Elektromobillərlə bağlı yenilik: İcazə tələb edilməyəcək
Pravda.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycanda tikinti obyektlərinin və fərdi yaşayış evlərinin torpaq sahəsində elektrik mühərrikli nəqliyyat vasitələri üçün enerji doldurucularının yerləşdirilməsinə icazə tələb edilməyəcək.
Bu barədə Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişikliklər təklif olunub.
Layihə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirə olunub.
Dəyişiklik təklifinə əsasən, mövcud tikinti obyektinin torpaq sahəsində (tikinti sahəsi istisna olmaqla), yaxud fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində elektrik mühərrikli nəqliyyat vasitələri üçün yerləşdirilən elektrik enerjisi doldurucuları üçün icazə tələb olunmayacaq.

Elektromobillərlə bağlı yenilik: İcazə tələb edilməyəcək
04 Dekabr 2024 18:52
Enerji doldurucularının yerləşdirilməsinə icazə tələb edilməyəcək
04 Dekabr 2024 16:36
Azərbaycanda bunun üçün icazə tələb edilməyəcək
04 Dekabr 2024 16:36
Elektromobillərlə bağlı gözlənilməz qərar...
09 Fevral 2025 19:59
Elektromobillər üçün enerji doldurucularının yerləşdirilməsinə icazə tələb edilməyəcək
04 Dekabr 2024 16:36

