Icma.az
close
up
RU
Elektron müqavilə və mühasibat kölgəni daraldır Dövlət vəsaitinə tam nəzarət

Elektron müqavilə və mühasibat kölgəni daraldır Dövlət vəsaitinə tam nəzarət

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Prezident İlham Əliyev “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin yaradılması və fəaliyyətinin təşkili barədə fərman imzalayıb. Fərman çərçivəsində Nazirlər Kabineti və Maliyyə Nazirliyi Sistemin formalaşdırılması, aparılması və təkmilləşdirilməsi üçün zəruri tədbirləri görəcək, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi isə məlumatların “Hökumət buludu”nda yerləşdirilməsini təmin edəcək.

Eyni zamanda, dövlət qurumları ilə birgə məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə olunması və reyestrə daxil edilməsi üzrə üç ay ərzində tədbirlər görüləcək və dövlət başçısına hesabat təqdim olunacaq.

İqtisadçı Eldəniz Əmirov “Sherg.az”a açıqlamasında “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi haqqında Əsasnamənin həcmcə böyük, məzmunca olduqca strateji olduğunu bildirib.

İqtisadçı hesab edir ki, kənar maneələr və təzyiqlər olmazsa, bu informasiya sistemi dövlət maliyyə idarəçiliyinin arxitekturasının dəyişə bilər:

“Əvvəla qeyd edim ki, dövlət büdcəsi, dövlət borcu, xəzinədarlıq, investisiya layihələri, inzibati cərimələr, rüsumlar, dövlət müəssisələri, mühasibat uçotu və bu sistemlə əlaqəli nə varsa, hamısı vahid rəqəmsal platformada toplanır. 

Sistemdə məlumatlar real vaxt rejimində izlənilir, təhlil edilir və proqnozlaşdırılır. Büdcə xərcləri üzrə nəzarət mexanizmi güclənir, “sonradan yoxlama” əvəzinə “icra zamanı monitorinq” yanaşması tətbiq olunur. Eyni zamanda güzəştlərin, azadolmaların, subsidiyaların büdcəyə real təsiri ölçülə bilən olur. Dövlət müəssisələri üzrə maliyyə intizamı və şəffaflıq sistemli şəkildə artırılır. 

Həmçinin, elektron müqavilə, elektron mühasibat, elektron rüsum və mədaxil mexanizmləri kölgəni daraldır, hesabatlılığı genişləndirir.

Məsələnin ən vacib tərəfi isə budur ki, bu Əsasnamə maliyyə dayanıqlığı, şəffaflıq, hesabatlılıq və dövlət vəsaitinə nəzarət baxımından uzun müddətdir danışılan, amma bəzi hissələri parçalı şəkildə tətbiq edilən yanaşmaları vahid sistemə birləşdirir.

Əlqərəz, kənar müdaxilələrsiz və texniki-institusional baxımdan düzgün icra edilərsə, bu sistem dövlət maliyyəsinin idarə olunmasında qaydaları dəyişə bilər. Söhbət kosmetik yox, köklü dəyişikliklərdən gedir . Hansı ki, indiki mərhələdə ölkə üçün məhz belə bir dönüş nöqtəsinə ehtiyac var”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://sherg.az
archiveBu xəbər 29 Yanvar 2026 16:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see447

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see280

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see211

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see207

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see190

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see183

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see180

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see179

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see177

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see160

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see159

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see157

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see154

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see150

CNN: ABŞ nin Mərkəzi Kəşfiyyat İdarəsi Venesuelada daimi mövcudluq barədə düşünür

27 Yanvar 2026 21:43see149

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see144

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see141

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see139

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see135

Çexiyada siyasi qalmaqal: Prezident şantaj edildi, müxalifət istefa tələb edir

28 Yanvar 2026 03:39see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri