Elektron məhkəmə ilə bağlı sualları “887” cavablandıracaq
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 29 aprel, AZƏRTAC
Ölkəmizdə ədalət mühakiməsinə əlçatanlığın daha da artırılması, vətəndaş müraciətlərinin operativ cavablandırılması və vətəndaş məmnunluğunun yüksəldilməsi məqsədilə "887 - Məhkəmə Çağrı Mərkəzi"nin funksiyaları genişləndirilib.
Bu barədə AZƏRTAC-a Ali Məhkəmənin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, bu çərçivədə vətəndaşların "Elektron məhkəmə" informasiya sistemi ilə bağlı sualları artıq “880 - qaynar xətt” əlaqə mərkəzi vasitəsilə deyil, birbaşa “887” qısa nömrəsi ilə cavablandırılacaq. Müvafiq məlumatı əldə etmək üçün “887 - Məhkəmə Çağrı Mərkəzi”nə zəng etdikdən sonra “114”, daha sonra isə “2” əlaqə kodlarının yığılması kifayətdir.
Məlumat üçün bildiririk ki, "Elektron məhkəmə" informasiya sistemi ilə bağlı daxil olan sorğular əsasən "Elektron kabinet"in fəaliyyəti, həmçinin ərizə və sənədlərin statusu barədə məlumat verilməsi, ərizələrin hazırlanması, təqdim olunması və digər məsələlərdən ibarətdir.
Qeyd edək ki, “887 – Məhkəmə Çağrı Mərkəzi” bazar ertəsi - cümə günü, saat 09:00-dan 18:00-dək canlı rejimdə fəaliyyət göstərir. Azərbaycan Respublikasının istənilən regionundan stasionar telefonlarla “(012) 887” nömrəsinə, bütün mobil operatorlardan isə birbaşa “887” qısa nömrəsinə zəng etməklə, səsli menyuda təqdim olunan əlaqə kodları vasitəsilə müvafiq məhkəmə ilə birbaşa əlaqə qurmaq mümkündür. Məhkəmələrin əlaqə kodlarını həmçinin Məhkəmə-Hüquq Şurasının rəsmi internet səhifəsidən – www.jlc.gov.az əldə etmək olar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 29 Aprel 2025 11:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















