə artır

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

2025-ci ilin may ayında dünyada elektrikli avtomobil satışları ötən ilin eyni dövrü ilə müqayisədə 24 faiz artaraq 1,6 milyon ədədə çatıb.

Modern.az xəbər verir ki, artımın əsas səbəbi Çin bazarında qeydə alınan rekord göstəricilər olub.

Beynəlxalq araşdırma şirkəti Rho Motionun məlumatına görə, Çin may ayında ilk dəfə 1 milyon elektrikli avtomobil satışını gerçəkləşdirib. Ölkədə satışlar ötən ilin may ayına nisbətən 25 faiz artıb. Ekspertlər bu artımı daxili tələbin yüksəlməsi ilə izah edirlər.

İlin ilk beş ayında, yəni yanvar-may dövründə, qlobal elektrikli avtomobil satışları ümumilikdə 7,2 milyon olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 28 faiz artım deməkdir. Maraqlıdır ki, bu satışların 61 faizi yalnız Çin bazarının payına düşüb.

Həmin dövrdə:

Çində 4,4 milyon, Avropada 1,6 milyon, Şimali Amerikada 700 min, Digər ölkələrdə isə 600 min elektrikli avtomobil satılıb.

Avropa bazarında satışlar 27 faiz, digər ölkələrdə isə 36 faiz artım göstərib. Lakin Şimali Amerikada bu artım cəmi 3 faizlə məhdudlaşıb. Bu rəqəmlər arasında ən mənfi dinamika Kanadada müşahidə olunub – satışlar 20 faiz azalıb, ABŞ-da isə yalnız 4 faiz artım qeydə alınıb.

Rho Motionun məlumat rəhbəri Çarlz Lester bildirib ki, satışlarda diqqətçəkən fərq Çin bazarındakı güclü artımla Şimali Amerikadakı zəif dinamika arasındakı fərqdir. Onun sözlərinə görə bu proseslərə ən böyük təsir vergi güzəştləri və dövlət dəstəyidir.

Məsələn, Kanadada dövlət subsidiyalarının ləğvi satışların azalmasına səbəb olub. Almaniyada isə yeni vergi güzəştləri tətbiq edildiyi üçün yaxın aylarda artım gözlənilir.

ABŞ-da isə xaricdə istehsal olunan avtomobillərə tətbiq edilən 25 faiz idxal rüsumları və 2026-cı ildən vergi güzəştlərinin mərhələli şəkildə ləğv ediləcəyi ilə bağlı gözləntilər bazara mənfi təsir göstərir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://modern.az
archiveBu xəbər 13 İyun 2025 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see354

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see286

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see273

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see272

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see270

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see261

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see259

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see258

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see256

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see252

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see238

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see236

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see231

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see228

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see227

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see225

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see206

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see202

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see202

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri